"Taleh Bağırzadə və onun ətrafında olanlar ifşa olunublar, cəzalarını da alacaqlar"
"Nardaranda Taleh Bağırzadə adlı şəxsin rəhbərliyi ilə din pərdəsi altında qarışıqlıq yaratmağa və gərginlik törətməyə cəhdlər göstərildi. Buna görə də, onlar artıq həbs edilib və məhkəmə prosesi keçirilir. Maraqlıdır ki, bu şəxslər məhkəmə prosesini siyasiləşdirməyə çalışırlar. Sizcə, onların bu istəkləri nədən irəli gəlir?"
Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında onların məkrli niyyətlərinin olduğunu bildirdi: "Onların nə istədikləri məlumdur. Yəni nəyin bahasına olursa-olsun Azərbaycanda qarşıdurma yaramaq. Bununlada xarici ant-Azərbaycan qüvvələrin istək və arzularını yerinə yetirmək. Yəni onlar Azərbaycanı sevməyən xarici qüvvələrin sifarişlərini yerinə yetirməyə uğursuz cəhdlər göstərirlər. Taleh Bağırzadə və onun ətrafında olanlar ifşa olunublar, cəzalarını da olacaqlar".
"Maraqlıdır ki, Taleh Bağırzadə adlı şəxsin dağıdıcı müxalifət ünsirləri və eləcə də Ə.Kərimli, Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş Fətullah Gülənçilər də müdafiə edirlər. Onların birləşdirən maraqlar nədir" sualına cavab olaraq T.Novruzov bildirdi ki, F.Gülənlə Ə.Kərimlinin və digər müxalif qüvvələrini birləşdirən cəhədlər məlumdur: "Ölkədə qarışıqlıq salmaq onların qarşısında qoyulan əsas vəzifədir. Bütün bunlar da xaricdən verilən ssenarilərdir. Burada məqsəd birdir. Yəni istər F.Gülənlənin, istərsə də müxalifət qüvvələrinin məqsədi eynidir. Azərbaycan və Türkiyədə bugünkü siyasətində nə Qərbə, nə Şərqə, nə Şimla, nə də Cənuba söykənmək kimi elə bir anlayış yoxdur. Hər iki dost və qardaş ölkə müstəqil siyasətini yürütmək istiqamətini götürüb. Ümumiyyətlə, müxalifətin dağıdıcı qanadının radikal quruplaşmalarla, terrora meyilli dəstələrlə əməkdaşlıq etməsinin əsas səbəbi ondan ibarətdir ki, bu insanlarda mili-mənəvi qürur hissi yox səviyyəsindədir. Bu şəxslər Azərbaycanda öz istəklərinə nail olmaq üçün hər cür təxribata əl atmaqdan çəkinməzlər. Əməkadaşlıq etdikləri tərəflər, əsasən də radikal ünsrlərdir və ya Azərbaycana qarşı qərəzli meyilləri ilə seçilən xarici ani-Azərbaycan qüvvələrdir. Bu şəxslər düşünürlər ki, həmin radikal qüvvələrin əli ilə nəyə isə nail ola bilərlər. Müxalifətin dağıdıcı qanadının hansı variantlara əl atmasından asılı olmayaraq, onların heç bir istəyi real olmayacaqdır. Yəni onların istənilən addımları nəticəsiz qalacaq".
T.Novruzov onu da bildirdi ki, ümumiyyətlə, din pərdəsi altında hansısa siyasət yürütmək həmin insanlara heç vaxt baş ucalığı gətirməz. "Dindən həmin şəxslərin öz siyasi maraqları baxımından istifadə etməsi yolverilməzdir. Bu cür əməl sahiblərinə aramızda yer ola bilməz".
GÜLYANƏ