PDF Oxu

Müxalifət

  • 5 667

Taleh Bağırzadə törətdiyi cinayətin cavabını mütləq verəcək

image

Bakı Apellyasiya Məhkəməsində noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs edilən Taleh Bağırzadənin bu gün məhkəmə prosesi başlayır

Məlum olduğu kimi, uzun illərdən bəri Azərbaycanda dini və məzhəblərarası tolerantlığın mövcudluğu, ilk öncə belə deməyə əsas verir ki, bu faktor bir sıra xarici qüvvələri, xüsusilə din və məzhəb pərdəsi altında fəaliyyət göstərən tərəfləri ciddi şəkildə narahat edir. Bununla bağlı aşkar şəkildə radikal çağırışlar da edilir, inanclı şəxsən itaətsizliyə dəvət olunur. Sözsüuz ki, bütün bunların arxasında dayananlar isə, bilavasitə öz siyasi baxışlarını Azərbaycanda tətbiq etməyə cəhd göstərən, digər maraqlarını reallaşdırmağa çalışan güclərdir.

Məhz Nardaranda baş verən qanlı hadisə də bu sıradandır. Nardaranda "narazılıqların" baş qaldırması və hadisələr fonunda Taleh Bağırzadə adlı "hacının" rəhbərliyi ələ alması bəzi suallar doğurur. Bu şəxs həbsdən azadlığa çıxdıqdan sonra özünü "mübariz islamçı", "Müsəlman birliyi"nin icma rəhbəri kimi təqdim etməyə çalışıb. Bir məqama da toxunmaq istərdik: belə ki, "hacı" Taleh Bağırzadə qondarma hacılığı, "üləmalığı" ilə Nardaranda baş verən qanlı hadisələrin fonunda qeyd edilən müsbət əməllərə sahib olmadığını isbatladı. Eyni zamanda, nəyə görə o hadisələrdə sənin burnun da belə qanamadı, ancaq iki polis, 4 nəfər mülkü şəxs həlak oldu. T.Bağırzadə, bu qədər cürətli və mübariz adamıydınsa, bir güllə də sənə dəyərdi, ancaq güllə sənə dəymədi, demək, sənə ölmək sərf etmir, çünki sən əslində qorxağın birisən!

T.Bağırzadə, onu da bilməlisən ki, dinindən, məzhəbindən asılı olmayaraq, bu ölkədə yaşayan istənilən şəxsin ilkin mövqeyi dövlətçilik maraqlarını müdafiə etməkdir. Əgər dövlətçilik mövqeyini arxa plana keçirib, onun yerinə düşmənçilik, dövlətçiliyə xəyanət mövqeyi ortaya qoyulacaqsa, burada söz bitir. Onun yerinə qanun danışır!

Bax, bu gün keçirilən məhkəmə zalında Taleh Bağırzadə və onun kimi din dəllalları həm qanun, həm də Allah qarşısında cavab verməli olacaqlar. Əgər varsa, vicdanları qarşısında da! İlk növbədə, tökdürdükləri qanlara görə. Çünki hara yazırlarsa yazsalar belə, şəhid olan polislərimizin, o cümlədən onların badına həyatlarını itirən insanların, onların ailələlərinin ağısı birbaşa qondarma "hacı" Talehin və onu bu yola sövq edən, siyasətlərini din pərdəsi, məzhəb pərdəsi altında keçirdikləri terrordur. Belə olan halda, inanırıq ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq Nardaranda kök salmış təxribatçı-terrorçu dəstələr və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görüləcək, Azərbaycan dövləti, hüquq-mühafizə orqanları Nardaranı "İŞİD" tipli istehkama döndərənlər barədə sərt ölçü götürəcəklər. Çünki Nardaran bu gün orada mövcud olan xarici təsirlər nəticəsində müalicəsinə ciddi ehtiyac duyulan bir xəstəlik mənbəyidir və lazım gələrsə, ən radikal metodlardan istifadə etməklə, bu problemin qısa zamanda həllinə nail olmağın zamanıdır. Bu, nə tövsiyə, nə də ki, tələbdir. Bu, bir ictimai sifarişdir.

Əli Kərilmi-Cəmil Həsənli Tale Bağırzadə amilindən niyə qorxur?

Bu yerdə bir məqama da toxunmaq istərdim. Belə ki, Nardaran hadisələri zamanı AXCP sədri Ə.Kərimli və "Milli Şura"nın formal sədri Cəmil Həsənli T.Bağırzadəni "Müsəlman Birliyi" Hərəkatının sədri olması ilə yanaşı, həm də "Milli Şura"nın üzvü kimi təqdim edirdilərsə, bu gün "Milli Şura"nın rəhbərliyi T.Bağırzadədən imtina edir, bir müddət əvvəl, hətta fəxrlə qurumun üzvü kimi təqdim etdikləri şəxsin indi üzv olmadığını deyirlər. Demək, belə hesab etmək olar ki, onlar da məsələnin nə qədər ciddi olduğunu anladıqdan sonra T.Bağırzadədən imtina etmək qərarına gəliblər. Ancaq məsələnin ucunu haraya döndərsələr də, reallıqlar göstərir ki, Bağırzadə bundan əvvəl, həbsxanadan çıxan kimi, öz hərəkatı ilə yanaşı, həm də "Milli Şura"nın üzvü kimi fəaliyyət göstərib.

Beləliklə, məsələ kifayət qədər aydındır. Bu gün Ə.Kərimli və C.Həsənli öz üzvlərindən ona görə imtina edirlər ki, qorxurlar ki, Taleh Bağırzadənin əməkdaşlıq etdiyi qüvvələrlə iş birliyində onların da bədnamlıqları üzə çıxar.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər