PDF Oxu

Müxalifət

  • 1 805

"Taleh Bağırzadə məhkəməni siyasiləşdirməyə uğursuz cəhdlər göstərir"

image

Niyaməddin Orduxanlı: "Bununla o, xarici dairələrin diqqətini özünə cəlb etmək istəyir "

Müsahibimiz BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlıdır

- Niyaməddin bəy, Nardaranda Taleh Bağırzadə adlı şəxsin rəhbərliyi ilə din pərdəsi altında qarışıqlıq yaratmağa və gərginlik törətməyə cəhdlər göstərildi. Onların hazırda məhkəməsi keçirilir və maraqlıdır ki, bu şəxslər məhkəmə prosesini siyasiləşdirməyə çalışırlar. Sizcə, onların bu istəkləri nədən irəli gəlir?

- İlk öncə, onu qeyd etmək istəyirəm ki, T.Bağırzadə "Milli Şura"nın rəsmi üzvüdür. Bilirsiniz ki, "Milli Şura"nı 2013-cü ildə Rusiya yaratmışdı. Rusiyanın bu layihəsinə Azərbayanda fəaliyyət göstərən iranpərəst şəxslər də cəlb edilmişdir. O cümlədən də, T.Bağırzadə. Bu qüvvələr Ə.Kərimli ilə yaxından əməkdaşlıq edirlər. Onların bir məqsədi olub, Azərbaycanda sabitliyi pozmaq və insanları meydanlara toplamaq və bundan sonra hakmiyyəti ələ almaq. Bu istiqamətdə xeyli işlər görüb və yeni cəhdlər ediblər. T. Bağırzadə bütün fəaliyyətini ona yönəltmişdi.

- T. Bağrzadə kimlərini xaricdən idarə edənlərin olduğu da bildirilir. Bu barədə nə deyə bilərsiniz?

- T.Bağırzadənin İran ayətullalarının əlindən öpməsi, əsl kimiliyini ortaya qoymuşdur. Özünə Nardaran qəsəbəsini "sığınacaq", "toxunmaz" qəsəbə kimi görürdü. Uzun illər idi ki, Nardaran qəsəbəsi bir qrup "dindarlar"ın təsirində idi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə qəsəbə bu tip insanlardan azad edildi. T.Bağırzadə və Ə.Kərimlinin maraqları o idi ki, ölkədə xaos yaransın. Ancaq onların birgə planları baş tutmayıb.

- Maraqlıdır ki, T.Bağırzadə adlı şəxsi dağıdıcı müxalifət ünsirləri, eləcə də Ə.Kərimli, Türkiyədə dövlət çevrilişinə cəhd göstərmiş "Fətullah gülənçilər"də müdafiə edirlər. Onların birləşdirən maraqlar nədən ibarətdir?

- Türkiyədə iyul ayının 15 - də baş verən proseslərdən bu günə kimi, Ə.Kərimli dəfələrlə öz mövqeyni dəyişdi. Bilirsiniz ki, F.Gülənə əsas dəstək verən Qərbdir. İndiki vəziyyətdə Ə.Kərimli və başqaları F. Gülənə dəstək verməklə özlərini "qərpərəst" qüvvə kimi göstərək istəyirlər. T.Bağırzadə məhkəməni siyasiləşdirməyə uğursuz cəhdlər göstərir. Bununla, o, xarici dairələrin diqqətini özünə cəlb etmək istəyir. Ancaq unudur ki, həmin xarici dəstəkçilər çox yaxşı bilirlər ki, Ə.Kərimli Rusiyanın layihəsində əsas rol alanlardan biridir. Ə.Kərimli, lazım olanda, "qərpərəst", "rusiyapərəst", "iranpərəst" ola bilər. Təbii ki, dediyim kimi, dırnaqarası.

GÜLYANƏ

Digər xəbərlər