PDF Oxu

Müxalifət

  • 2 501

Əli Kərimlinin növbəti hədəfi Cəmil Həsənlidir

image

Yaxın tariximizdə siyasi səhnədə baş verən bir sıra rüsvayçılıqlara nəzər- diqqət yetirsək, ən cox silahdaşlarına və dostlarına xəyanət edənin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Ə.Kərimlinin olduğu məlum olar. Fakt budur ki, onun üçün milli maraqlar, əqidə anlayışı deyilən məfhum yoxdur. Birinci növbədə, şəxsi maraqlar, daha sonra isə maddi və mənəvi yardım aldığı anti-Azərbaycan mövqeli qüvvələrin sifarişlərini yerinə yetirmək. Hətta bu istiqamətdə, lazım gəldikdə, "qara piar" kampaniyasını da reallaşdırmaqdan çəkinmir. Yəni hər kəsə, hər bir hədəfə şər atmaq, tənqid və iftira yağdırmaq onun üçün adi hal sayılır. Siyasi fəaliyyəti dönəmində Ə.Kərimlinin adı xarici maraqlı qüvvələrlə iş birliyində, hakimiyyətlə sövdələşmələrdə, eləcə də lideri Əbulfəz Elçibəyi zəhərləməsinə qədər müxtəlif məsələlərdə hallanıb. Sual oluna bilər: niyə məhz Ə.Kərimli? Məsələ qoyula bilər Mirmahmud Mirəlioğlu, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fazil Mustafa və digərləri də AXCP-də təmsil olunublar, Ə.Elçibəylə eyni siyasi düşərgəni və maraqları bölüşüblər, niyə onların adlar qaranlıq olaylarda, çirkin məslələrdə hallanmır? Deməli, Ə.Kərimli yeri səhv düşənlərdəndir. Hansı daşı qaldırsan, altından Ə.Kərimli çıxır. Apardığı çirkin, xəyanətkar siyasəti nəticəsində bir zaman müxalifət düşərgəsinin aparıcı partiayalarından olan AXCP bu gün zəif, sosial bazadan məhrum olan xırda partiyaya çevrilib. Əski cəbhəçilərin hər biri, o cümlədən yuxarıda adlarını çəkdiklərimiz və həmçinin, Qulamhüseyn Əlibəyli, Fərəc Quliyev və digərləri özlərinə yeni partiaya yaradıblar. Əgər Ə.Kərimli rəhbərlik etdiyi partiyada dəyərli insanlardan, yaxın tələbəlik dostlarından, müəllimlərindən heç birini də qoruyub-saxlaya bilmədisə, deməli, Ə.Kərimli bacarıqsız və təşkilatçılıqdan uzaq olan partiya sədridir. Bacanağı, yaxın silahdaşı Əliməmməd Nuriyev, tələbə dostları Qüdrət Həsənquliyev, Fuad Mustafayev, Fazil Mustafa, Əli Mustafayev və digərləri Ə.Kərimli ilə eyni maraqları bölüşmək, eyni yolu addımlamaqdan imtina edirlərsə, deməli, "Yurd"" şefi ciddi problemləri olan siyasətçidir, onun liderlik qabiliyyətindən söhbət belə gedə bilməz.

Satqınlıq Əli Kərimlinin xislətindədir

Araşdırmalar onu təsdiq edir ki, Ə.Kərimli əqidə dostlarının heç biri ilə salam -sağolla ayrılmayıb. Ayrılıq bir-birini təhqir etmək, müxtəlif xarakterli iddialar irəli sürməklə baş tutub. AXCP-dən üz çevirib, birdəfəlik gedənlər Ə.Kərimlini bir siyasətçi, dost, insan kimi də öz dəftərlərindən siliblər. Maraqlı məqam isə odur ki, Ə.Kərimli onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara, onun liderliyini qəbul etməyənlərə "satqın" damğası vurmağa vərdiş edib. Ə.Kərimlinin hədəfə aldığı şəxslərdən biri də keçmiş müavini Razi Nurullayev və "Yeni Müsavat"" qəzetinin baş redaktoru Rauf Arifoğlu olub. R.Nurullayev Ə.Kərimlinin ittihamalrını cavabsız buraxmayaraq, söyüş və təhqirlərinə mədəni cavabları verəcəklərini bildirib: "Bizdən fərqli olaraq, Ə.Kərimli "söyüş makinasıdır". Ə.Kərimlinin ətrafında olan və özünün girovuna çevirdiyi insanlar da söyüş və təhqir zavodudur. Onlar ancaq və ancaq kin-küdurət, üfunət, təhqir və zorakılıq istehsal edirlər. Buna görə də, ancaq təəssüf etmək olar. Onlar məni nə qədər aşağılamaq istəsələr də, ondan qat-qat artıq özləri aşağılanırlar"".

R.Nurullayevin sözlərinə görə, Ə.Kərimli AXCP-də parçalanmanın əsasını qoyub və bu gün də davam etdirir: "Hesab edirəm ki, onun partiya sədri kimi fəaliyyətinə son qoyulacaq. Ə.Kərimli vaxtilə "Yurd"" təşkilatı yaradıb. Yaxşı olar ki, gedib öz təşkilatını yenidən fəaliyyətə başlatsın. O, ancaq təşkilat sədri ola bilər. Mərhum Əbülfəz Elçibəyin yaratmış olduğu bir partiyaya Ə.Kərimlinin sədrlik etməyə nə ixtiyarı, nə də hüququ yoxdur"".

R.Arifoğlu Ə.Kərimlinin mənəvi terrorla məşğul olduğunu və buna görə hüquq-mühafizə orqanalrının tədbirlər görməsinin vacibliyibi söyləyib: "AXCP adlanan qurumun bütün heyəti və yetkililəri Ə.Kərimlinin komandası ilə üstümə düşüb, məni və qəzetimi gözdən salmaqla məşğuldur. Bu, mənəvi terrordur. Mən buna etiraz edirəm, ictimaiyyəti, ölkənin demokratik təsisatlarını, liderləri bu məsələyə müdaxilə etməyə çağırıram. Görünməmiş bir hadisə baş verir, bir siyasi lider bir qəzet baş redaktorunu, qəzetin kollektivini mənəvi terrora məruz qoyur, kompromatlar yaydırır, müxtəlif texnologiyalardan istifadə edir, sosial şəbəkələrdə təhqir etdirir". R.Arifoğlunun sözlərinə görə, dəfələrlə Ə.Kərimli ilə görüşüb, ittihamlarının səbəbini araşdırmağa çalışıb: "Ə.Kərimli təklif edib ki, mən İ.Qəmbərin yanından ayrılım, gəlib onun müavini olum. İki dəfə mənə bu təklifi çatdırıb, hətta birinci müavin olmağımı təklif edib. Mən açıq şəkildə yox demişəm. Həm də açıq şəkildə demişəm ki, mənim kimi adamlar sənin kimi adamların yanında ola bilməz. Bu adamlar məndən əl çəkmir, mənimlə müharibəni davam etdirirlər"".

Hal-hazırda Ə.Kərimli "Milli Şura""da qərar tutsa da, onun bu qurumda qərar tutması uzun çəkməyəcək. Ən azı ittihamlardan qurtulmaq üçün C.Həsənlini "Milli Şura"" sədrliyindən uzaqlaşdırmaqla onu əvəzləyəcək. Daha doğrusu, artıq onun planlarını ilkin cizgiləri üzə cıxmaqdadır. Daxil olan məlumatlara görə, Ə.Kərimli bunun üçün C.Həsənliyə istefa ərizəsini də yazdırıb. Yaxın günlərdə istefa qərarının mediaya açıqlanacağı bildirilir. İlkin məlumatlara görə, AXCP-ni itirmiş Ə.Kərimli C.Həsənlinin istefasından sonra "Milli Şura""ya sədr keçərək, bu qurumu siyasi partiyaya çevirməyi hədəfləyir. Amma inandırıcı deyil ki, Ə.Kərimli "Milli Şura""nın sədri olub, onu AXCP-yə birləşdirsə də, heç nəyə nail olmayacaq. Çünki Ə.Kərimli fəaliyyətini elə bir yarıtmaz siyasət üzərində qurub ki, bu siyasətin nəticəsi ancaq tarixin arxivi ola bilər.

İ.ƏLİYEV

Digər xəbərlər