PDF Oxu

Müxalifət

  • 2 057

"Milli Şura"nın referendum oyunbazlığı "REAL" və Müsavat AXCP-dən irəli keçmək üçün şans əldə edib

image

Sentyabr ayında keçiriləcək referendumla bağlı müxalifət düşərgəsində yaranmış fikir ayrılıqları davam etməkdədir. Radikal düşərgənin bir tərəfində təşəbbüs qrupları yaradılarkən, digər tərəfdə "boykot" taktikasının yürüdüləcəyi bəyan edilir ki, bu da özü-özlüyündə bəzi suallar doğurur. Məsələn, bildiyimiz kimi "REAL" Hərəkatı və Müsavat partiyası referendumla bağlı təşəbbüs qrupu yaratmaq istiqamətində iş aparırlar. Lakin AXCP, eləcə də "Milli Şura"da təmsil olunan kiçik partiyalar "boykot" məsələsini gündəmə atmaqla yaxalarını kənara çəkiblər. Bunun isə bir neçə səbəbi var.

"Milli Şura"nın və AXCP-nin hazırda özlərini düşəgənin aparıcı qurumu kimi təqdim etmələri digər partiyaların fəaliyyətinə kölgə salır

Məsələn, bəllidir ki, istənilən ölkədaxili siyasi proses, o cümlədən, seçki faktoru hər bir partiyanın ictimai rəyin diqqətinə transfer olması üçün münbit şəraitdir. Belə olan vəziyyətdə, istər müxalif baxışlı siyasi qurumlar, istərsə də hakimiyyətyönümlü qurumlar politoloji baxışlarını təbliğ etməkdən ötrü şans əldə edirlər. Görünür, bu səbəbdən "REAL" və Müsavat kimi təşkilatlar yaratdıqları təşəbbüs qrupları vasitəsilə parçalanmış, dağılmış müxalifət düşərgəsindəki vəziyyətdən istifadə etmək şansından yararlanıb önə çıxmağı qarşılarına əsas məsəd kimi qoyublar. Çünki "Milli Şura"nın və AXCP-nin hazırda özlərini düşərgənin aparıcı qurumu kimi təqdim etmələri digər partiyaların fəaliyyətinə kölgə salır.

"REAL" və Müsavat "Milli Şura"dakıların "ana müxalifət" stereotipini sındırır

Bu stereotipi sındırmaq üçün isə siyasi proseslərdə aktivlik nümayiş etdirmək lazımdır ki, "REAL" və Müsavat bu addımı atıblar.

Ortada daha bir amil var. Məsələn, "REAL" və Müsavat, çox yəqin ki, özünəgüvən şəklində təşəbbüs qrupu üçün imzatoplama kampaniyasını başa çatdıracağını düşünür, amma "Milli Şura"da bu prosesə qoşulsalar belə, imza toplaya bilməyəcəklərini yaxşı başa düşürlər. Yəni "Milli Şura"dakılar anlayırlar ki, bu, onların imkanları xaricindədir. Ona görə də "boykot" yolunu tutub özlərini bu cür "sığortalamağa" cəhd edirlər. Beləliklə, Ə.Kərimli və C.Həsənli anlayırlar ki, indiki çətin durumda imza toplaya bilməmələri onların gücsüzlüyünün növbəti dəfə təzahürü olacaq, ona görə də mövcud seçimi edirlər. Necə deyərlər, seçim üçün hər kəs azaddır. Amma gələcəkdə özlərini "ana müxalifət lideri" kimi ictimai rəyə sırımağa cəhd edənlərin bununla yolları birdəfəlik bağlanmış olur. Hər halda, hadisələr də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.

Rövşən RƏSULOV

Digər xəbərlər