PDF Oxu

Müxalifət

  • 3 424

Arif Hacılının acizliyi

image

KÖŞƏ YAZISI

Hələ Müsavata yenicə başqan seçildiyi zaman AXCP ilə düşmənçilik faktorunun aradan qaldırılması istiqamətində Əli Kərimlinin ayağına gedən Arif Hacılı bu günlərdə yenidən eyni addımı atıb. Düzdür, bu dəfə o, heç də Ə.Kərimlinin ayağına gedərək, qarşı tərəfə barışıq barədə yalvarmayıb. Lakin atılan bu addımı da eyni nəzərdən qəbul etmək mümkündür. Daha dəqiq desək, AXCP adına iddiasını ortaya qoyduqdan sonra ötən il qurultay keçirmiş Razi Nurullayev qanadını real cəbhə kimi tanımadığını deyən A.Hacılı yenidən Ə.Kərimlinin xətrini xoş etməyə çalışmışdı. Bununla bağlı mətbuata açıqlama verən Müsavat başqanı deyib ki, rəhbərlik etdiyi təşkilat AXCP adında yalnız bir təşkilatı tanıyır-Ə.Kərimlinin AXCP-sini...

Arif Hacılı və qruplaşması...

Beləliklə, A.Hacılı Ə.Kərilminin ətəyindən yapışaraq ondan nə isə ummağa çalışır. Yeri gəlmişkən, Müsavat partiyasının sabiq başqanı İ.Qəmbər hələ 2013-cü il prezident seçkiləri ərəfəsində təşkilatın "Milli Şura"dan çıxdığını bəyan etdikdən sonra onunla razılaşmayan müsavatçılardan biri də hələ o vaxt partiyanın mərkəzi icra aparatına rəhbərlik edən A.Hacılı və qruplaşması olmuşdu. Ancaq onların etirazlarına rəğmən, Müsavat "Milli Şura"dan çıxdı. Çünki həmin qurumun xarici dairələrlə iş birliyi sübuta yetirilməklə yanaşı, AXCP sədri Ə.Kərimlinin oradakı söz sahibliyi də qarşı tərəfi qane etmirdi.

Açıq-aşkar AXCP-nin söz sahibliyi altında fəaliyyət göstərmək

İndiki məqamda A.Hacılının R.Nurullayevin AXCP-sini deyil, məhz Ə.Kərimlinin AXCP-sini tanıdığını bəyan etməsi isə onun "siyasəti" kimi deyil, yalvarışları kimi qəbul edilməlidir. O, Ə.Kərimliyə yalvarmaqla, ya "Milli Şura"ya bərpa olunmaq, bununla radikal müxalifət partiyası imicini özünə qaytarmaq, ya da açıq-aşkar AXCP-nin söz sahibliyi altında fəaliyyət göstərmək, eyni zamanda bu vasitəylə xarici dairələrlə iş birliyinə gedərək, qrant paylarını artırmaq istəyir. Çünki buna başqa cür proqnoz vermək də mümkün deyil. Beləliklə, fakt budur ki, A.Hacılı şəxsi maraqlarının təmin olunması üçün özünü aşkar şəkildə Ə.Kərimli qarşısında aciz olduğunu nümayiş etdirir.

RƏFİQƏ

Digər xəbərlər