PDF Oxu

Müxalifət

  • 3 290

Əli Kərimli və Taleh Bağırzadə - bir medalın iki üzü

image

Cinayət törədənlər törətdikləri cinayətin cavabını mütləq verəcəklər

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və digərlərinin Nardaran işi üzrə məhkəmə prosesi davam edir. Ötən məhkəmə proseslərində AXCP sədri Əli Kərimlinin şeytan cildində olan T.Bağırzadəni müdafiəsinə qalxması bir heç də təəccüb doğurmadı. Çünki hər ikisi xalqa yamanlıq etmək üçün "şeytanla belə" iş birliyi quranlardır. T.Bağırzadə məhkəmənin həm birinci, həm də ikinci günü qərəzli çıxışlar edərək, ona qarşı işgəncə verildiyini bildirib. Bu da təəccüb doğurmur. Çünki hər ikisi bir medalın iki üzüdür.

"Milli Şura" ilə Hacı Taleh - "Bir medalın iki üzü"

İstər hadisələr zamanı, istərsə də T.Bağırzadənin məhkəmə prosesi ərəfəsi "Milli Şura" adlı radikal qurumun yaydığı bəyanatda açıq-aşkar dini-ekstermist qruplaşmaya dəstək nümayiş etdirirlər. Bu, heç də təəccüb doğurmur. Çünki "Milli Şura" və T.Bağırzadə bir medalın iki üzüdür. Hər ikisi anti-Azərbaycan mövqedə dayanan və xaricdən istiqamətləndirilən, proqramlaşdırılan və maliyyələşdirilən subyektlərdir. T.Bağırzadə anti-Azərbaycan mövqedə dayanıb, anti-konstitusion çağırışlar edib. Rəsmi məlumata görə, T.Bağırzadə terror hadisələrə ciddi şəkildə hazırlaşıb, tərəfdarlarını Azərbaycan dövlətçiliyinə qarşı yönəldib və çıxışlarında şəriət rejiminin qurulmasını təbliğ edib. Bu kimi hallara görə, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ona qarşı cinayət işi açılıb, məhkəmə gedir. Belə bir şəraitdə "Milli Şura"nın T.Bağırzadəni müdafiə etməsi artıq onların bütün eybəcərliklərini, anti-Azərbaycan mövqedə durduqlarını tam çılpaqlığı ilə nümayiş etdirməkdədir.

Elçin Mirzəbəyli: "Milli Şura" adlanan anti-milli qurumun radikal ekstremistləri müdafiə etməsi yeni hadisə deyil"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli məsələyə münasibət bildirərkən vurğulayıb ki, Ə.Kərimli və "Milli Şura" adlanan anti-milli qurumun radikal ekstremistləri müdafiə etməsi yeni hadisə deyil: "Bu qurum yeni fəaliyyətə başladığı dövrlərdə radikal ekstremistlərin müdafiəsinə cəhd edirdi. Eyni zamanda, İranın da mövqelərinin müdafiə olunması ilə bağlı müxtəlif formalı bəyanatlar verilmişdi. Xüsusilə, bu fikirlər Ə.Kərimli tərəfindən tez-tez səsləndirilirdi. Ə.Kərimli bir neçə müddət öncə çağırışlarında təxribatçı T.Bağırzadəyə öz fəaliyyətini dünyəvi ənənələrə uyğun qurmağı tövsiyyə etmişdi. Amma onun çağırışlarına diqqət yetirilmədi".

E.Mirzəbəylinin sözlərinə görə, "Milli Şura"nın Azərbaycan dövlətinə qarşı çıxan, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı heç kimdə şübhə doğurmayan, eyni zamanda milli maraqlarımıza, dövlətimizin konstitusion quruluşuna zədə vurmağa çalışan insanların müdafiəsinə qalxması təsadüfi deyil: "Bu, Ə.Kərimlinin, "Milli Şura"da təmsil olunanların mahiyyətindən, düşüncəsindən irəli gələn bir faktordur. Onları dövlətimizə qarşı kim yönəlibsə, həmin dairələrin yanında da yer alırlar. Bunlar özlərini müxtəlif qütblərə təslim etməyə, onların sifarişi ilə fəaliyyət göstərməyə çalışan insanlardır. Onlar anlamalıdırlar ki, dünyada baş verən hadisələr fonunda bu cür məsələlərə xüsusi həssaslıqla yanaşmaq lazımdır. Ə.Kərimlinin və C.Həsənlinin Nardaran hadisələrində qızışdırıcı mövqe tutmaları onların səriştəsiz siyasətlərinin davamıdır. İstər iqtidar, istərsə də müxalifət bu cür məsələlərdə dövlətçilik maraqlarından çıxış etməlidirlər. Dövlətçiliyi şübhə altına almaq ən böyük cinayətdir. Bu adamlar qanun qarşısında cəzalırını almalıdırlar".

Elşən Musayev: "Azərbaycanın radikal müxalifəti növbəti dəfə öz sifətini və xislətini göstərdi"

Millət vəkili, Azərbaycan Demokratik-Maarifçilik Partiyasının sədri Elşən Musayev açıqlamasında bildirib ki, dağıdıcı müxalifətin radikal dini-ekstremistləri dəstəkləməsi onların bir xislətə qulluq etməsindən irəli gəlir : ""Milli Şura" adlanan ölü qurum, onun yedəyində gedən Ə.Kərimli, C.Həsənli və onlara bənzərlərin radikal ekstremizmlə bağlı fikir və mülahizələri artıq bəllidir. Onlar, həqiqətən də, tək bir amalla yaşayır ki, hakimiyyət və hökumətin timsalında Azərbaycan dövlətçiliyinə ziyan vursunlar. İstəyir ekstremist, istəyir killer, istəyir terrorçu olsun, fərq etməz. Yetər ki, Azərbaycan hakimiyyətinə qarşı olsunlar və o zaman radikal müxalifət onlarla əlbir olacaq. Bu qüvvələr belə bir xislətin sahibidir". E.Musayev Ə.Kərimli ilə T.Bağırzadəni birləşdirən bir məqam var: "Onları birləşdirən radikal məslək var. Biri radikal siyasət, radikal müxalifətçiliklə məşğuldur, digəri də radikal dini-ekstremizmlə. Yəni onları birləşdirən ümumi məqamlar var. Ona görə də radikal müxalifətlə radikal dini ekstremistlərin bir yerdə olmaları təbiidir. Ə.Kərimli, hətta Azərbaycanda millətin, insanlarımızın qırılmasına belə razıdır. Təki Azərbaycan dövlətinə və hakimiyyətinə bir ziyan gəlsin. Bu isə çox qorxulu tendensiya və çox qorxulu bir fəlsəfədir. Təəssüf ki, siyasi rəqiblərimiz bu gün həmin məqamdan yararlanmağa çalışırlar. Bütün hallarda Azərbaycanın radikal müxalifəti növbəti dəfə öz sifətini və xislətini göstərdi, xüsusən də Ə.Kərimli kimi dövlətə və millətə xəyanət edən riyakarların timsalında. Ona görə də Ə.Kərimli, C.Həsənli, T.Bağırzadə kimi cinayətkar elementlər ölkənin siyasi sabitliyini poza bilməz. Çünki qanun şahdır, şah qanun deyil".

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər