PDF Oxu

Müxalifət

  • 2 204

Yararsızların toplandığı "Milli Şura"

image

Sabiq cəbhəçi Mirzə Sakit "yazıq adamlar" adlandırdığı keçmiş partiyadaşlarını yıxıb-sürüdü

Yarandığı dövrdən xarici siyasi dairələrin oyuncaq qurumu rolunu oynayan "Milli Şura" hələ də öz yerində sayaraq referendumu boykot etmək məqsədilə köhnə fikirləri ilə gündəmdə qalmağa cəhdlər göstərir. Mitinq keçirmək istəkləri uğursuzluqla nəticələnsə də, fakt budur ki, hələ də özlərini "əhəmiyyətli siyasi fiqur" kimi ictimai rəyə sırımağa çalışan Əli Kərimli-Cəmil Həsənli cütlüyü xam xəyallarında qalmaqda davam edirlər. Məsələ ondadır ki, siyasi çevrələrdə ölü qurum kimi qiymətləndirilən "Milli Şura" rəhbərliyinin nəyəsə ümid etmələri, oradakı "liderlər"in boş-boşuna var-gəlləri ortaya heç bir nəticə qoymur.

"Azadlıq" qəzetinin sabiq yazarı, keçmiş AXCP üzvü Mirzə Sakitin "Milli Şura"dakıları "yazıq adamlar" adlandıraraq, bildirib ki, əcinnələr üçün saman çöpü olan bu ölü qurumun referendumu boykot etməsi gülünc hərəkətdir: "Şantajçı və böhtançı "Milli Şura"nın sədri C.Həsənli və AXCP sədri Ə.Kərimli hakimiyyəti mənfi əməllərdə suçlamaqdansa, özlərinə baxsınlar. Azərbaycan xalqının adından istifadə etməsinlər, "Milli Şura"larının maskaradları ilə məşğul olsunlar. Onların hamısı o maskaradın tifil oyunçularıdır. Xalq da oyunbazlığı sevmir və xalqa yalan vədlər yedirtmək lazım deyil. Onlardan haqqımı tələb etdiyimə görə, mənə anormal fərd kimi baxırlar".

M.Sakit digər maraqlı bir məqama da toxunub: "Milli Şura"nı yaradan siyasi partiyaların heç biri hazırda orada təmsil olunmur. Yalnız AXCP-dən başqa. Bu qurum 2013-cü ilin prezident seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxartdıqları insanlara sübut etdilər".

S.Mirzə sonda onu da vurğulayıb ki, Azərbaycanda AXCP adında partiya yoxdur, bu partiyanın adından spekulyasiya edən insanlar var. AXCP-ni mərhum Əbülfəz Elçibəy özü ilə götürüb apardı. Təbii ki, onu ən ağır təhqirlərlə söyən "Yurd" əcinnə-şəyatinlərinin əlindən. Sonda onu demək istəyirəm ki, Azərbaycan xalqının adından istifadə etməsinlər, "Milli Şura"larının maskaradları ilə məşğul olsunlar. Onların hamısı o maskaradın tifil oyunçularıdır".

R.HÜSEYNOVA

Digər xəbərlər