PDF Oxu

Müxalifət

  • 2 095

ADP yenidən düşərgəni hədəfə aldı – baş tutmayacaq...

image

TƏRS BAXIŞ

Sərdar Cəlaloğlu: "Müxalifətin bir araya gəlməsi, referendumla bağlı ortaya ciddi iş qoyması mümkün deyil"

Ölkədə istənilən siyasi proseslər çərçivəsində bir araya gələrək, sonradan məğlub şəkildə geriyə düşən müxalifətin bundan sonrakı təşəbbüsləri də istədikləri nəticəni verməyəcək. Bu kimi fikirlərlə çıxış edən, məhz düşərgədə təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Müxalifətçi partiya sədri bu dəfə də düşərgədə yaranan "canlama"nın müvəqqəti xarakter aldığını deyib və bu dəfə fikirlərini referendumla əlaqələndirib. Onun sözlərinə görə, hazırda müxalifət təmsilçilərinin təşəbbüs qrupları şəklində bir araya gəlmək ideyası ətrafında göstərdikləri səyləri həm səmimiyyətsizlik, həm də boş xülya kimi nəzərə çarpır. Çünki onlar yenə də gecikiblər. SİTAT: "Müxalifətin referendum öncəsi bir araya gəlməsi, əslində, zəruri idi. Amma bu imkan və prosedur qaçırılıb".

"Blok yaratmaq, birgə fəaliyyət göstərmək mümkün deyil"

Cəlaloğlu hesab edir ki, müxalifət növbəti dəfə ayrı-ayrılıqda fəaliyyət göstərməklə, daha da zəifləyəcək. Onların zəifliklərini isbatlayacaq bu amil isə, siyasi baxımdan heç bir səmərə verməyəcək. Çox yəqin ki, ADP sədri bu vasitə ilə təşəbbüs qrupları yaradan partiya və təşkilatları əbəs yerə vaxt sərf etməməyə çağırıb. Onun fikrincə, hətta istənilsə belə, blok yaradıb, orada fəaliyyətə başlamaq qeyri-mümkündür: "Artıq blok yaratmaq, birgə fəaliyyət mümkün deyil. Ancaq birgə mövqe ifadə etmək mümkün ola bilər. Bu da vəziyyətdən asılıdır".

"Birləşməyək və problem yaratmayaq..."

Burada isə səbəblər obyektivdir: "Müxalifətin bir araya gəldiyi zamanda, ciddi bir nəticə əldə edilmir. Yəni müxalifət bir araya gələndə də, gəlməyəndə də nəticə olmur. Müsavat partiyası hər zaman qeyd edir ki, biz birləşəndə də, birləşməyəndə də eyni nailiyyətsizliyi əldə edirik. Üstəlik, birləşdikdən sonra uğur olmur, əvəzində partiyalar arasında münasibətlərdə yeni problemlər ortaya çıxır. Yaxşısı budur ki, birləşməyək və problemlər də yaratmayaq. Reallıq bundan ibarətdir".

Beləliklə, ADP sədri S.Cəlaloğlu növbəti dəfə təmsil olunduğu düşərgəyə mesaj yollayıb ki, istər ayrılıqda, istərsə də bir yerdə olmaları ilə işləri alnmayacaq və ən yaxşı halda təşəbbüs qrupları yaradan partiyalar, sadəcə görüntü xarakterində ortada görünəcəklər. Bütü bunların isə siyasi müxalifətə heç bir xeyri və səmərəsi olmayacaq. Necə deyərlər, fakt göz qabağındadır...

Rövşən RƏSUOV

Digər xəbərlər