PDF Oxu

Müxalifət

  • 2 197

"FETÖ"-nün AXCP filialı

image

SİYASİ RAKURS

Fətullah Gülənin ölkəmizdəki "sağ əli" Əli Kərimliymiş...

Qardaş Türkiyədə ötən ayın 15-də baş vermiş hərbi çevrilişə uğursuz cəhddən sonra bu ölkədə başladılan və hazırda da davam edən gülənçi əməliyyatları şok adları üzə çıxarmaqdadır. Məsələ yalnız şok doğuran adlarda deyil. Məsələ "FETÖ" adlı terror təşkilatının "Yurd" sədri Əli Kərimliyə də aid olmasıdır. Daha dəqiq desək, AXCP sədri "FETÖ"-nün, yəni Fətullag Gülənin Azərbaycandakı rezidenti rolunu oynayırmış. Bir sözlə, Ə.Kərimli, bilavasitə nurçuymuş...

Bütün bu deyilənləri təsdiq edən faktlara növbəti dəfə toxunana qədər bir sıra digər amillərə də nəzər salaq. Çünki bu amillər birbaşa həmin faktların təsdiqedicisinə çevriləcək.

Qənimət Zahid FETÖ "üzvü" olduqlarını necə təsdiq etdi?

Ə.Kərimlinin göstərişi və təlimatları ilə fəaliyyət göstərən bir neçə media qurumunun "Gülən camaatı" tərəfindən maliyyələşdirildiyi şübhəsizdir. Qısa olaraq xatırladaq ki, AXCP sədrinin nəzarətində olan "Azərbayca saatı" adlı veriliş nurçuluğun təbliğatında yer aldığına görə bağlanmış "Barış" TV-dən yayımlanırdı.

Ortada faktlar və sübutlar isə kifayət qədərdir. Ancaq gəlin görək, Ə.Kərimlinin əlaltısı Qənimət Zahid bu barədə nə deyib? Sitat: "Barış" TV-dən başqa bağlanılan bütün telekanal və digər media qurumlarının hamısının F.Gülənə dəxli var..."

Təbii ki, Q.Zahid özünü o dərəcədə də axmaq yerinə qoyub, təmsil olunduğu "Barış" TV-nin FETÖ tərəfindən maliyyələşdiyini deməz. Çüki o, bu vasitə ilə özü ilə yanaşı, həm də Azərbaycandakı şefi Ə.Kərimlini pis ayaqda qoyardı. Ona görə də, Q. Zahidin məsələyə, məhz bu cür münasibəti səmimi görünmür. Beləliklə, cılız şəxsdən cılız cavab gözləməyə dəyərdi və əslində, o, bu cavabı ilə hər şeyi etiraf edib. Etiraf edib ki, bəli, F.Gülən TV ilə yanaşı, Kərimliyə də zaman-zaman dəstək göstərib. Hətta ona "evlaaadım" deyə türkçə müraciət də edərək, "babalık" yapıb.

Niyə məhz Türkel Kərimlinin ABŞ-a getməsi cavabı bəsit olan sualdır hər halda...

Bir həqiqəti də deməmək olmur ki, ABŞ və Avropanın pul iyi verən fondlarında Ə.Kərimlinin barmaq izləri olsa da, "Gülən camaatı" ilə əlbir olmasını, yatsaq da yuxumuzda görməzdik. Ancaq indi oun "FETÖ" lideri ilə əməlli-başlı baba-oğul münasibələri müəyyən olunub! Bəli, bu, həmin Ə.Kərimlidir ki, "şeytanla belə əməkaşlığa gedərəm" deyib və "Gülən camaatı"nın birləşdiyi FETÖ-yə gizli üzv yazılıb...

Hətta Ə.Kərimlinin Türkel adlı bar uşağı bu yaxınlarda ABŞ-da olarkən, Türkiyədə F.Gülən şəbəkəsi ətrafında gərgin anlar yaşanmağa başlamışdı. "ABŞ-ın nüfuzlu diplomatları və konqresmenləri ilə görüşən" T.Kərimli, demə ki, Fətullah hocası ilə görüşməyə, atasına veriləcək təlimatları almağa gedibmiş...

Beləlkiklə, bəlli olub ki, T.Kərimli ABŞ-ın QHT sektoruna daxil olan maliyyə fondlarında görüşlər keçirib və F.Gülən də zəngin iş adamı kimi həmin fondlarda təmsil olunur, demək, Kərimli Güləndən ona çatası olan maddi vəsaitləri alması və "Azərbaycan saatı"na görə efir alması üçün bu addımı atıb. Niyə məhz T.Kərimlinin ABŞ-a getməsi isə cavabı bəsit olan sualdır hər halda...

Deyəsən, biz az müddət sonra AXCP sədrinin FETÖ işi ilə bağlı başının daşdan-daşa dəyəcəyinin şahidi olacağıq. Ya daş qırılacaq, ya da Ə.Kərimlinin başı...

RÖVŞƏN

Digər xəbərlər