PDF Oxu

Müxalifət

  • 1 868

Üzü o yanlıqlar

image

KÖŞƏ YAZISI

Sual yaranır 24 ilə yaxındır ki, ciddi bir uğura imza ata bilməyən ənənəvi müxalifətçilər nə səbəbə fəaliyyətlərini dondurmurlar? Əslində, sualın bu cür qoyuluşu özündə bir sıra amilləri ehtiva edir. Onlar ötən əsrin sonunda cəmi-cümlətani bir dəfə hakimiyyət sükanının arxasına keçdilər və bircə ilə ölkə iqtisadiyyatını, daxili və xarici siyasətini çökdürdülər. Bundan sonra "Davam, yoxsa tamam?" sualının cavabı "Tamam!" olmalı idi. Amma...

Əslində, bunun səbəbi də məlumdur. Artıq bu illər ərzində müxalifətçilik lüzumsuz vərdişə çevrildi. Bu pis vərdiş də yavaş-yavaş iş və ya fəaliyyət növünə, yəni peşə xəstəliyinə çevrilib. İndi başbilən müxalifətçilər onu, istəsələr də dayandıra bilməzlər. Bunun isə iki səbəbi var. Birincisi, müxalifətçilər və onların liderləri hər hansı bir iş görmək qabiliyyətini itiriblər. Yəni əllərindən yalnız boşboğazlığa söykənən müxalifətçilik gəlir. İkincisi isə bu gün onları bu mərəzə yoluxduran qüvvələr də var.

Və kimlər-kimlər...

Bəli, xəstəliyə yoluxduranlar çox qərəzli insanlardırlar. Onlar daxili və xarici törəmələrin nökərləri olaraq "tarix" yazıblar. İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, İqbal Ağazadə, Arif Hacılı, Fuad Qəhrəmalı, Emin Hüseynli, Bəxtiyar Hacıyev, Leyla Yunus, Xədicə İsmayıl...və kimlər-kimlər....

Xarici maraqlı qüvvələrin qərəzləri isə daxilindəkindən qat-qat artıqdır. Çünki biri yalnız cəfəng ideya ixrac etdiyi halda, o biri nəqd qrant ixrac edir. Bu qrantlar isə yeyildikcə-yeyilir. Özü də iqtisadi cinayətlər hesabına! Tutulanda da deyirlər ki, bəs bizi siyasi motivlərlə həbs ediblər. Xarici qrantpaylayanlar isə çəkirlər donlarını başlarına və o ki var döşəyirlər Azərbaycanın milli dövlətçilik maraqlarını...

Ortada əsaslı faktor yoxdur

Yəqin indi aydın oldu ki, bu cür mərəzə və xəstəliyə yoluxan ənənəvi müxalifətçilər nə səbəbə bu gün də öz kreslolarından bərk-bərk yapışıb-qalıblar. Bəs pulları kim qazansın, başqaları? Əlbəttə ki, yox, yalnız özləri qazanmalıdırlar. Hətta tutulsalar belə, onların pul-paralarının ardı-arası kəsilməməlidir. Ona görə də vaxtilə "Demkonqres"dən "SİDSUH"a, "SİDSUH"dan "DSİ"yə, "DSİ"dən "MKM"ə "MKM"dən "İctimai Palata"ya, "İctimai Palata"dan da "Milli Şura"ya atlana-atlana gedirlər. Amma ortada əsaslı faktor yoxdur. Sadəcə, qarant və maliyyə gəliri dövr etməkdədir.

Sirr deyil ki, ənənəvi müxalifət indiyədək iki "lider" - İ.Qəmbər və Ə.Kərimli tərəfindən idarə olunurdu. Ötən müddət ərzində isə, bu idarəçilik də məhv oldu, özləri kimi. Heç bir tərəfin o birinə güzəştə getməməsi mövcud vəziyyətin yaranmasına səbəb oldu.

Artıq sonrasının nə olacağı bəllidir. İ.Qəmbər bu gün Müsavatı dağıdıb və hadisələri kənardan izləyir, Ə.Kərimli də eyni vəziyyətdə "Yurd"u ilə əlləşir və nə yaxşı olardı ki, onlar elə özləri ilə əlləşməkdə qalsınlar. Çünki üzü bu yanlıq onların heç nəyi qalmayıb. Hətta onlar üzü o yanlıqdırlar desək, lap yerinə düşərdi...

RƏFİQƏ

Digər xəbərlər