Dağıdıcı müxalifət deyilən məxluqlar, sözün həqiqi mənasında, çox əcaib -qəraib işlərlə məşğuldurlar. İş deyəndə ki, günlərini mənasız müzakirələrə, intriqalara sərf edir, xarici maraqlı qüvvələrlə iş birliyi, əməkdaşlıq münasibətləri qurmaq üçün plan üzərində var-gəl edirlər. Bütün bu işlərin kökündə daha çox maliyyə yardımı əldə edib, ölkədəki ictimai-siyasi sabitliyi pozmaq dayanır. AXCP-Müsavat funksionerləri ölkədə yaradılmış demokratik ab-havadan istifadə edərək, mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Təbii ki, xaos və iğtişaşlar olan yerdə demokratiya ola bilməz. Bu sadə məntiqi dağıdıcı müxalifət dərk etmir və ya dərk etmək istəmir. Xarici anti-Azərbaycan dairələrin çirkli pulları hesabına ölkədə qarşıdurma yaratmaq istəyən dağıdıcı müxalifət funksionerləri öz ağalarının tapşırıqlarını yerinə yetirmək üçün dəridən-qabıqdan çıxırlar, Bununla da ölkəmizi ötən əsrin 90-cı illərinin anarxiya və xaos dövrünə sürükləməyə çalışırlar. Bu baxımdan, onların hərəkətləri müxalifətçilikdən çox-çox uzaqdır. Böyük Quruluş Partiyasını sədri Fazil Mustafa dağıdıcı mövqe tutan partiya funksinerlərini tənqid edərək, onların müstəqil düşüncəyə və qərarlara malik olamadıqlarını bildirib: "Bəzi partiya nümayəndələri problemin həlli yollarını yox, cəmiyyətdə necə qarışıqlıq, xaos və anarxiya yaratmağı düşündürür. Bu isə yolverilməzdir, xaıqa, dövlətə pislik etmək deməkdir".
Anormal mövqe müxalifətin həyat təzinə çevrilir
Birmənalı tərzdə demək olar ki, müxalifət xalqa düşmən kəsilib. İnsanları qarşıdurma yaratmağa çağırmaq, ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməyə çalışmaq müxalifət liderlərinin həyat tərzinə, fəaliyyət istiqamətinə çevrilib. Hər fürsətdə ölkəmizə qarşı pislik etməyə çalışan müxalifət bu il sentyabrın 26-da keçiriləcək referendumla bağlı anormal mövqelərilədə xaricdən pul almağa ümid bəsləyir. Müsavat partiyası imza toplaya bilmədiyi halda, günahı insanlarda axtarması da diqqəti özünə cəlb etməyə hesablanıb. Nəzərə almaq lazımdır ki, 2013-cü il prezident seçkilərində dağıdıcı müxalifət, əsasən də, AXCP ABŞ-ın Milli Demokratiya İnstitutu tərəfindən "Facebook layihəsi"nə görə 2 milyon ABŞ dolları məbləğində vəsait almışdır. Bu baxımdan, Müsavat partiyası referendumla bağlı proseslərə çirkin formada qatılmaqla ilkin mərhələdə diqqəti cəlb etmək və sonrakı proseslərdə daha çox qazanmaqdır. "Milli Şura" adlı qondarma qurum isə referendumu "boykot" edəcəkləri kimi anormal mövqe ortaya qoyub. Amma fakt budur ki, bu kimi cəhdlər nəticəsiz qalacaq. Çünki onalar cəmiyyətdə qəbul olunmur, ictimaiyyət arasında hörmətə və nüfuza malik deyillər. Çıxış yolu kimi yalnız, qeyd etdiyimiz kimi, Milli Demokratiya İnstitutu formatında xarici donorlardan, fondlardan maliyyə yardımı almaq dayanır.
Müxalifətin birlik məzhəkəsi iflasa uğrayır
Marqaqlı məqam ondan ibarətdir ki, dağıdıcı müxalifət partiya sədrləri xarici maraqlı qüvvələrin diqqət mərkəzinə çevrilmək üçün bəzən şou yaradıb, məzhəkə qurmaqdan belə çəkinmirlər. Bu vasitədən daha çox Müsavat və AXCP funksionerlərinin istifadə etdikləri müşahidə olunur. Bəzən bu cür primitiv formatlardan istifadədə sözügedən şəxslər bir-birinə güzəştə belə getmək istəmirlər. A.Hacılı hələ bir ay öncədən məram və məqsədini anlamayan gənclərlə görüş keçirəcəyini bəyan etmişdir. Ə.Kərimli onu qabaqlamaq üçün tez-tələsik AXCP-çi gənclərin iştirakı ilə mini-toplantı təşkil edib. Gözlənildiyi kimi, Ə.Kərimli mini-toplantıda özünün qəhrəmanlığından söhbət açıb, gənclərin küçələrə çıxıb icazəsiz aksiyalar yolu ilə pozuculuq aktları törətməyə çağırışlar etmişdir. Məlumata görə, toplantıda bəzi gənclər Ə.Kərimlinin niyyətinin və məqsədinin sağlam fikirlər daşıyıcısı olan Azərbaycan gəncliyinin prinsiplərinə zidd olduğunu başa düşdüklərindən, ona öz etirazlarını bildirmişlər. Eləcə də A.Hacıl - İ.Qəmbər birlyinin gənclərlə keçirdikləri görüş də qalmaqalsız ötüşməyib. Məlumata görə, Şakir Abışov, Elçin Məmmədzadə və Mahir Xəlilov adlı gənclərin İ.Qəmbərin və A.Hacılının dövlətçilik maraqlarına zidd olan çağırışlarını tənqid edərək, onlara etiraz etmişlər.
A.Hacılının və İ.Qəmbərin müxalifətin birliyindən, inteqrasiyasından çox hap-gop etdiyini görən narazı gənclər isə "Əgər doğurdan da, müxalifətin birliyində səmimisinizsə, elə isə nə səbəbə Rəsul Quliyevin Azərbaycana gəlməsi ilə bağlı hazırlanan imzatoplama kampaniyasını rədd edib, onu imzalamaqdan imtina etmisiniz" sualı qarşısında çaş-baş qalan İ.Qəmbər "Rəsul Quliyevin müxalifətə aidiyyatı yoxdur" deməklə düşdüyü biabırçı vəziyyətdən çıxmağa çalışmışdır.
Məlumata görə, gənclər tərəfindən hədəfə alınmalarına dözümsüz yanaşan Müsavat rəhbərliyi, mühafizəçiləri vasitəsi ilə onaları bayıra atdırmışdır. Bununla da, onlar demokratik dəyərlərə nə dərəcədə dözümlü olduqlarını bir daha təsdiqləmişlər. Bütün bunlar isə, digər müxalifət funksionerləri kimi, İ.Qəmbərin və A.Hacılının azad düşüncə tərzinə və demokratik prinsiplərə hazır olmadıqlarını göstərir. Təbii ki, belələri siyasətdə uzunmüddətli fəaliyyət yolu tuta bilməzlər. Son nəticə siyasətdən geri çəkilməkdir ki, bu da İ.Qəmbərin və digərlərinin fəaliyyət istiqamətlərində açıqca görünməkdədir.
İ.ƏLİYEV