Sübuta yetirilən faktlar AXCP sədrinin Fətullah Gülənin əlaltısı olduğunu təsdiqlədi
Zaman-zaman, xarici ölkələrdəki ağalarına xidmət göstərən, təlimatlar alıb dövlət maraqlarına qarşı çirkin xəyanətkar fəaliyyət yolu tutan AXCP sədri Əli Kərimli növbəti dəfə öz çirkin əməllərini müxtəlif sferalarda nümayiş etdirməyə cəhd göstərdi. Xüsusilə də, Türkiyə hadisələri fonunda bir çox mətləblə açıqlandı.
Əli Kərimli -"FETÖ"-nun digər üzü
Doğrudur, "FETÖ"-çü (Fətullah Gülənin terror təşkilatı-R.H.) qiyamçıları hakimiyyət dəyişikliyinə nail olmadılar, əgər bu proses baş versəydi, dərhal Azərbaycana qarşı da geniş mübarizə cəbhəsi açacaqdılar və gülənçilər Azərbaycanda qarşıdurma yaratmağı planlaşdırırmışlar. Sözsüz ki, bu halda, AXCP sədri Ə.Kərimli həmişə əlinə düşən fürsətdən maksimum şəkildə yararlamağa çalışıb və uzun illərdir əməkdaşlıq etdiyi "FETÖ"-nün təlimatlarını icra etmək üçün ağalarından əmr gözləyib. Bunu təsdiqləyən faktlar kifayət qədərdir.
Faktlar, sübutlar, dəlillər
Məlum olduğu kimi, uzun illərdir Ə.Kərimlinin ən yaxın tərəfdaşlarından olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin "Azərbaycan saatı" adlı verilişi Türkiyənin "Barış TV" kanalında yayımlanırdı. Dövlət çevrilişi cəhdindən dərhal sonra Türkiyə hakimiyyəti "Barış TV"-ni F.Gülənin qruplaşmasının nəzarətində olan digər KİV-lərlə birlikdə bağladı. Yəni Ə.Kərimli bundan xəbərsiz deyildi. Eləcə də, digər faktlar da bu faktoru, özü də kifayət qədər təsdiq etməkdədir.
Eynilə Ə.Kərimlinin fətullahçı "Kurultay" nəşrinin baş redaktoru Aydın Taşla xüsusi əlaqələrinin olması, eynilə Aydın Taş, Turqut Ər və bu kimi xəyanətkar ünsürlərin "Azadlıq" qəzetində tribunaya sahib olması, eləcə də bitməyən digər faktlar bir daha sübut edir ki, zaman-zaman Gülən piramidasının baş maliyyəçisi olan Murat Kılıclının vasitəsilə pul yardımı alıb. Məhz həmin maliyyə vasitəsilə AXCP sədri Ə.Kərimli Azərbaycanda çevriliş etmək məqsədilə müxtəlif radikal təmayüllü təşkilatlar yaradıb, onları çirkin məqsədlər üçün istifadəyə cəhdlər göstərib.
Xatırladaq ki, bu təşkilatlardan olan "NİDA" qrupların rəhbərlərinin həbsindən sonra 2013-cü ildə AXCP-nin təsiri altına keçib. Bundan sonra qruplaşmanın ideologiyasında liberal müsavatçılıqdan gizli gülənçiliyə doğru dəyişiklik baş verib.
Bu, o Ə.Kərimlidir ki, bu gün hakimiyyətə hansı yolla olursa-olsun, yiyələnməsi üçün hətta şeytanla belə əməkdaşlığa gedir. Elə bu yolun yolçusu olan Fransada yaşayan əmisi oğlu İnqilab Kərimovun da terrorçu şəbəkənin hərəkətlərinə haqq qazandıran bəyanatla çıxış etməsi qaniçən qruplaşmanı ölkəmizə dəvət etməsi, Kərimli xislətini təsdiqləyən faktordur.
Göründüyü kimi, dünyanı qorxu altında saxlayan bu terror təşkilatının əməllərinə haqq qazandıran, təqdir edən İ.Kərimov "İŞİD"-i Azərbaycana, "Ə.Kərimlini və İnqilab Kərimovu təqdir etməyənlərin başlarını kəsməyə" dəvət edir.
Ötən ilin noyabrında Nardaranda baş verən hadisələr zamanı Ə.Kərimli sosial şəbəkədə insanları "qiyama" səsləyib, bununla ölkədə vətəndaş qarşıdurması yaratmağa cəhdlər göstərib. İyrənc məqsədinə çatmaq üçün simasını itirmiş, milli mənafeləri düşünməyən, hər cür alçaqlığa qol qoyan AXCP sədri hər zaman istənilən qaranlıq dairələrlə müttəfiqliyə hazır olan anti-milli qüvvəyə çevrildiyini nümayiş etdirib.
Cəmiyyət dəfələrlə bu cür qüvvələrin qarşısının alınması tələbini irəli sürür. Ona görə də, Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Ə.Kərimli və onun kimi anti-milli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir.
Rəfiqə HÜSEYNOVA