PDF Oxu

Müxalifət

  • 1 941

Fətullah Gülən Türkiyəyə esktradisiya olunarsa...

image

KÖŞƏ YAZISI

Zaman-zaman AXCP sədri Əli Kərimlinin müxtəlif banklarda yaxınları adına köçürülən maliyyəhesabları barədə kifayət qədər materiallar toplanıb. Məhz həmin faktlar ortaya çıxdıqdan sonra cəbhə sədri bir müddət ortalarda görünməyib, daha sonra isə anidən peyda olub "Azadlıq" qəzeti vasitəsilə guya ona böhtan atıldığını iddia edir, "sübutlar" gətirir. Əlbəttə ki, Kərimlinin bu cür gedişləri barədə məlumatları olanlar yaxşı bilirlər ki, onun ortadan itməsi və sonradan üzə çıxması üçün qurduğu planlara görədir. O öz evində oturub növbəti yalanlar, nağıllar quraşdırıb bank hesablarındakı pulların "özünə məxsus olmaması arqumentləri" üzərində işləyir, ardınca isə "Azadlıq"da "Əli Kərimli hakimiyyəti susdurdu" tipli başlıqlı yazılarla yenidən üzə çıxırdı.

Bu qədər pul Əli Kərimliyə haradan gəlib?

Bəlli olan budur ki, AXCP sədri hər zaman bu bicliyi sayəsində quyruğunu qapı arasından çıxarmağa çalışıb. Məsələn, 2013-cü ilin sentyabrında ölkə mediasında belə bir məlumat yayılmışdı ki, "Azərbaycan müxalifətinin lideri banklardan praktik olaraq 2 il ərzində müntəzəm olaraq nəhəng məbləğlərdə pul çıxarır, iri məbləğli maliyyə əməliyyatları aparır, böyük həcmdə pul kütləsini qəbul edir və ya iri məbləğlərdə vəsaiti harasa göndərirmiş. Həmin yazı bu linkdədir: (http://news.day.az/politics/433343.html).

Bu qədər pul Ə.Kərimliyə haradan gəlib? Çünki bu adam 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib. Bizneslə məşğul deyil. Nə o, nə də AXCP beynəlxalq fond və təşkilatlardan qrant almayıb. Bəs bu qədər maliyyə vəsaiti Ə.Kərimliyə hansı mənbələrdən gəlib?

Belə olan vəziyyətdə, hazırda ilk görünən amil bu gün Ə.Kərimlinin FETÖ təşkilatının lideri Fətullah Gülənlə uzun illərdir saxladığı münasibətləridir. Çünki bu barədə artıq kifayət qədər faktlar mövcuddur. Lakin bu gün dövlətinə və millətinə xəyanət edən bir ünsürün utanıb-qızarmadan hakimiyyətə qarşı heç bir sübutu olmayan ittihamlar yağdırması digər bir faktoru ortaya çıxarıb - o, qorxur!

Fətullah Gülən öz canının hayında olacaq

Bəli, artıq Ə.Kərimlinin vaxtı-vədəsi yetişib və bu illər ərzində Azərbaycan dövlətinin maraqlarını satdığına, xəyanət etdiyinə görə xalqın qarşısında cavab verməli olacaq. Artıq məlum olur ki, o, həqiqətən də, 2005-ci ildən başlayaraq, mütəmadi olaraq F.Gülən hocasından tapşırıqlarını alıb, əmrlərinə müntəzir dayanıb. İndi onun hocası çətin vəziyyətdədir. Bilmək olmaz, ABŞ onu anidən Türkiyəyə verə də bilər. Çünki ortada söhbət qardaş ölkənin maraqlarının satılması, xalqına, dövlətinə qarşı terror ittihamından gedir. Əgər Gülən Türkiyəyə ekstradisiya olunarsa, istintaqa cəlb edilərsə, bu gün Ə.Kərimlinin şəstlə, özünəməxsus tərzdə "Azadlıq"da FETÖ ilə əlaqəsinin olmaması ətrafındakı haray-şivənləri də boşuna sayılacaq. Çünki onun əmiri, yaxud da imamı F.Gülən öz canının hayında olacaq. Hətta məşhur "duaları" belə ona köməklik etməyəcək. Maraqlıdır, onda necə olacaq? Axı AXCP sədri barəsində ortaya çıxacaq dəlillərdən yaxa qurtara bilməyəcək. Zaman da, məhz bu sualların cavablandırılmasına doğru sürətlə hərəkət edir...

Rövşən RƏSULOV

Digər xəbərlər