PDF Oxu

Müxalifət

  • 1 958

Gülənçilərə dəstək, terrora dəstək deməkdir

image

Rufiz Qonaqov: "Bu, ümumilikdə türk dünyasına qarşı yönəlmiş bir terrordur"

Türkiyədə baş verən hadisələrdən sonra çevirilişə cəhdin təşkilatçılarının həbs edilməsi prosesi genişmiqyas aldıqdan sonra Azərbaycandakı bəzi müxalifət qüvvələri də hərəkətə keçərək, bir növ gülənçilərə dəstək nümayiş etdirirlər. Hətta bəzi müxalifətə yaxın "Azadlıq" qəzeti, "Meydan" TV, "Azadlıq" radiosu kimi KİV-lər terrorizmi təbliğ edir və "Azadlıq" kimi qəzetlər "Bin Ladenə eşq olsun" şuarları ilə çıxış edirlər. Sual yaranır: müxalifət partiyalarının, eləcə də, onlara yaxın "Azadlıq" qəzetinin, "Azadlıq" radiosuna və eləcə də, "Meydan" TV-nin terrorizmi təbliğ etməsi nədən qaynaqlanır? Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov "Səs" qızetinə açıqlamasında bildirdi ki, Türkiyədəki hadisələr fonunda Azərbaycanda olan müxalifət qüvvələrin bunu pisləmək əvəzinə, əksinə, buna dəstək vermələri bir növ onalrın gülənçilərlə həmfikir olduqlarını təsdiqləyir: "Təəssüflər olsun ki, müxalifət bununla iki dost, qardaş xalqlar arasında mövcud oalan tarixi ənənələrə xələl gətirmək yolu tutmuş olurlar. Bu kimi əməllər isə yalnız qınağa və nifrətə layiqdir. Ümumilikdə isə, bu cür fəaliyyət yolu tutan şəxs, fərqi yoxdur, müxalifət olsun ya da başqası, onlara yaraşan bir hərəkət deyil. Əgər müxalifət qüvvələri düşünürlərsə ki, Türkiyədə baş verən bu hadisələr təkcə iqtidarın problemidir, əlbəttə ki, çox yalnış bir hərəkətə yol vermiş olurlar. Çünki bu, ümumilikdə türk dünyasının qarşı yönəlmiş bir terrordur".

R.Qonaqovun sözlərinə görə, AXCP sədri Ə.Kərimli və ona yaxınlığı ilə seçilən mətbu orqanların gülənçilərə dəstək vermələri, ümumilikdə, Türkiyə-Azərbaycan əlaqələrinə zərər vurmağa yönələn uğursuz cəhddən başqa bir şey deyil: "Türkiyə və Azərbaycanın bölgədəki nüfuzunu görə müəyyən dairələr cox ciddi narahatlıq keçirirlər. Xarici qüvvələr Ə.Kərimli kimilərdən istifadə etməklə, artmaqda olan nufuzlarını ləngitməyə çalışırlar. Düşünürəm ki, bu, yolverilməzdir. Müxalifətin terrorizmi, terroru dəstəkləməsi və yaxud hər hansı bir terrorçu təşkilatla, onun rəhbərləri ilə əlaqələr qurması öz mahiyyətini ortaya qoymaqdan başqa bir şey deyil. Onların fəaliyyətləri bunun üzərində qurulub. Bir sözlə, sabitlik və demokratiya üzərində yox, məhz zorakılıq üzərində qurulub. Müxalif qüvvələrin tutduqları bu yol da çox səhv və yanlış bir yoldur. Bir sözlə, tutduğları bu yol onların özlərinə çox böyük ziyan vuracaq. Ümumiyyətlə, nə Türkiyədə, nə də Azərbaycanda qarşıdurma yolu ilə nəyə isə nail olmaq mümkün olmayıb və olmayacaqda. Bunu da həmin qüvvələr qulaqlarını yaxşı-yaxşı açıb eşitməlidirlər".

R.Qonaqov onu da bildirib ki, müxalifət qüvvələrinin bu cür çirkin vasitələrdən istifadə etmələri, onlara heç vaxt başucalığı gətirməyəcək: "Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı bu günə qədər yersiz hərəkətlər etdiklərinə görə, onlar xalqın gözündən düşüblər. Bu da onların anormal olmalarının nəticəsidir. Yaxşı olardı ki, müxalifət qüvvələri belə yolardan əl çəkərək, normal siyasətə meyil etsinlər".

GÜLYANƏ

Digər xəbərlər