Müxalifət daxilində diqqətçəkən məqamlardan biri, bəlkə də deyərdim ki, birincisi hər bir partiya sədrinin özünü çoxbilmiş göstərməyə çalışmasıdır. Boylarından böyük iddialarla çıxış etməyə üstünlük verən bu məxluqatlar hər fürsətdə kiməsə yol göstərməyə, ağıl öyrətməyə çalışırlar ki, bu da düşərgə daxilində heç də uğurlu variant kimi qəbul edilmir. Çünki iddialıların sayı kifayət qədər çox olduğundan, iddialı çıxışlara da sərt münasibət göstərilir. Misal kimi, Ə.Kərimlinin iddialı çıxışlarına Müsavat başqanı A.Hacılının və ya keçmiş başqan İ.Qəmbərin sərt münasibət nümayiş etdirmələrini göstərmək olar. Amma nə işdirsə, Ə.Kərimli deyilən məxluqat daha çox əqidə dostları ilə daha çox qarşıdurmaya gedir. Bu baxımdan, o, müxalifət düşərgəsində arzuolunmaz şəxs hesab olunur və müxalifətin inteqrasiyasına mane olan partiya sədri kimi tanınır. Araşdırmalar təsdiq edir ki, Ə.Kərimli rəqiblərini iştirakçısı olduğu iclas və yığıncaqlarda təhqir etməklə kifayətlənməyib, sosial şəbəkələr vasitəsi ilə də gözdən salmağa çalışır. "Yurd" şefinin hədəfində olmuş şəxslərdən biri də bu gün gülünc formada müdafiə etdiyi, "REAL" Hərəkatının icra katibi Natiq Cəfərli olub. Bir qədər əvvəl insanlara şər-böhtan atmaqda ad çıxarmış Ə.Kərimli və yanında olan mirzəciklər sosial şəbəkələrdə N.Cəfərli üzərinə ən ağır küçə söyüşləri ilə hücuma keçiblər. N.Cəfərlini "hakimiyyətə işləməkdə", "hakimiyyət qazanının dibini yalamaqda" günahlandıran kərimlilər bununla ənənəvi amplualarında olduqlarını nümayiş etdiriblər.
Ə.Kərimli o zaman Natiq Cəfərlini satqın adlandırmışdır, bu gün isə...
Qeyd etmək yerinə düşər ki, Ə. Kərimli ənənəvi mövqeyini bir daha ortaya qoyaraq, bir qədər əvvəl ölkəyə gətirilən quru meyvələrin qiymətini öz profilində paylaşaraq, bazardakı satış qiymətləri ilə yüksək fərqin olduğunu qeyd etmişdi. Hətta ağzıgöyçəklik edərək, ölkəyə gətirilən qozun qiymətinin 75 qəpik olduğunu bildirmişdir. Ə.Kərimli açıq şəkildə N.Cəfərlini satqılıqda günahlandıraraq, müxalifət partiayalarını onunla əməkdaşlıqdan çəkinməyə çağırmışdır. Bu yanaşmanın səhv olduğunu bildirən N.Cəfərli məsələnin həddindən artıq şişirdildiyini bildirmiş və Ə.Kərimli və onun dəstəsinə baş qoşmağın, fikirlərinə münasibət bildirməyin yersiz olduğunu bildirmişdir. Məhz bundan sonra cəbhəçilərin hədəfinə tuş gələn N.Cəfərli ağ yuyulub, qara sərilib. N.Cəfərlinin Ə.Kərimli və onun dəstəsi tərəfindən hədəf seçilməsinə etinasız qalmayan Böyük Quruluş Partiayasının sədri Fazil Mustafa mətbuata verdiyi açıqlamasında Ə.Kərimlini və dəstəsini debil, qaragüruh sürüsü adlandırıb: "Mən elə bilirdim ki, bunlar, əsasən, bizim haqqımızda belə böhtanları yaymaqla məşğuldurlar, sən demə, kim nəyəsə irad bildirirsə, o zaman dərhal hakimiyyətə işləmək versiyası gündəmə gəlir. Statuslarında İsa Qəmbərin də, Rauf Arifoğlunun da hakimiyyətə işləməsi barədə əminliklə yazılmış rəyləri oxuyuram. Ancaq ümumiləşdirmə aparanda, görürsən ki, "hakimiyyətə işləmək" meyarı kimi, bu cahillər bizim üçün Milli Məclisdə təmsil olunmağı əsas götürürlər. İndiyədək nə N.Cəfərli, nə İ.Qəmbər, nə də R.Arifoğlu şəxsən Milli Məclisdə təmsil olunmayıblar. 1995-2000-ci illərdə AXCP adı ilə Milli Məclisdə təmsil olunanların hansı tamaşada hansı rolu oynadığını bu yaxınlarda YAP iqtidarının təmsilçiləri yerinə və ünvanına qədər açıqladılar. Ona görə də el arasında əbəs yerə demirlər ki, varlının fahişəsi, kasıbın da xəstəsi bilinməz. İfadəni üzürlü sayın, yerinə düşdüyünə görə yazmaq məcburiyyətində qaldım".
Alternativ AXCP-nin sədri Razi Nurullayev də Azərbaycan siyasətində söyüşün yolverilməz olduğunu, belə halların başında Ə.Kərimlinin dayandığını bildirib: "Söyüşü Azərbaycan siyasətinə gətirən Ə.Kərimli və ətrafındakılar daha yaxşı həyat yaşayırlar, daha yaxşı maşınlarda gəzirlər, daha çox siyasi dividend qazanıblar. Bütün bunlara görə, Ə.Kərimli və ətrafı qınaq obyekti olmalı, ittiham hədəfinə çevrilməlidir. Onları Azərbaycan siyasətindən sürüyüb atmaq lazımdır. Biz yaxın vaxtlarda bunua nail olacağıq".
Bir sözlə, önə çıxmağa, siyasətdə özünə yer tutmağa çalışan N.Cəfərli Ə.Kərimli və onun dəstəsinin hücumuna tuş gəlmişdir. Amma Ə.Kərimli dünən söydüyü, alçaltmağa çalışdığı N.Cəfərlini bu gün müdafiə etməyə çalışır. Nədir-nədir, N.Cəfərli həbs olunub. Nədir ki, ABŞ-dakı və Qərbdəki bəzi maraqlı dairələr Ə.Kərimlidən N.Cəfərlini müdafiə etməyi tələb ediblər. Ə.Kərimli də buyruq qulu olduğundan, tapşırığı yerinə yetirməyə məcbur olub. Belələrinin isə adları hər zaman üstlərindədir, coxüzlü, xisləti və mövqeyi bəlli olmayan, əqidəsi şübhəli zatıqırıqlar.
İ.ƏLİYEV