PDF Oxu

Müxalifət

  • 1 890

AXCP və "Milli Şura" rəhəbrliyi nəyə görə təlaş keçirirlər?

image

ANALİTİKA

Yaxud "günahsızlıq" iddialarından doğan aqressiya amili

AXCP sədri Ə.Kərimlinin Türkiyədə F.Gülənin lideri olduğu FETÖ təşkilatı ilə əlbir olması faktları ortaya çıxdıqca, qarşı tərəfin aqressiv davranışları və bu davranışların "Azadlıq" qəzetində, habelə sosial şəbəkələrdə aşkar şəkildə sərgilənməsi, ilk olaraq belə bir sual doğurur: axı nəyə görə AXCP-nin də daxil olduğu "Milli Şura" rəhbərliyi başlarını itiriblər, hansı səbəbdən, bu qədər narahat olmağa başlayıblar və faktlardan dolayı aqressivləşmələrinin səbəbləri nədir? Əlbəttə ki, bu yerdə hər kəsin dilində əzbər olmuş məşhur atalar sözü də yada düşür: "soğan yeməmisənsə, için niyə göynəyir?" Görünür, ona qarşı ard-arda düzülən faktlar, əslində, Kəriminin "soğan yeməsinin", hətta artıqlaması ilə "yeməsinin" real nəticələridir. Bu səbəbdən də, "içi göynəməyə" başlayıb...

Vəziyyətin heç də özünə tərəf deyil, əks-tərəfə inkişaf etdiyini dərk etməyə başlayan Ə.Kərimli partiyasının yedəyi hesab edilən "Milli Şura" vasitəsilə mətbuat konfarnsı keçirib və bu işi, əlbəttə ki, tapşırıb C.Həsənliyə. Beləliklə, "göynərtilərin" səbəbi kimi, "Milli Şura"nın koordinasiya mərkəzi iclas keçirərək, bəyanat yayıb. Əslində, bunun Ə.Kərimlinin "təmizəçıxma" oyunu olmasını hər kəs gözəl bilir və yaxşı anlayır. Belə bir vəziyyətdə cəbhə sədrinin başqa yolu da qalmayıb, amma...

Əli Kərimli oğlu Türkel Kərimlinin ABŞ səfərinin əsl məqsədini niyə açıqlamır?

Amma bu məsələlərin əhəmiyyətizliyi, heç bir nəticə verməyəcəyi elə ilk başdanca görünür. Guya FETÖ lideri ilə heç bir əlaqəsinin olmadığını sübut eyməyə çalışdıqca, daha danılmaz, əsaslı faktlar ortaya çıxır və beləliklə, Ə.Kərimlinin F.Gülənin Azərbaycana təyin etdiyi gizli "baş imam" olması təsdiqini tapır.

AXCP sədri və onun tərəfdarları, bilavasitə F.Gülənlə əlaqəli olub və bu barədə irəli sürülən dəlillər arxasında "Kurultay" dərgisinin, "Zaman Azərbaycan" qəzetinin, "Barış" və "Can Ərzincan" TV-lərinin mövcudluğu haqqında da ötən yazılarda kifayət qədər vurğulanıb. Ona görə də haqlı ittihamları "hakimiyyətin böhtanı" kimi ictimai rəyə sırımağa cəhdlər göstərən Ə.Kərimli, əslində, bu vasitələrlə daha dar dalana dirənmiş olur. Bu səbəbdən, onsuz da Ə.Kərilminin aşkar növlərinə çevrillmiş "Milli Şura"nın sədri C.Həsənlinin mətbuat konfransları keçirib hay-haray salması da xəlbirlə su daşımaqdan başqa bir şeyə bənzəmir.

Bu gün sözügedən məsələlərdə ictimai rəyi maraqlandıran suallar isə cavabsız qalır. Məsələn, nə Ə.Kərimli, nə də onun C.Həsənli qismindəki təbliğatçıları hələ də oğlu T.Kərimlinin F.Gülənə məxsus "Barış" və "Can Ərzincan" TV-lərinin bağlanmasından dərhal sonra ABŞ-a etdiyi səfərinin əsl məqsədini açıqlamırlar. Niyə? Hansı səbəbə görə?

Hər kəsə gün kimi aydındır ki, F.Gülən ABŞ-ın Pensilvaniya ştatında məskunlaşıb və Amerika kəşfiyyat rezidenturasının ən etibarlı adamı olaraq, hələ də Türkiyəyə təhvil verilmir. ABŞ xüsusi xidmət orqanları onun böyük malikanəsini silahlı qoruma altında saxlayırlar. Bu amil isə özü-özlüyündə bəzi faktorları ehtiva edir. Bu faktorları bir neçə tərəfdən haşiyələrə alaq.

***

Birinci HAŞİYƏ: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın tələblərinə əsasən, F.Gülənə məxsus ifşaedici sənədləri bu ölkənin müvafiq dövlət orqanlarına göndərib və buna rəğmən, ABŞ hələ də Gülənin Türkiyəyə ekstradisiyasına razılıq vermir. Bu isə Ərdoğanın dövlət çevrilişinə cəhddə ABŞ kəşfiyyatını ittiham etməsinə zəmin yaradır. Çünki Gülən amerikalıların rezidenti hesab olunur.

***

İkinci HAŞİYƏ: Ə.Kərimlinin ideyası əsasında efirə gedən "Azərbaycan saatı" verlişi "Barış" TV-də yayımlanırdı. Bu TV bağlandıqdan sonra Türkiyədə fəaliyyət göstərən heç bir digər TV-lər "Azərbaycan saatı" adlı verlişinin onların tezliyində yayımlanmasına razılıq vermədilər. Bu isə, belə deməyə əsas verir ki, başda "Barış" TV olmaqla, bağlanmış digər yazılı və görüntülü media qurumları, bilavasitə ABŞ-dan idarə edilirdilər və idarəetmə pulltunun arxasında gülənçilərin lideri F.Gülən dayanıb.

***

Üçüncü HAŞİYƏ: Hadisələr fonunda Ə.Kərimlinin oğlu dərhal ABŞ-a göndərilir. AXCP sədrinin oğlu ciddi nüfuzları olmayan Vaşinqton məmurlarının kabinetlərində görünür, hətta şəkillər paylaşılır. Bununla bağlı Türkiyə hüquq-mühafizə orqanlarına yaxın mənbələr məlumat verirlər ki, T.Kərimli atasının adından Qənimət Zahidin aparıcısı olduğu bağlanmış proqramına başqa gülənçi telekanalda yayım imkanı verilməsini xahiş edib. Bəzi senatorların və konqresmenlərin aparatının işçiləri ona vəd veriblər ki, bu məsələyə baxacaqlar. Lakin zamanında görülmüş tədbirlər gülənçi medianın tamamilə fəaliyyətsiz duruma gətirilməsinə səbəb oldu. Ona görə də hazırda "Azərbaycan saatı" adlı verilişin efiri dayandırılıb.

***

Dördüncü HAŞİYƏ: C.Həsənli Ə.Kərimlinin "təmizəçıxarma" əməliyyatında ciddi-cəhdlə sübut etməyə çalışır ki, AXCP sədri Türkiyədə baş verən iyul qiyamından dərhal sonra qardaş ölkədəki çevriliş cəhdini pisləyən bəyanatlarla çıxşı edib, etirazlarını göndərib. Bu zaman belə bir sual yaranır: məgər hansı axmaq siyasətçi qiyam planı iflasa uğradıqdan sonra belə, onlara dəstək göstərərdi? Halbuki qiyam yeni başlayanda, son vaxtlar ciddi "facebook" xəstəliyinə tutulmuş Ə.Kərimli Ərdoğan hakimiyyətini deyil, məhz qiyamçıları dəstəkləmişdi. Hətta şəbəkədə təlimatı ilə işləyən qrupu da heç nə məlum olmamış, "radikal dinçilərin əsgərləri linç etdiyini və s." barədə ittihamedici statuslar yazırdılar. İndi bu statusları yoxdur və silinib, sual olunur, NİYƏ?

Azərbaycanın Türkiyəyə ilk dəstək verən ölkə kimi çıxış etməsi Qərb dairələrini narahat etdi

Beləliklə, bu kimi haşiyələrin ardını da yazmaq olardı. Çünki Kərimlinin FETÖ ilə əlaqəsi ətrafında faktlar çoxsaylı vəziyyətdən külliyə doğru, demk olar ki, hər gün artmaqda davam edir. Onlar isə bu faktların qarşısında aqressivləşir, özlərinə uyğun olan "sübutlarla" vəziyyətdən çxış yolları axtarırlar.

Ancaq bu da son deyil. Bildiyimiz kimi, Azərbaycan dövləti, başda ölkə rəhbərliyi olmaqla, Türkiyədə qiyam gecəsi baş verənlərə ilk reaksiya verən ölkə oldu. Bu, Qərb dairələrinin, xüsusilə, Türkiyə-Azərbaycan münasibətlərinə qısqanc yanaşan siyasi dairələrin narahatlığına səbəb oldu. Belə bir məqamda, Azərbaycana qarşı daim qərəzli hesabatlar hazırlayan qurumlar hərəkətə keçməyə başladı. Bildiyimiz kimi, ölkəmiz referendum ərəfəsindədir və bu ərəfədə ABŞ-ın Dövlət Departamenti Ə.Kərimlinin bağlı olduğu digər hadisəyə - "Nardaran işi"nə görə bəyanat vermişdi. Guya ölkəmizdə dini diskriminasiyanın olduğunu iddia edən departament bu və ya digər şəkildə ittihamlar irəli sürmüşdü.

Əli Kərimli-Cəmil Həsənli cütlüyü Gülənə dəstək göstərən departamentin Azərbaycana yönəlmiş ittihamlarından yararlanmağa çalışır

Bunun ardınca isə "REAL" Hərəkatının funksioneri Natiq Cəfərlinin, o cümlədən, Ə.Kərimlinin egidası altında olan "NİDA" üzvünün həbsləri ilə bağlı növbəti dırnaqrarası hesabat yayıldı. Belə olan vəziyyətdə, fürsətdən istifadə edən AXCP sədri Ə.Kərimli və "Milli Şura"nın rəhbəri C.Həsənli "təmizəçıxarma" əməliyyatında bu amilləri də önə sürüb, əsassız fikirlər irəli sürməyə başlayıblar. Əlbəttə ki, F.Gülən amilində ABŞ maraqlarının olması ilə bu məsələlərdə Azərbaycana qarşı hesabatların verilməsi arasında bağlantıların olması ehtimalları daha çox görünməyə başlayır. ABŞ Türkiyəyə FETÖ liderini verməkdən imtina edir və ABŞ Türkiyə iqtidarına birmənalı dəstək göstərən Azərbaycan hakimiyyətini digər vasitələrlə ittiham edir. Nəticədə, Ə.Kərimli-C.Həsənli cütlüyü Gülənə dəstək göstərən departamentin ölkəmizə yönəlmiş ittihamlarından yararlanmağa çalışır. Təbii ki, F.Gülən də onlara bu məsləhəti verərdi ki, Azərbaycan dövlətinə qarşı aqressiv davranışlarını daha da artırsınlar. Bəlkə də bu məsləhəti verilib və indi FETÖ-nün ölkəmizdəki "baş imamı" Ə.Kərimli sözügedən vasitələrlə öz "vəzifə borcunu" yerinə yetirir. Əlbəttə ki, köməkçisi C.Həsənli ilə bir yerdə...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər