Mais Səfərli: "Gülənçilərlə iş birliyi quranları cinayət məsuliyyətinə cəlb edib, həbs etmək lazımdır"
"AXCP sədri Əli Kərimlinin Fəlullah Gülənlə sıx əlaqələri olub"
Türkiyədə baş verən hadisələrdən sonra dövlət çevrilişinə cəhdin təşkilatçılarının həbs edilməsi prosesi geniş miqyas aldıqdan sonra Azərbaycandakı bəzi müxalifət qüvvələri də hərəkətə keçərək, bir növ gülənçilərə dəstək nümayiş etdirirlər. Hətta bəzi müxalifətə yaxın "Azadlıq" qəzeti, "Meydan" TV, "Azadlıq" radiosu kimi KİV-lər terrorizmi təbliğ edir və "Azadlıq" kimi qəzetlər "Bin Ladenə eşq olsun" şuarları ilə çıxış edirlər. Belə bir sual yaranır: müxalifət partiyalarının, eləcə də, onlara yaxın "Azadlıq" qəzetinin, "Azadlıq" radiosuna və eləcə də "Meydan" TV-nin terrorizmi təbliğ etməsi nədən qaynaqların?
"Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Türkiyədə gülənçilərin nümayəndələrinin bu məsələ ilə əlaqədar həbs olunması reallığı əks etdirən faktlara söykənir: "Onların, xüsusilə də, AXCP sədri Ə.Kərimlinin Fətullah Gülənlə sıx əlaqələri olub. Gülənçilər cox təhlükəlidirlər. Gördüyünüz kimi, Türkiyədə dövlətin əsaslarına çevrilişə cəhdlə çox ciddi zərbə vurdular. Bir sözlə, bu hərəkat çox təhlükəli və çox qorxulu bir hərəkatdır. Bu, təkcə Türkiyə üçün yox, o cümlədən, gülənçilərin mövcud olduğu bütün ölkələr üçün təhlükəlidir. Bu baxımdan, bizim ölkəmizdə də mübarizə aparılır və bu gülənçilərə qarşı mübarizə dövlətmizin təhlükəsizliyinə yönəlibdir. Müxalifət düşərgəsini təmsil edən qüvvələrin gülənçilərlə bütün əlaqələri ciddi şəkildə araşdırılmalıdır. Əgər hər hansı bir müxalifətin gülənçilərlə əlaqələri varsa, buna həm hüquqi, həm də siyasi qiymət verilməlidir".
Partiya sədri onu da bildirdi ki, Ə.Kərimli və onun dəstəsinin terrorçu təşkilatlarla geniş iş birliyi qurmaqla, özlərini daha da gözdən salırlar: "Əlbəttə, kimliyindən asılı olmayaraq, hər hansı bir azərbaycanlının bu cür hərəkətləri ağlasığmazdır. Çünki terrorçu şəbəkə ilə iş birliyi qurmaqla özləri ilə yanaşı, ölkəmizin adına ləkə gətirmiş olurlar. Ümumilikdə isə, gülənçilərlə iş birliyi quranları cinayət məsuliyyətinə cəlb edib, həbs etmək lazımdır".
"Müxalifətin hələ də formalaşa bilməməsinin səbəbini gülənçi və ya buna bənzər məkrli qüvvələrlə iş birliyinə getməsi ilə bağlı olduğunu demək olarmı" sualına cavab olaraq, M.Səfərli cavab olaraq, birinci səbəb kimi, onların liderlik ambisiyalarının olamsını, ikinci səbəb kimi isə, xarici maraqlı qüvvələrlə iş birliyinə girmələrini göstərdi: "Müxalifətin vahid lideri olmaq iddiaları partiya sədrlərini qara günə qoyub. Ümumilikdə isə, müxalifət düşərgəsində təmsil olunan şəxslərin bir-birini təhqir edərək, gözdən salmaq cəhdləri onların bir araya gələrək, güc mərkəzinə çevrilmək istəklərini mümkünsüz edir".
GÜLYANƏ