AXCP sədri Ə.Kərimlinin gülənçilərlə əlaqələrinin olması öz təsdiqini tapdıqdan sonra bu şəxs narahatçılıq keçirməyə başlayıb. Avqustun 23-də ABŞ səfirliyinə gedərək, səfirlə geniş müzakirələr aparması da, onun ifşa olunmasını təsdiq edən fakta çevrilib. Söhbət etdiyimiz müsahiblərimizdə Ə.Kərimlinin terrorçu təşkilat olan gülənçilərlə əlaqələrinin onun istintaqa cəlb edilməsi üçün əsas olduğunu bildirdilər.
Təkamül partiyasının sədri Teyyub Qənioğlu: "Ə.Kərimlinin ABŞ səfirliyinə gedərək səfirlə geniş müzakirələr aparması müəyyən suallar doğurur"
- Fətullah Gülənin Azərbaycanda bəzi şəxslər vasitəsilə geniş əlaqələrə malik olaması hər kəsə məlumdur. F.Gülənin, doğurdan da, Azərbaycanda hər hansı bir çevrilişə cəhd etmək istəyib kimi məsələləri aydınlaşdırmaq üçün Azərbaycan hüquq-mühafizə orqanları ciddi tədqiqat işləri aparmalıdır. O cümlədən də, AXCP sədri "Ə.Kərimlinin F.Gülənlə əlaqələrinin dərinliyi nə qədərdir, bu əlaqələrin səsəbi nələrdən ibarətdir və bu əlaqələri yaratmaqda məqsəd nə olub" kimi suallara da aydınlıq gətirilməlidir. Aydın məsələdir ki, Azərbaycanda bəzi müxalif siyasi partiyalar xaricdən olan qüvvələr tərəfindən maliyyələşirlər. Bu kimi faktlara əsasən, araşdırmaq lazımdır ki, F.Gülən tərəfindən Ə.Kərimlinin partiyası maliyyələşdirilibmi? Məlumdur ki, ABŞ F. Güləni Türkiyəyə qaytarmaq istəmir. Bu baxımdan da, Ə.Kərimlinin ABŞ səfirliyinə gedərək, səfirlə geniş müzakirələr aparması müəyyən suallar doğurur. Ə.Kərimli ehtiyat edir ki, F.Gülənlə əlaqələrinə görə, müəyyən təzyiqlərlə üzləşə bilər. Bu nöqteyi-nəzərdən Ə.Kərimlini ABŞ səfirliyinə gedərək, səfirlə görüşməsi ondan kömək istəməsi ilə bağlıdır. Yəni əgər bu məsələ ilə bağlı Ə.Kərimliyə təzyiqlər olduğu təqdirdə, hər zamankı kimi, ABŞ səfirliyi onun arxasında dayansın.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov: "Ə.Kərimlinin gülənçilərlə əlaqələrinin olması məsələsini hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırmalıdır"
- Müxalifət liderlərinin ABŞ və Avropa ölkələrinin səfirləri ilə gizli və ya istisına hallarda açıq görüşlər keçirmələri birinci hal deyil. Ə.Kərimli dəfələrlə xarici ölkələrin səfirləri ilə qapalı görüşlər keçirib. Demək olar ki, bu tip insanların maliyyələşdirməsi və bunların fəaliyyətinə dəstək verilməsi xarici səfirliklər vasitəsilə həyata keçirilir. Həmin səfirliklər müxalifət təmsilçilərinə həm mənəvi, həm də siyasi dəstək verirlər. Ə.Kərimlinin gülənçilərlə əlaqələri olması məsələsini hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırmalıdır. O ki qaldı burada Ə.Kərimlinin təşviş keçirməsi məsələsinə, təbii ki, əgər Ə.Kərimlinin gülənçilərlə əlaqələrin, olması açıqlanaraq, öz təsdiqini taparsa, onda onların bu cür təşviş keçirməsinə ciddi əsaslar var. Çünki dövlətin bu məsələdə mövqeyi sərtdir. Yəni terrorçu hərəkat olduğunu Türkiyədə dövlət çevrilişinə cəhd etməklə təsdiqləyən "Gülən" hərəkatı ilə əlaqələrinin olmasına dair faktlar öz təsdiqini taparsa, o zaman həmin şəxslərin cəzalanacaqları şübhəsizdir. Ə.Kərimlinin də bu hərəkatla əlaqələri istintaq araşdırması ilə üzə çıxarsa, onun da cəzalanması qaçılmazdır. Bu baxımdan, Ə. Kərimlinin ABŞ səfirliyinə gedərək, səfirlə görüşməsinin səbəbi özünə arxa-dayaq axtarılması ilə bağlıdır.
GÜLYANƏ