PDF Oxu

Müxalifət

  • 1 799

Əli Kərimlinin terrorçu təşkilatlarla əlaqələri üzə çıxır

image

AXCP sədri Ə.Kərimlinin gülənçilərlə əlaqələrinin olması öz təsdiqini tapdıqdan sonra bu şəxs narahatçılıq keçirməyə başlayıb. Avqustun 23-də ABŞ səfirliyinə gedərək, səfirlə geniş müzakirələr aparması da onun ifşa olunmasını təsdiq edən fakta çevrilib. Söhbət etdiyimiz müsahiblərimizdə Ə.Kərimlinin terrorçu təşkilat olan gülənçilərlə əlaqələrinin onun istintaqa cəlb edilməsi üçün əsas olduğunu bildirdilər. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, gülənçilərlə sız əlaqələrinin olması öz təsdiqini tapdıqdan sonra, qorxuya düşən AXCP sədri Ə.Kərimli ABŞ səfiri ilə görüşməklə, ondan kömək istəməyə çalışıb: "O cümlədən də, bu şəxs xaricdən Türkiyəyə və Azərbaycana qarşı olan qüvvələrin təzyiqi altında bəlkə də hansısa bir məsələni müzakirə etmək üçün görüşə bilər. ABŞ səfiri ilə olan görüşünü təkcə Ə.Kərimlinin ifşa olunmasından yaranan narahatçılıqla əlaqələndirmək yox, eyni zamanda, hansısa bir təxribat planı qurmaqla da əlaqələndirmək olar. Yəni bu şəxs xaricdən aldığı sifarişləri icra etmək üçün də görüşə bilər. AXCP sədri Ə.Kərimli nə Türkiyənin, nə də Azərbaycanın dövlətçiliyinin inkişafı və milli mənafelərin qorunması üçün yox, xaricdə güvəndiyi dostlarının arzularının yerinə yetirilməsi üçün çalışır. Çünki Ə.Kərimli pulu məhz həmin xarici qüvvələrdən alır".

T.Novruzov onu da bildirdi ki, F. Gülənin ideyologiyasının Azərbaycanın milli-mənafeylərinə zidd olduğunu söyləməyə ehtiyac yoxdur: "İlk öncə, Türkiyə bizə qardaş dövlətdir və Türkiyə ilə biz eyni bir yol tutmuşuq. Gələcəyə yönələn, böyük ümidlər verən çox ciddi yol tutaraq, strateji addımlar atırıq. Belə bir vaxtda qardaş bir ölkənin ərazsinidə bu dərəcədə heç bir xalqın nümayəndəsinin törətmədiyi bir əməli törədən bir insanla Ə.Kərimlinin münasibətlər qurması bağışlanması mümkün olmayan həqarətdir. Bununla da, təbii ki, sabahı gün Ə.Kərimlinin nə dərəcədə rüsvayçı bir vəziyyətə düşəcəyinə əsas verir. 1990-cı illərin əvvələrində Azərbaycandan Türkiyəyə F.Gülənin xətti və onun maddi dəstəyi ilə gedən tələbələri ilk qruplarını, məhz Ə.Kərimli aparırdı. Şübhəsiz ki, o zamandan bu əlaqələr qurulub. Yəni müxalifət qüvvələrinin Azərbaycanda hansısa xoşagəlməz hərəkətlərə əl atmasının kökündə bir tərəfdən xarici qüvvələr dayanıbsa, digər tərəfdən isə, məhz F.Gülən və onun ideologiyasının aparıcıları dayanır. Bu baxımdan, heç şübhəsiz ki, həm Türkiyənin, həm də Azərbaycanın inkişafına mane olmağa çalışan istənilən bir şəxs bu hərəkətlərinə görə gec-tez cavab verməlidir. Bu gün artıq Ə.Kərimlinin bunlara cavab vermək vaxtı gəlib çatıb. Çünki onun cinayətkar hərəkatla əlaqələrinin olması sübuta yetirilməkdədir".

GÜLYANƏ

Digər xəbərlər