PDF Oxu

Müxalifət

  • 2 134

Riçard Kozlariçin növbəti "kozyolluğu"

image

TƏRS BAXIŞ

Yaxud, ABŞ-ın ölkəmizdəki sabiq səfirinin yenidən ortaya çıxıb "ağalıq" eşqinə düşməsi ictimai rəyə sərsəm amerikalı təsirini bağışlayır

ABŞ-ın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç yenidən gündəmdədir. Daha doğrusu, ölkəmizdə ictimai-siyasi proseslərin fəallaşdığı anda sabiq səfirin Azərbaycana qarşı qısqırdılması planı yenidən işə düşməyə başlayır. Bu plan artıq ənənəvi şəkil aldığından təəccüb doğurmur. Sadəcə, vaxtilə ölkəmizdə siyasi və biznes planları, fərdi maraqları təmin olmadığına, baş tutmadığına görə, kin-küdurətini cilovlaya bilməyən bu sərsəm amerikalı dərhal "Amerikanın səsi" deyilən media qurumunda Azərbaycana qarşı "od püksürüb". Adıçəkilən media qurumuna müsahibə verərək, ağlına və ağzına gələnləri danışan sərsəm amerikalının dedikləri isə dərhal AXCP sədri Ə.Kərimlinin nəzarətində olan "Azadlıq" qəzetinin saytında tirajlanıb. Tirajlanmaya da bilməzdi! Çünki hazırda Ə.Kərimlinin mövcud vəziyyəti, Türkiyədəki çevriliş planına liderlik etmiş F.Gülənlə adının eyni anda çəkilməsi, eləcə də, "Gülən işi"ndə ABŞ xüsusi xidmət orqanlarının əlinin olması onu buna vadar edir. Zənnimizcə, F.Gülənə "hizmətçilik" edən Kərimlinin "FETÖ" liderinə arxa-dayaq olan ABŞ dairələrinin qarşısındakı nökərçiliyinə də ehtiyac duyulub və o da Kozlariçin gen-bolluğu ilə seçilən anti-Azərbaycan xarakterli müsahibəsini nəzrət etdiyi mətbuatında yayımlayıb.

Beləliklə, keçək əsas mətləbə və görək, R.Kozlariç bu dəfə hansı "kozyolluq" prinsiplərinə arxalanıb.

Kozlariç kimi heç bir dəyəri olmayan ucuz siyasilər yenidən ortaya atılır

Müsahibəsində bu və ya digər şəkildə Azərbaycan dövlətini aşağılamağa çalışan bu sərsəm amerikalı iddia edib ki, sən demə, "Azərbaycan hökuməti idarəçiliyin Putin modelini yamsılayır". Gülüncdür deyilmi? Demək, Azərbaycan son dövrlərdə öz qətiyyətli və dayanıqlı, o cümlədən, müstəqil siyasətini yürütməklə, regiondakı proseslərə köklü dəyişikliklər verən adıdmlar atır. Buna misal olaraq biz, bu yaxınlarda Bakıda üçtərəfli formatda baş tutmuş Azərbaycan-Rusiya-İran liderlərinin görüşünü göstərə bilərik. Məhz bu görüşdən sonra nəninki regionda, eləcə də, Yaxın Şərq siyasətində ciddi dəyişikliklərə start verildi. Təbii ki, belə bir siyasi yeniliyin reallaşması ABŞ siyasi dairələrinin müəyyən tərəflərini qane etmədiyinə görə, "vurulacaq" ilk ölkə Azərbaycan olmalıydır. Bəllidir ki, ABŞ-ın İran və Rusiya ilə münasibətləri daim tükdən asılı vəziyyətdə olub və Azərbaycanın amerikalıların xoşuna getməyən bir ilkə imza atması onların qıcıqlanmalarına səbəb oldu. Habelə, Türkiyədə baş verən məlum məsələlərdən sonra ABŞ xüsusi xidmət orqanlarının ağuşuna alıb bəslədiyi F.Gülənə qarşı Azərbaycanda ciddi araşdırılmaların başladılması da onları narahat etməyə başladı. Nəticədə, Kozlariç kimi heç bir dəyəri olmayan ucuz siyasilər ortaya atılaraq, Azərbaycanda yürüdülən müstəqil siyasi addımlar indi də "Putinsayağı" qismində təbliğ edilməyə başlayıb.

Nəyə görə Kozlariç Klintonlar ailəsinin xeyriyyəçilik cəmiyyətlərinin bulaşdığı korrupsiya əməlləri barədə bir kəlmə də olsun danışmır?

Ümumiyyətlə, Kozlariçin özünü "ağa" kimi aparması, eləcə də, qeyd edilənlərlə yanaşı, referendumla bağlı özüsayaq dəyərsiz fikirlər səsləndirməsi istər-istəməz həm bu fərdə, həm də bu fərdi özlərinə gerçəkdən ağa seçmiş fərdlərə qarşı ikrah hissi oyadır. Baxaq görək, referendumla bağlı amerikalı sərsəm nə deyir? Deyir ki, "...Xüsusilə, hökumətin əmlak hüquqlarına dair mövqeyi" və "vitse-prezident vəzifəsinin yaradılması, qanunvericilərin yaş hədlərinin dəyişdirilməsi" onu yamanca narahat edirmiş (?-R.N.). Maraqlıdır, niyə? Hansı səbəbə? Nəyə görə Riçard Kozlariç birdən-birə yenidən ortaya çıxıb, başqa dövlətlərin daxili işlərinə qarışır, sonra da "narahat" olur? Yaxşı olmazdımı ki, Kozlariç ABŞ-da yenidən prezident seçilməyi arzu edən Klintonlar ailəsinin "xeyriyyəçilik" fondlarının bir sıra insan haqları təşkilatları tərəfindən araşdırılaraq, çıxarılan korrupsiyalı nəticələr barədə fikir bildirsin? Axı o, Azərbaycanın deyil, ABŞ-ın vətəndaşıdır və qarışmalı, ağıl qoymalı olduğu işlər də, məhz Amerilanın ictimai-siyasi gündəmi olmalıdır! Hansı səbəbdən, Kozlariç Hillari Klintonun prezidentliyə namizədliyini irəli sürməsini ABŞ tarixində ailə üsul-idarəçiliyi kimi dəyərlənədirmir? Yoxsa bu, ona sərf etmir? Yəqin bu sərsəm amerikalıda, həqiqətən də, ciddi "kozyollaşma" prosesi gedir və bu, onun üçün sağalmaz xəstəliyə çevrilib. Əgər xəstəliyinin müalicəsini burada-Azərbaycanda axtarırsa, yanılır, bu tərəflərdə belə xəstəliklər, ümumiyyətlə, mülaicə edilmir...

Bu, Azərbaycan KİV-lərinin gəldiyi və real ehtimallara söykəndiyi qənaətlərdir

Görün, Gülən hərəkatı ilə bağlı o, nə deyir? SİTAT: "Gülən hərəkatının Azərbaycanda hökumət əleyhinə yönəldiyini düşünmürəm. İnanıram ki, bütün bunlar Türkiyə hökumətinin təzyiqləri altında baş verir...Narahatedici faktor hökumətin nəzarəti altında olan və ya hökumətə yaxın mətbuat orqanlarının Amerikanı Bakıda çevrilişə yol açacaq bir vəziyyət yaratmaqda ittiham etməsidir..."

Əgər Kozlariç bilmirsə, ona xatırladaraq, edərək deyə bilərik ki, birincisi, Azərbaycan heç bir ölkənin, hətta qardaş və müttəfiqi olan Türkiyənin siyasi təzyiqləri altında hərəkət etmir, əksinə, öz müstəqil siyasətini yürüdür, bundan sonra da belə davam edəcək. İkincisi, fakt budur ki, ABŞ MKİ-si F.Gülənin Türkiyədə çevriliş planlarını idarə edib və bu barədə biz deyil, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında bəyan edib. Üçüncüsü, belə olan halda, istər hakimiyyətə yaxınlığı ilə seçilən media qurumları olsun, istərsə də olmayan - bu, KİV-lərin gəldiyi və real ehtimallara söykəndiyi qənaətlərdir. Əgər ABŞ Türkiyədə "FETÖ" vasitəsilə çevriliş etmək fikrində olmayıbsa, nəyə görə F.Gülən hələ də ABŞ-da əlini-qolunu sallayaraq yaşayır, Amerikanın Federal Məhkəməsi onun ekstradisiyasını rədd edən qərarlar çıxarır, üstəlik, Bayden Türkiyəyə getsə belə, bu məsələ həll edilməmiş qaldı. Azərbaycan mediası belə olan vəziyyətdə nə etməli, hansı nəticəlrə gəlməliydir?

Sənin, Riçard Kozlariç olaraq, Azərbaycanı ABŞ-ın strateji müttəfiqi olub-olmamasını qəbul edib-etməməyin heç kimin marağında deyil

Sonda isə amerikalı sərsəmin daha bir "tarixi", "əsrarəngiz", "bənzərsiz", "təhtəlşüur" tezisinə bir növ, cavab vermək yerinə düşərdi. Riçard Kozlariş deyir: "Mən Azərbaycanı heç vaxt ABŞ-ın strateji müttəfiqi kimi görməmişəm (??!!-R.R.). Hətta mən səfir olanda da, bizim ortaq maraqlarımız var idi. Biz münasibətlərimizi enerji baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımdan inkişaf etdirmək istəyirdik. Çalışırdıq ki, Azərbaycanın suverenliyinə və müstəqilliyinə təminat verək - hansı ki, erkən çağlarda bu məsələlər kövrək idi."

Sənin, Riçard Kozlariç olaraq, Azərbaycanı ABŞ-ın strateji müttəfiqi olub-olmamasını qəbul edib-etməməyin heç kimin marağında deyil.

Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından da biz ABŞ-ın Minsk Qrupu təmsilçisi olaraq, gerçək üzünü dəfələrlə görmüşük.

Azərbaycanın suverenlik və müstəqillik təminatı isə ABŞ-ın maraqlarında deyil, Azərbaycan xalqının maraqları çərçivəsində qorunur və ABŞ heç vaxt Azərbaycanın müstəqilliyi məsələsində təminatçı rolunda çıxış edə bilməz!

Bu baxımdan, yaxşı olardı ki, gələn dəfə Kozlariçin "kozyolluğu" tutanda, bu kimi incə məqamlara diqqət yetirsin, bir azacıq da siyasi billgilərini artırsın. Təbii ki, Ə.Kərimli ilə bir yerdə...

Rövşən RƏSULOV

Digər xəbərlər