PDF Oxu

Müxalifət

  • 1 920

"Sərhədsiz reportyorlar"dan növbəti həyasızlıq

image

SİYASİ RAKURS

Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan təşkilatın "insan haqları" haqqında hesabat yaymasına başaqa cür ad vermək olmaz!

Bu günlərdə Qərbin bir sıra dairələri və şəxsləri, o cümlədən, "Sərhədsiz Reportyorlar Təşkilatı" ("RSF") Azərbaycana qarşı kütləvi qərəz kampaniyasına start veriblər. Belə ki, bu dəfə onları "narahat" edən məsələlərdən biri də AXCP sədri Əli Kərimlinin təlimatları əsasında işıq üzü görən "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlinin həbsidir. Sözügedən məsələ ilə bağlı əsassız bəyanat yayan bu böhtançı qurum F.Əmirlinin həbsini "dini zəmində" adlandıraraq, əslində, F.Gülənin mövqeyini dəstəklədiklərini sərgiləyiblər. Məsələ ondadır ki, bu şəxs, bilavasitə, "FETÖ" liderinin kitablarını mütailə edərək, onun zərərli düşüncələrini ölkə ictimaiyyətinə yaymağa çalışıb. Lakin "RSF"-nin birdən-birə bu kimi bəyanatla çıxış etməsi bəzi xatırlamaların yenidən üzə çıxmasına səbəb olub.

Bu gün dünyanın əksər ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, "Sərhədsiz Reportyorlar" hələ də bu kimi çirkin, cəfəng iddiaları ilə həyasızlığa yol verirlər

Məsələn, bu, həmin təşkilatdır ki, vaxtilə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hesabatla çıxış edib. 2014-cü ildə verilən "söz və ifadə azadlığı" ilə bağlı hesabatında bu qurum Dağlıq Qarabağla bağlı bölməsində qondarma "respublikanı" qismən azad ölkə kimi təqdim etməklə yanaşı, oradakı söz azadlığı barədə rəylər verib. Maraqlıdır ki, bu gün dünyanın əksər ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, "Sərhədsiz Reportyorlar" hələ də bu kimi çirkin, cəfəng iddiaları ilə həyasızlığa yol verirlər. Halbuki işğal altındakı ərazilərimizdə yüz minlərlə soydaşımızın insan haqları pozulur, Ermənistanda əsirlikdə olan yüzlərlə vətəndaşlarımızın hüquqları tapdanır və onların əksəriyyəti barədə heç bir informasiya verilmir. Belə olan vəziyyətdə, insanların hüquqlarını müdafiə etməli olan bu qurum reallığı kənara qoyub, Azərbaycanda qadağan olunmuş cərəyanlara qoşulan şəxsin hüquqlarının müdafiəçisinə çevrilir.

Ermənipərəst qurumun bəyanatının "Azadlıq" kimi satqınlar toplumunun cəmləşdiyi "sarı mətbuatda" işıqlandırılması isə onların çirkin niyyətlərini bir daha açığa çıxarmış olur

Əlbəttə ki, bu, Azərbaycanın ölkə ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan "RSF"-nin bəyanatında ciddilik görmür. Məhz bu baxımdan, "Sərhədsiz Reportyorlar" təşkilatının hesabatı növbəti qərəz nümunəsi kimi qiymətləndirilməlidir. Təbii ki, Azərbaycan bir dövlət, cəmiyyət olaraq öz inkişaf xəttini, strategiyasını hansısa beynəlxalq qurumun reytinqində yüksək yer qazanmağa hesablamır. Azərbaycan dövləti atdığı bütün addımlarında vətəndaşların, xalqın və ümumilikdə, ölkənin inkişafını əsas prioritet kimi müəyyənləşdirir.

Belə olan vəziyyətdə, erməni işğalı altında olan ərazilərimizi qismən azad olan ölkə kimi təqdim etmiş bir ermənipərəst qurumun bəyanatının "Azadlıq" kimi satqınlar toplumunun cəmləşdiyi "sarı mətbuatda" işıqlandırılması isə, onların çirkin niyyətlərini bir daha açığa çıxarmış olur.

Rövşən RƏSULOV

Digər xəbərlər