PDF Oxu

Müxalifət

  • 5 654

Taleh Bağırzadə kimi dinbazlar və onların müdafiəçiləri bir nömrəli xəyanətkarlardır

image

Azərbaycanın tolerant ölkə olduğu bütün dünyada təsdiq olunmuş faktdır və bu ölkədə hansısa dini kəsimin hüquqlarının pozulmasını iddia etmək absurddur. Bu mənada, "Müsəlman Birliyi" Hərəkatının din üzərindən çıxış etməsi, əslində, siyasi oyunların bir parçası hesab oluna bilər. Ancaq Azərbaycan cəmiyyəti bu cür hücumlarla mübarizə aparmaq üçün kifayət qədər müdrik və dözümlüdür. Bu gün Azərbaycanda dini tolerantlıq hökm sürür və heç kəs inancına görə təqib olunmur. Dünya bu sahədəki təcrübəmizi "Tolerantlığın ən təkmil modeli" kimi öyrənir. Təəssüf ki, bu münbit şərait bəzi hallarda din pərdəsi altında maskalanan məzhəb və klerekal qrupların anti-milli, anti-dövlət, antiAzərbaycan fəaliyyəti yürütməsinə imkan verir. Məzhəb prinsiplərini dövlətimizin maraqlarından üstün tutan, daha doğrusu, ölkəmizin mənafeyini öz mənfəətlərinə qurban verməyə hazır olan çoxsaylı təriqətlər, missioner təşkilatlar, artıq neçə illərdir ki, Azərbaycanla "səssiz müharibə" aparırlar. Onların müxtəlif xarici dövlətlərin təsirində, xarici kəşfiyyatların xidmətindədirlər!

Məqsədləri də bəllidir: Azərbaycanı ekstremist dini təmayüllərin toqquşma poliqonuna çevirmək və "dini inqilab" ixracını respublikamıza keçirməkdir. Ancaq bu gün göründüyü kimi, insanları sülhə, birliyə, əmin-amanlığa çağıran bir dini-siyasi alətə çevirib, hərc-mərclik yaratmaq istəyənlər isə hüququn tələblərinə uyğun layiqli cəzalarını alırlar və bundan sonra da alacaqlar.

Taleh Bağırzadənin mənşəyi bilinməyən müdafiəçiləri

Son günlər "Milli Şura" adlı ölü qurum Nardaranda baş verən hadisələrlə əlaqədar özünəməxsus şəkildə çağırışlar edir, açıq-aşkar dini ekstermist qruplaşmaya dəstək nümayiş etdirir. Anti-Azərbaycan mövqedə dayanan və xaricdən istiqamətləndirilən, proqramlaşdırılan, maliyyələşdirilən "Milli Şura"nın mənşəyi bilinməyən subyektləri Ə.Kərimli və Cəmil Həsənli T.Bağırzadənin "Müsəlman Birliyi" adı altında təşkilatının bu cinayətkar dəstəyə siyasi və mətbuat dəstəyi verdikləri üçün mənəvi və siyasi məsuliyyət daşımalıdır. Ə.Kərimli xarici dövlətin agentini az qalırdı peyğəmbər kimi təbliğ etsin. Bunun səbəbi o idi ki, Kərimli xalqdan ciddi dəstək ala bilmir və fikirləşirdi ki, T.Bağırzadə kimi cinayətkarların əli ilə ölkədə siyasi sabitliyi pozub, nəyəsə nail ola bilər. Kərimli, hətta Talehə siyasi məsləhətlər də verirdi ki, "Azərbaycanı dünyəvi dövlət" kimi gördüyünü bəyan etsin. T.Bağırzadəni ona qarşı yönələn ittihamlardan kənar saxlamaq istəyirdi. Bu yerdə xatırlatmaq istərdim ki, T.Bağırzadə parlament seçkilərində vətandaşları boykot etməyə də səsləyirdi.

Bir də bu, o Ə.Kərimlidir ki, əmisi oğlu İnqilab Kərimovun terrorizmə çağırışına ilk dəstək olmuşdu. Fransada yaşayan cəbhəçi İ.Kərimov "İŞİD" terrorçu şəbəkəsinin hərəkətlərinə haqq qazandıran bəyanat verərək, qaniçən qruplaşmanı ölkəmizə dəvət edərkən, Ə.Kərimli də bu terror təşkilatın əməllərinə haqq qazandırıb və təqdir etməyənlərin başlarını kəsməyə dəvət edir. Ə.Kərimlinin zaman-zaman sağ əli olan, hazırda Fransada yaşayan İ.Kərimovun bu statusu sosial şəbəkədə ciddi etirazla qarşılanıb və Azərbaycan dövlətinə qarşı təxribat, cinayətkar şəbəkəyə dəstək kimi qiymətləndirilir və lənətlənir. Fransadan siyası sığınacaq alsa da, İnqilab Kərimov hazırda da AXCP-nin rəhbər strukturlarında təmsil olunur.

Maraqlı cəhət isə budur ki, facebookda AXCP üzvləri də bu statusu "LİKE" etdilər, bəziləri isə dəstək göstərdiklərini də yazdılar. Bu situasiya bir daha AXCP rəhbərliyinin gerçək mahiyyətini ortaya qoydu və bu gün də öz ambisiya və maraqları naminə ən ağlasığmaz addımlar atmağa, terrorçu dəstələrlə belə müttəfiq olmağa hazırdırlar. Hansı ki, sözügedən partiya hakimiyyətə iddialıdır, demokratiyadan dəm vururlar və Azərbaycanda sivil hakimiyyət quracaqlarını iddia edirlər. Əgər bir partiyanın təmsilçisi, daha dəqiq desək, partiya sədrinin əmisi oğlu ölkəyə "İŞİD"-i çağırırsa, baş kəsməyi doğru hərəkət sayırsa, bunların gerçək mahiyyəti o zaman nə olur? Çünki İ.Kərimov bu genetik əlamətinə görə deyil, əqidəcə Ə.Kərimliyə yaxınlığına görə tanınıb.

Göründüyü kimi, artıq AXCP sədri Ə.Kərimli ilə bağlı faktlar, onu deməyə əsas verir ki, o, məlum əməllərini gizlədə, yaxud da pərdələyə bilməyəcək. AXCP rəhbərliyinin xalqımıza, dövlətimizə münasibəti ortadadır və hər kəs etdiyi cinayətin cəzasını almalıdır. Ona görə də, sağlıq olsun, Azərbaycan müxalifətinin bir nömrəli üz qarası olan Ə.Kərimli də T.Bağırzadənin yanında yer alar.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər