Məlum olduğu kimi, dağıdıcı müxalifət partiaya yetkililəri, ən çirkin vasitə və üsullardan istifadə etməklə, diqqət mərkəzinə çevrilməyə cəhdlər göstərirlər. Hətta maddi maraqlarının təmin olunması üçün Azərbaycan qanunvericiliyinə ziddi fəaliyyət yolu tutmaqdan da çəkinmirlər. Çirkli yollarla pul qazanmaq üçün saxta partiya biletləri satır və bununla da xaricə mühacir təşkil edirlər. AXCP sədrinin keçmiş müavini Razi Nurullayev də iddia edir ki, Ə. Kərimli partiya biletləri satmaqla məşğul olur: "O, bu vasitə ilə xarici ölkələrə mühacir ixrac edir. Bununla da çirkin vasitələrdən istifadə etmiş olur". Söhbət etdiyimiz müsahiblərimiz də bu cür əməllərin "Siyasi partiyalar haqqında" qanunun tələblərinə zidd olduğunu və cinayət məsuliyyəti yaratdığını bildirdilər.
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:
- Əgər Razi Nurullayev belə bir iddia ilə çıxış edirsə, yəqin ki, nəyə isə əsaslanaraq deyir. Hər bir halda, kimliyindən asılı olmayaraq partiya üzvlük vəsiqələrinin satılması qanunvericiliyə ziddir. Ə.Kərimlinin partiya biletləri satmaqla məşğul olması yolverilməzdir. Birinci növbədə, etika xaricindədir. Bir sözlə, bu cür əməllər ölkənin imicini zədələmək və ləkə vurmaq məqsədi daşıyır. Digər tərəfdən də bu cür hərəkətlərə əl atan şəxslər qanun qarşısında cavab verməlidirlər. Çünki qanunla bu cür hallar yolverilməzdir.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:
- Ümumiyyətlə, hər zaman siyasi partiyalara qəbul məsələləri maraq dairəsində olub. Yəni siyasi partiyalar üzvlərinin sayı haqda çox böyük rəqəmlər göstərirlər. Mitinqlər keçiriləndə, onların sayının nə qədər olduğunu və üzvlərinin nə işlə məşğul olduqlarını bilmirik. Ona görə də, üzvlüyə kimlərin qəbul edilməsi ilə bağlı çox şübhəli məqamlar üzə çıxır. R.Nurullayevin iddiaları özündə bu mülahizələri əks etdirir. Belə şəxslər mütləq məsuliyyətə cəlb olunmalıdırlar.
GÜLYANƏ