Hər dəfə müxtəlif şoular, yalan və böhtan xarakterli fikirləri ilə gündəmə gəlməyə çalışan müxalifətin başbilənləri yenə də dəyişməz ənənələrini yeni formada davam etdirməkdədirlər. Budəfəki cəhdlər sentyabarın 26-da keçirilməsi nəzərdə tutulan ümüumxalq səsverməsinə təsadüf etdiyindən, dağıdıcı ünsürlər daha fəal olamağa çalışırlar. Hətta yeni mərhələdə daha dinamik formada diqqət mərkəzinə çevrilmək üçün əvvəlki illərdən fərqli fəaliyyət yolu seçirlər. Misal üçün, Müsavat başqanı A.Hacılı referenduma gedəcəklərini bildirsə də, hay-küyçü təxribat xarakterli bəynatlar səsləndimələrini, C.Həsənlinin sədrlik etdiyi "Milli Şura"nın boykot çağırışı ilə çıxış etməsini, ADP, "Ümid" və "REAL"ın susmağa üstünlük vermələrini göstərmək olar. Bütün bunlar yalnız müəyyən xarici qüvvələrin istəyinə uyğun addımlar və çağırışlar olduğu şübhəsizdir. Çünki bir qədər əvvəl S.Cəlaloğlu və İ.Ağazadə Polşanın Azərbaycandakı səfiri, AXCP sədr Ə.Kərimli və Müsavat başqanı A.Hacılı ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə qapalı görüş keçirmişdirlər. Sual yaranır: niyə məhz referendum ərəfəsi? Nəyə görə, Türkiyədə dövlət çevrilişinə cəhdin iflasa uğramasından sonar gülənçilərin ifşası prosesi ilə bağlı araşdırılmaların aparılması məqamında? Həm də, sual yaranır: dağıdıcı müxalifət niyə insanlarla deyil, xarici qüvvələrlə təmas qurmağa və hansısa məsələni onlarla müzakirə etməyə cəhd göstərirlər? Cavablar məlumdur: dağıdıcı müxalifət xalqın onları heç vəchlə qəbul etmədiyini aydın şəkildə dərk edir. Həm də, başa düşürlər ki, referendum ərəfəsi xalq onların cəzalandırılması üçün Azərbaycan hüquq-mühafizə orqanları qarşısında konkret məsələ qaldıra bilərlər.
Əli Kərimli qorxuya düşüb
Proseslərin inkişafına əsasən, demək olar ki, əhalinin nifrət və qəzəbinin sərt olduğunu başa düşən Müsavatın keçmiş başqanı İ.Qəmbər ümumiyyətlə, siyasətdən uzaqlaşmaq kursunu götürüb. Yəni partiyanın iclaslarına gəlmir, təşkil olunan toplantılarda iştirak etmir. Bütün bunları isə, ALP-nin sədri Əvəz Temirxan İ.Qəmbəri qorxaqlığı kimi qiymətləndirib: "Biz bilirik ki, İ.Qəmbər həmişə kiminsə arxasında gizlənir. Çünki o qorxaqdır, cəsarəti yoxdur. Bunu İ.Qəmbərin qorxaq intriqalarının davamı kimi başa düşmək olar".
Ə.Temirxan iddia edib ki, yaxın vaxtlarda İ.Qəmbər haqqında yeni faktlar, yeni iddialarla çıxış etməklə, onun ifşasına nail olacaq. Maraqlıdır ki, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bir qədər əvvəl Temirxansayağı ittihamalarını Ə.Kərimliyə qarşı irəli sürmüşdür. Məlum faktdır ki, aprel döyüşləri zamanı Azərbaycan Ordusunun ermənilıərə qarşı qalibiyyətli hərbi əməliyyatlar həyata keçirən zaman Ə.Kərimli ciddi narahat olmuş və erməni lobbisinin maraqlarına uyğun fikirlər səsləndirmişdir. R.Arifoğlu məsələyə münasibət bildirərkən, qeyd etmişdir ki, Ə.Kərimli parlaq qələbələr əldə edən ordumuza qarşı şər və böhtan atmaqla öz xislətini nümayiş etdirmiş olub: "Dünyanın tanınan ekspertləri, bəzi hallarda düşmən ölkənin siyasiləri Azərbaycanın uğurlarından danışdıqları halda, ölkəmizdə tək bir çatlaq səs ( Əli Kərimlinin və onun tərəfdarlarının ifasında) eşidilməkdədir. Bir şeyi açıq deyək, bu adamın - Ə.Kərimlinin, onun ziyanvər tərəfdarlarının Azərbaycanın köklü milli maraqlarına zidd, ermənilərlə sinxronlaşdırılmış dağıdıcı fəaliyyətinə son qoymaq lazımdır. İllərdir onun həm də müxalif düşərgədə apardığı dağıdıcı, təxribatçı fəaliyyətini görməkdə, yazmaqdayıq. Müxalifət fəalları, Kərimlinin özü və zombiləri tərəfindən mənəvi və informasiya terroruna məruz qoyulan ziyalılar, jurnalistlər, partiya funksionerləri, məmurlar, gənc liderlər birləşməli və öz təpkilərini ortaya qoymalıdırlar". R.Arifoğlu onu da bildirmişdir ki, Kərimli və onun çevrəsi ölkə daxilində vəziyyəti gərginləşdirməyə çalışır, çağırışlar edirlər: " Əsas məqsəd də ictimai rəyi yanlış istiqamətə yönəltməkdir; xalqda yaranan vətənpərvərlik ruhunu, xalqın hakimiyyətə verdiyi dəstəyi sarsıtmaq, Azərbaycan cəmiyyətinin iqtidara qarşı olduğuna dair görüntü yaratmaq, bununla da ölkənin əldə etdiyi mühüm uğurları gözdən salmaqdır".
Göründüyü kimi, dağıdıcı müxalifət liderlərini, yalnız ümumi cəmiyyət deyil, ayrı-ayrı müxalifət nümayəndələri də tənqid edir, yeni işıq üzü görməyən faktlarla onların iç üzlərini ictimaiyyətə açıb göstərirlər. Bu da, bir daha onu təsdiq edir ki, cəmiyyətdə olduğu kimi, müxalifət düşərgəsində də Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı və digərləri qəbul olunmurlar. Həqiqətən də, onlar üçün siyasi meydanı tərk etməyin zamanı çatıb.
İ.ƏLİYEV