PDF Oxu

Müxalifət

  • 2 072

Əli Kərimli Qərbdən "hamilə qalmağa" hazırlaşır

image

Yaxud AXCP sədri soğan yeməyibsə, içi niyə göynəyir?

Son günlər istər sosial şəbəkədə, istərsə də partiyasına məxsus mətbuat orqanında AXCP sədri Ə.Kərimlinin özünün həbsi ilə bağlı kabus yaşaması nəzərdən yayınmır. Belə ki, o, yaxın ətrafının məlum "FETÖ" və digər məsələlərdə suçlanmalarını özü ilə bağlı hesab etdiyini deyir. Məsələn, bu günlərdə "Meydan TV" adlı şərləmə və xəyanət kanalına müsahibə verən Ə.Kərimli guya "qorxmadığını" iddia edərək, növbənin ona çatdığını deyir. Lakin sual yaranır ki, əgər sənin "FETÖ" məsələsində heç bir günahın yoxdursa, yaxud soğan yeməmisənsə, için niyə göynəyir?

Bu baxımdan, belə qənaətə gəlmək olar ki, Ə.Kərimli özünü yenidən Qərbin qucağına atmağa hazırlayır və necə deyərlər, Qərbdən məqsədli tərzdə "hamilə qalmağa" hazırlaşır. Çünki onun "FETÖ" ilə bağlı işbirlikləri barədə mətbuatda, o cümlədən, "SƏS" qəzetində kifayət qədər sübutlu materiallar verildi.

Əli Kərimlinin sosial şəbəkədəki dostları "ikinci pisdir" şərhini yazıblar

Görünür, bu səbəbdən, qaçmağa yerinin olmadığını yaxşı bilən Ə.Kərimli indi də bu və bu kimi digər yollarla siyasət yürütməyə başlayıb. Məsələn, Kərimlinin yaxın adamları artıq Türkiyənin legitim hakimiyyəti və prezidentini hədəfə almağa başlayıblar. Buna misal kimi "Azadlıq" qəzetində getmiş "FETÖ" pisdir, yoxsa Ərdoğan?" başlıqlı yazıya nəzər salmaq olar. Beləliklə, Ə.Kərimlinin sosial şəbəkədəki dostları "ikinci pisdir" şərhini yazıblar. Bu isə, sirr deyil ki, Ərdoğanı bu kimi durumda pisləmək, məhz "FETÖ"-yə və Qərbin siyasi dairələrinə sərf edən faktordur. Onda növbəti sual yaranır: maraqlıdır, Ə.Kərimli bu tapşırığı kimdən alıb? Əlbəttə ki, ağası Fətullah Güləndən!

Əli Kərimlinin maraqları təmin olunmursa, o, kimi istəsə sata bilər

Daha bir məqam ondadır ki, o, ayağısürüşkən siyasətçi olduğuna görə, F.Güləndən üz döndərə də bilər. Çünki "FETÖ" şəbəkəsi demək olar ki, çöküb, lideri F.Gülən isə nə qədər çalışsa belə, ABŞ-da bundan artıq qalmayacaq. Əvvəl-axır Ərdoğan siyasi qətiyyətini davam etdirərək, onun Türkiyəyə ekstradisiyasına nail olacaq.

Artıq Ə.Kərimliyə yönələn pullar da dayanıb. Gülən özünün Bakıdakı "baş imamına" maliyyə dəstəyi göstərmir. Demək, pulu çox sevən Ə.Kərimli də öz missiyasını başa vurmuş hesab edir. Onun maraqları təmin olunmursa, o, kimi istəsə sata bilər. Bunu o zaman hərəkatda olan şəxslər də deyir. Çünki Ə.Kərimli gənc yaşında siyasətə gəlib və hər zaman da öz missiyasının yalnız pul qazanmaqdan ibarət olduğunu göstərib. Bu səbəbdən də, Ə.Kərimli kimdən istəyirsə, üz döndərə bilər, təki onun büdcəsi dolsun.

Bu sualın cavabını Əli Kərimli zatən verib...

Beləliklə, Ə.Kərimlinin növbəti dayanacağı çox yəqin ki, ABŞ-dır. Hər halda, dolayısı iilə "FETÖ"-nü dəstəkləmək və Ərdoğanı pisləmək üçün bu ideya ona bir miqdar pul qazandıra bilər. Hələ bunun müqabilində Kərimliyə kifayət qədər pul verilirsə, o, bu tapşırığı canla-başla yerinə yetirəcək ki, ABŞ ona Azərbaycan və Türkiyə dövlətlərini davamlı şəkildə hədəfə alsın. Necə ki, artıq bunun şahidi oluruq. Bu da, o deməkdir ki, artıq Ə.Kərimli maliyyə təminatını alıb və prosesə start verib. Amma sona qədər gedə biləcəkmi? Bu sualın cavabını Ə.Kərimli zatən verib...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər