PDF Oxu

Müxalifət

  • 1 974

Gülənçilərlə əlaqələri müxalifəti çətin duruma salıb

image

Mütəllim Rəhimli: "Əli Kərimlinin hay-küy qaldırması qorxudan yaranır"

Terrorçu təşkilat olan "Gülən hərəkatı" ilə əlaqələrinin ifşa olunmasından vahiməyə düşən AXCP sədri Ə.Kərimli hakimiyyətin onu həbs etməyə hazırlaşdığı barədə cəfəng iddialarla çıxış edir. Təbii ki, bu cür fikirlərin arxasında xarici maraqlı qüvvələrin diqqətini özünə cəlb etməyin dayandığı şübhəsizdir. Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli də o fikirdədir ki, Ə.Kərimlinin hay-küy qaldırması qorxudan yaranır. M.Rəhimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, AXCP sədri Ə. Kərimli bu cür iddia ilə çıxış etməsi heç də yaxşı hal deyil: "Təəssüflər olsun ki, biz dəfələrlə şahidi olmuşuq ki, bir çox müxalifət liderləri xarici ölkə səfirlikləri ilə söhbətlərində və yaxud da xaricə səfərlərində Azərbaycanın əleyhinə çox kəskin fikirlər səsləndirirlər. Azərbaycanlı ola-ola öz ölkəsi haqqında belə fikirlərin səsləndirilməsi düşmən dəyirmanına su tökmək kimi bir şeydir. Bununla da, müxalifəti təmsil edən həmin şəxslər hesab edirlər ki, guya onlar belə fikirlər səsləndirməklə hakimiyyəti nüfuzdan sala bilərlər. Əslində isə, bu cür hərəkətlər onları daha da nüfuzdan salır. Demək olar ki, hər zaman müxalifəti təmsil edən bu şəxslər belə hərəkətləri ilə xarici maraqlı qüvvələrin diqqətini özünə cəlb etmək məqsədi dayanır. Belə yol tutanlar qınağa, ittihama layiqdirlər".

"Nəyə görə, Ə.Kərimli taleyükülü tədbirlər ərəfəsi şoular qurmağa cəhdlər göstərir" sualına cavab olaraq M.Rəhimli bildirdi ki, ümumiyyətlə, müxalifət öz siyasətini elə qurmalıdır ki, burada kimsə təhqir olunmasın və yaxud da Azərbaycan dövlətinin və cəmiyyətinin mənafelərinə zərər dəyməsin. Yəni müxalifət elə siyasət aparmalıdır ki, onlar cəmiyyətin gözündən düşməsinlər. Əksinə, çalışırlar ki, milli və dövlətçilik maraqlarına xidmət edə biləcək siyasət aparmaqla özlərinə müsbət imic qazandırsınlar. Ancaq hələ ki, Azərbaycanın siyasi arenasında belə bir müxalifət təmsilçisi mövcud deyil. Reallığı özündə əks etdirməyən məsələlərlə onlar heç vaxt nə isə əldə edə bilməyəcəklər. Müxalifətin bu cür yersiz hərəkətləri cəmiyyət tərəfindən yaxşı qarşılanmır, əksinə onları daha da gözdən salır. Ümumiyyətlə, müxalifət təmsilçilərinin dövlətmizə və millətmizə qarşı aqressiya nümayiş etdirməsi düzgün deyil. Bu yolla onların siyasi proseslərdə uğur qazanması mümkünsüzdür. Yaxşı olardı ki, müxalifət belə hərəkətlərə əl atmaqdan uzaq olsun".

GÜLYANƏ

Digər xəbərlər