Satqınlıq, xəyanətkarlıq, fərarilik Əli Kərimlinin boyuna biçilmiş həyat yoludur
Deyirlər ki, mətbuat əhlinin ömrü qısa olur. Bir də niy olmasın. Qələmin qədirini bilməyənlər böhtan-şər yazırlarsa, o zaman əsəblər tarım olur, ürək də öz işini görür. Bu günlərdə "Ümid" partiyasının keçmiş funksioneri Nəsimi Məmmədli AXCP sədri Ə.Kərimlini cəbhəçilərin lideri adlandırması məni düşündürdü. Bu fikir müxalif düşərgəni qarşı-qarşıya qoyub. AXCP fəalları status müəllifini qınayanlara aşağılayıcı tonda cavablar verirlər.
Görünür, sabiq "Ümid" funksioneri satılanla satılmaq istəyənləri belə "dəyərləndirir"
Bir həqiqəti anlamaq lazımdır ki, insan hansı cəmiyyətdə yaşamağından, hansı zümrəyə, hansı cəbhəyə mənsub olmağından asılı olmayaraq, öz ləyaqətini qorumağı bacarmalıdır. Heç də siyasətdə satqın olmaq, mənsub olduğu partiyanı dəyişmək deyil. Siyasətdə satqın olmaq dövlətini, xalqını və ətrafını pula satmaqdı. Müxalifət düşərgəsinə satqınçılığı AXCP sədri Ə.Kərimli gətirib.
"Yurd" şefi kimi tanınan bu fərd barədə yüzlərlə mənfi rəylər, faktlar, sübutlu materiallar var. Ə.Kərimli dedikdə, ilk ağla gələn fikir satqın və xəyanətkardır. Ə.Kərimlinin xəyanətkar, satqın "siyasi fəaliyyəti" öz şəxsi maraqları üzərində formalaşıb və belə də davam etməkdədir. AXCP-nin mərhum sədri Əbülfəz Elçibəydən tutmuş, indiki vaxta qədər çıxdaş etdiyi adamların hər biri elə bu "siyasi fəaliyyətin" qurbanına çevriliblər desək, yanılmarıq. Fakt budur ki, dünən də, bu gün də, sabah da AXCP-də Ə.Kərimlini tərifləməyən, fərqli fikir ortaya qoyan cəbhəçilər dərhal xəyanətkar elan olunur, onlara qarşı sosial şəbəkələrdə şantaj, təzyiq kampaniyaları aparılır, ölümlə təhdid edilirlər. Belə bir bənzərsiz "siyasət" nəticəsində AXCP-nin sıralarını daha kimlər tərk etmədilər ki?
Bu adam illərdir müxtəlif vasitələrdən istifadə edib, "ana müxalifət" adı altında müxalifətin "vahid lideri" olmağa cəhd göstərir. Əqidə dostlarını satmaqla, xəyanət etməklə, üzərinə qara yaxmaqla, şərlə, böhtanla. Fəqət, bu cəhdlərin hər biri uğursuzluğa düçar olduqca Kərimli yeni bir oyunla meydana atılır.
Zaman dəyişsə də, Ə.Kərimlinin satqınlığı və xəyanətkarlığı dəyişmədi.
Satqınlıq, xəyanət - Əli Kərimlinin biçilmiş həyat yoludur
N.Məmmədli bilməlidir ki, bu gün özünü Azərbaycan cəmiyyətinə "siyasətçi" kimi sırımaq, "qorxmaz lider" kimi tanıtmaq istəyən satqın və xəyanətkar Ə.Kərimlinin qazandığı bu ikinci "adlar" hər zaman onun davranışında və xarakterində özünü büruzə verib. Ə.Kərimlidən "ümumcəbhəçi lideri" də çıxmaz, çünki satqınlıq, xəyanətkarlıq və fərarilik Ə.Kərimlinin boyuna biçilmiş həyat yoludur.
Dünyada elə tarixi şəxsiyyətlər mövcud olub ki, illər, qərinələr, hətta əsrlər keçsə belə, onların insanlar üçün gördükləri işlər bu gün də öz səmərəsini verir. Hətta həmin şəxsiyyətlər haqqında epopeyalar, böyük-böyük əsərlər yazılır. Ancaq elə kəslər də mövcuddur ki, onların adları gələndə, lənət və nifrinlər "epopeyasından" başqa heç nə eşitmək olmur. Kimdir onlar, insan, yoxsa iblis? Bu sualın cavabını axtarmaq lazım deyil. AXCP sədri Ə.Kərimlinin "siyasi karyerasına" nəzər salsaq, onun insan, yoxsa iblis olması haqqında illər öncə verilmiş suala cavab tapa bilərik...
Rəfiqə HÜSEYNOVA