PDF Oxu

Müxalifət

  • 3 285

Müxalifətə növbəti şapalaq dəyəcək

image

Arif Hacılı və Əli Kərimli isə hələ də ayaqda olduqlarını göstərməyə çalışırlar

Azərbaycanın dağıdıcı müxalifəti növbəti dəfə acı, həm də rüsvayçı məğlubiyyətlə üz-üzədir. Bu, onların referendumu boykot çağrışlarına xalqın əks-mövqe nümayiş etdirəcəyi ilə bağlıdır. Xaricdə oturan və oradan dağıdıcı müxalifəti istədikləri kimi idarə edən qüvvələr bu dəfə də iflasla üzləşəcəkləri şübhəsizdir. Bütün bunların fonunda, təbii ki, yenə də uduzan, xalqın gözündə bir qədərdə cılızlaşan müxalifət partiyaları və onların liderləri olacaq. Baxmayaraq ki, hələ də bəzi müxalif partiya sədrləri ifşa olunduqları ilə barışmayaraq, müxtəlif şoular yaratmaqla uduzmağa hazır olmadıqlarını nümayiş etdirməyə çalışırlar. Hətta Müsavat başqanı A.Hacılı və AXCP sədri Ə.Kərimli mitinqlər keçirməklə hələ də yaşamaq, fəaliyyət göstərmək limitlərinin tükənmədiyini bəyan edirlər. Dünən özünə yaxın "mətbuat mirzələrini" başına yığan Müsavat başqanı A.Hacılı bildirib ki, sentyabar ayını kütləvi aksiyalar ayı elan ediblər. Deyirəm, "utanmasan oynamağa nə var" məsəli səbəbsiz yerə deyilməyib. Dəfələrlə aksiyalara keçirsələr də, uğursuzluğa düçür olan Müsavat və digər müxalifət partiyalarının referendum ərəfəsi aksiyalar keçirməkdən danışmaları gülüş doğurmala yanaşı, yeni şübhəli məqamlar üzə çıxarır. O mənada ki, A.Hacılını danışdıran, heç şübhəsiz ki, hansısa xarici maraqlı dairələrdir. Çünki bu versiya olmasa A.Hacılı iddialı fikirlər səsləndirə bilməz. Buna onun, sadəcə, cəsarəti çatmaz.

Müxalifətin aksiya keçirmək iddiası iflasa uğrayacaq

Birmənalı şəkildə demək olar ki, A.Hacılının sentyabr ayında aksiyalar keçirmək arzusuna müxalifət partiyaları belə dəstək verməyəcək. Çünki konstruktiv mövqeli əksər müxalifət partiyaları referendumda fəal iştirak etməyin tərəfdarıdırlar. Yalnız ortada qalan bir ovuc dağıdıcı xislətli partiyalardır ki, onların da aksiya keçirmək üçün sosial bazaları sıfır həddindədir. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə verdiyi açıqlamasında bildirib ki, Müsavat və AXCP kimi partiyalar mitinqlər planlaşdırmaqla özlərinə tərəfdar toplaya biləcəklərini düşünürlər: "Azərbaycan cəmiyyəti olduqca düşüncəlidir. Yəni, Azərbaycan cəmiyyəti pisi yaxşıdan ayırmağı bacarır. Ölkə vətəndaşları radikal müxalifət qüvvələrinin çağırışlarına, bir qayda olaraq, keçirilən mitinqlərə rədd cavabı verirlər. Bu dəfə də radikal müxalifət təmsilçiləri tərəfindən planlaşdırılan mitinqlər uğursuzluğa düçar olacaq. Çünki həmin qüvvələrin heç bir siyasi gücü yoxdur ki, nəyəsə nail ola bilsinlər".

Millət vəkili Elşən Musayev müxalifətin mitinq şousunun baş tutmasının qeyri-mümkün olduğunu bildirib: "Ə. Kərimlinin 300 nəfərlik insan toplusuna "mənim xalqım" - deyə səslənişi, Cəmil Həsənlinin sanki bir milyonluq mitinqdə nitq söyləyirmiş kimi ab-havaya uyğun tərzdə kükrəməsi, gerçək bir fiaskonun, eyni zamanda, psixi pozğunluğun nəticəsi kimi dəyərləndirilməlidir. Ayrıca, insanda abır olmalıdır ki, bu qədərini edə bilsin. Adamda həya olmalıdır ki, şəhərin düz mərkəzində təşkil olunan aksiyaya - üstəgəl icazəli ikən - 250 nəfərin yığılmasını, tində "Patron" tumu çırtlamasını "möhtəşəm mitinq" adı ilə manşetlərə daşıya bilsin. Bunu ancaq Ə. Kərimli kimi avantürist edə bilərdi ki, elədi də".

Bir sözlə, faktlara istinadən demək olar ki, Müsavat başqanı A.Hacılının sentyabr ayında kütləvi aksiyalar keçirmək iddiası iddialardan uzağa gedə bilməyəcək. Yuxarıqda qeyd etdiyimiz kimi, müxalifətin cəmiyyətdəki hazırkı mənfi imici və sosial bazasının mövcud olmaması bu əminliyi bir qədər də möhkəmləndirir. Sonda isə, onu qeyd etməyə əsas verir ki, müxalifət oktyabr ayının 1-dən sonra deyilən, amma reallaşdırılması mümkün olamayan növbəti biabırçı mitinq ittihamlarını yaşamalı olacaq.

İ.ƏLİYEV

Digər xəbərlər