PDF Oxu

Müxalifət

  • 1 986

Fətullah Gülən abi əldən çıxdı, növbə Əbu Bəkr Əl-Bağdadidədir!

image

TƏRS BAXIŞ

Əli Kərimli üçün olmasın "FETÖ", olsun "İŞİD", heç bir problem yoxdur

Yayın son ayının son günlərinin gəlişi ilə dağıdıcı müxalifət də "mitinq mövsümü"nü açıq elan edib. Artıq bunun üçün "əsas" da var – referendum... Bir tərəfdən Müsavatın saxta başqqanı A.Hacılının, digər tərəfdən də AXCP sədri Ə.Kərimlinin kurasiyasına daxil olan "Milli Şura"nın bu məqsədlə qızmar yay boyu üzərlərinə hopmuş toz-torpaqları, silkələnərək kənara atmaq cəhdləri də, belə deməyə əsas verir. Bunlara müəyyən mesajlar da çatdırılıb. ABŞ Dövlət Departamentinin bir neçə dəfə bənzər bəyanatlar səsləndirməsi, o cümlədən, daim Azərbaycana qarşı şər-böhtan xarakterli hesabatlar hazırlayan Qərb QHT-lərinin canfəşanlığı da buna sübutdur. Necə deyərlər, radikallar "sosial sifarişlərini" alıblar, amma xalqdan deyil, tamamilə başqa istiqamətlərdən. Bu tiplər, əslində, xalqla təmasın çoxdan itdiyinin, xalqdan, dövlətçilik maraqlarından təcrid olunduqlarının fərqindədirlər və əlbəttə ki, bunu başa düşməyəcək, anlamayacaq qədər avam deyillər. Görünür, bunlar "sosial sifariş" deyəndə "sosial" sözünə yaxın təyinatda bir tək sosial şəbəkələrin varlığı ilə hesablaşırlar. O da ki özlərinə sərf etdiyi üçün, qadın adı ilə yazışmaq, kimisə söymək Ə.Kərimli və onun tərəfdarlarına adrenalin verdiyi üçün. Eləcə də A.Hacılı amili də ondan qətiyyən geri qalmır. Bunların siyasi fəaliyyətləri feysbuk üzərindən o tərəfə keçmir. Çünki siyasi müqəvvalıq amili onların boyunları biçilib. Hətta sanki sözü bir yerə qoyub and veriblər ki, son nəfəslərinə qədər siyasi müqəvva statusundan o yana keçməyəcəklər, özlərini qram-qram bitirəcəklər, bu xalqa, bu cəmiyyətə mitinq mədhiyyələri oxumaqda davam edəcəklər.

Nə Əli Kərimlinin, nə də Cəmil Həsənlinin xalqla işi yoxdur

Qaldı ki bunların dəstəkçilərinə, yəni mitinqlərə qatılan qohum-əqrəbalarına, zaman keçdikcə həmin adamlar da qızıl vaxtlarını Ə.Kərimli, C.Həsənli kimilərinə sərf etdiklərinə görə peşman olacaqlar. Çünki onlar artist Ə.Kərimlinin çıxışlarına çəpik çalmaqdan savayı, heç bir işə yaramayan kütləyə çevrildiklərinin fərqinə varmağa başlayıblar. Dərk edirlər ki, kasıbın balası "lider" artistlərin təhrikləri ilə müxtəlif cinayətlərə sövq edilərək həbsxanalara düşür, radikal müxalifətin liderləri isə bunun müqabilində hay-haray salıb ciblərini doldurur, xarici təşkilatlardan qrant və pul-para çırpışdırırlar. Ad da olur siyasi mübarizə. Nə Ə.Kərimlinin, nə də C.Həsənlinin xalqla işi yoxdur. Heç qarşılarına belə bir məqsəd də qoymayıblar. Taleləri ilə tamamilə barışıblar. Sadəcə, tək arzuları aksiyalarda bir az adam sayının çox olmasıdır ki, lazım gələndə kələk gələ bilsinlər, siyasi səhnədən birkərəlik silinməsinlər.

Artıq illərdir ki, Azərbaycan siyasətinin müxalif cəbhəsində siyasi mübarizə deyilən bir anlayış yoxdur. Onlar bütün etik kodekslərin altını üstünə çeviriblər, bir-birinə qarşı bütün riyakarlıqları ediblər. Ona görə də 3 nəfər yığışıb ortalığa mövqe qoya bilmir, mütəşəkkillik əmsalı sıfırın da altındadır. Ortalıqda iş olmayanda isə, meydan ittiham və tənələrin girovuna çevrilir. Üstəgəl, korun kora kor demə prinsipi ilə.

Elçibəyi də zaman-zaman çərlətməsinin, şərləməsinin səbəbi bu idi – sədrlik!

Hətta cəmiyyətdə, normal düşüncəli ictimai rəydə belə bir fakir formalaşmağa başlayıb - Ə.Kərimli elə bir adamdır ki, ayağından, əlindən, gözündən imtina edər, amma sədrlikdən imtina etməz. Zatən öz lideri olan Elçibəyi də zaman-zaman çərlətməsinin, şərləməsinin səbəbi bu idi – sədrlik! İndi deyirsiz, Kərimli 25 ildir tikdiyi torbaların, qurduğu planların üzərindən xətt çəksin? Yox, təbii. Ümidi qalmışdı Fətulla Gülən abisinə, o da belə getdi. Görək bu dəfə növbə kimdədir? Bəlkə Əbu Bəkr Əl-Bağdadidə..? Əli Kərimlidən nə desən gözləmək olar! Olmasın "FETÖ", olsun "İŞİD", heç bir problem yoxdur...

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər