PDF Oxu

Müxalifət

  • 1 968

Fətullah Gülən Əli Kərimlini yanına aparmağa çalışıb

image

Təhmasib Novruzov : "Məlumatlar öz əksini taparsa, Ə.Kərimli və onunla eyni mövqedə olan şəxslər layiq olunduqları cəzanı alacaqlar"

Gülənçilərlə vəhabilər arasında əlaqələrin olması barədə faktlar mövcuddur. Fərqli qütbləri əhatə edən bu toplumların Azərbaycanda bir araya gələrək, əməkdaşlıq münasibətləri qurması nədən irəli gəlir? Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Səs" qəzetinə açıqlamasında bildirdi ki, F.Gülənin məqsədi, məramı ortaya çıxandan sonra, həm də onların vəhabilərlə əlaqələrinin olması üzə çıxdı: "Bu mənada, əgər məqsəd, nəyin bahasına olursa-olsun, öz xalqına və millətinə qarşı genişmiqyaslı terror əməliyyatı törətməyə belə addım atmağa razı olubsa, onda hüquq-mühafizə orqanları ciddi tədbirlər görməlidir. Ümumilikdə, bu cür terrorçuluğa cəhdlər heç də yaxşı hal deyil. İlk öncə, belə əməllər Azərbaycanın beynəlxalq aləmdə qazandığı müsbət imicə kölgə salır. Azərbaycan güclü dövlətdir və ölkəmizdə hansısa xoşagəlməz halların yaşanması da heç vaxt baş tutan deyil".

"İddialar var ki, Azərbaycanda vəhabilərlə gülənçilər arasında əlaqələrin qurulmasında AXCP sədri Ə.Kərimlinin xüsusi rolu olub. Sizcə, burada Ə.Kərimlinin marağı nədən ibarət olub" sualına cavab olaraq, T.Novruzov bildirdi ki, istər Türkiyənin, istərsə də Azərbaycanın istintaq orqanları tərəfindən vəhabilərlə gülənçilər arasında əlaqələrin qurulmasında AXCP sədri Ə.Kərimlinin xüsusi rolu olması ilə bağlı araşdırmalar aparırlar: "Məlumatlar öz əksini taparsa, Ə.Kərimli və onunla eyni mövqedə olan şəxslər layiq olunduqları cəzanı alacaq"

T.Novruzovun sözlərinə görə, 1992-ci ildən başalayaraq Ə.Kərimli məhz F.Gülənin maliyyəsi ilə Türkiyəyə gedib-gəlməyə başlamışdır: "Türkiyənin F.Gülən tərəfindən maliyyələşən universitetlərində Azərbaycandan orta məktəbi bitirmiş gənclərin seçilərək göndərilməsi halları oldu. Yəni azərbaycanlı gənclərin Türkiyənin ali məktəblərinə qəbul edilmələri və onların ali təhsil almaları üçün xərclərin də F.Gülən tərəfindən ödənilməsi kimi məsələlər faktdır. Bu da faktdır ki, ilk göndərilən 50 nəfərlik qrupa o zamalar, məhz Ə.Kərimli rəhbərlik etdi. Demək olar ki, Ə.Kərimlinin rəhbərliyi altında həmin gənclər Türkiyəyə aparılaraq, fətullahçılara təhvil verildi. Belə bir vəziyyətdə Ə.Kərimlinin fətullahçılarla isti əlaqəsinin olmasına heç bir şübhə yoxdur. Qaldı ki gülənçilərlə vəhabilər arasında əlaqə yaratmaq məsələsinə, düşünürəm ki, bu məsələdə Ə.Kərimli çox kiçik bir insandır. Bacarıqsız, səriştəsiz adam olan Ə.Kərimlinin tərəflər arasında əlaqələr qurmasına şübhə edirəm. Bunun üçün qabiliyyət və təcrübə lazımdır ki, bütün bunlar da Ə.Kərimlidə yox dərəcəsindədir. O, sadəcə, xaricdən verilən tapşırıqlara uyğun olaraq texniki məsələləri yerinə yetirmək üçün istiqamələnib. Bütün bunları hüquq-mühafizə orqanları araşdırıb üzə çıxarmaqla Ə.Kərimli haqqında hüquqi addım atacaq".

GÜLYANƏ

Digər xəbərlər