PDF Oxu

Müxalifət

  • 2 177

Xədicə və Eminin statusları dəyişdi

image

Hüquq müdafiəçisi adından imtina edib, oğru adını seçdilər

Son günlər "RATİ" sədri Emin Hüseynovla jurnalist Xədicə İsmayılın bir-birilərini oğurluqda ittiham etmələri gülünş doğurur. Çünki dünənə qədər Qərbin ayırdığı qrantların hesabına bir yerdə Azərbaycan dövlətinə qarşı mübarizə aparanlar, indi elə həmin pulları bölüşdürmək üçün bir-biri ilə didişirlər. Bu didişmə nə birinci, nə də sonuncudur. Belə ki, hələ Xədicə həbsdə olarkən, ayrılan qrantlardan üçünün Emin tərəfindən mənimsəndiyini eşidib. Buna görə də, X.İsmayıl həbsdən çıxandan sonra acıq edib və Eminlə bütün əlaqələri kəsib. Ancaq X.İsmayıl "yeyilmiş" qrantlarının intiqamını almaq üçün heç də sakit dayanmayıb. Qərbdəki donorlara E.Hüseynovdan şikayət etməyə, donoslar göndərməyə başlayıb. Bu isə Emini "müdafiə" olunmağa vadar edib. Nəticədə, o, X.İsmayılı həbsdən çıxandan sonra mövqeyini dəyişməkdə ittiham edərək, açıb sirr dağarcığının ağzını, Xədicəni quru yuyub, yaş sərib.

"Hüquq müdafiəçisi" libasına bürünmüş qrant dəllalları

Bu gün qondarma hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, eminlər, intiqamlar, cəfərlər... bütün fəaliyyətlərini Azərbaycan dövlətinin maraqlarının əleyhinə yönəldiblər. "Hüquq müdafiəçisi" adı altında maskalanan və fəal anti-Azərbaycan mövqeyində olan bu şəxslərlə əməkdaşlığa həvəsli olan erməni dairələr asanlıqla dil tapa biliblər və onlar üçün Vətən, millət, xalq anlayışları olmadığı üçün, təklif olunan vəsaitlər müqabilində asanlıqla müxtəlif ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq ediblər. "Hüquq müdafiəçisi" libasına bürünmüş belə qrant dəllalları hər cür alçaqlığa qatlamağı ortaya qoymağa hazar olan satqınlardır. Qəribəsi də budur ki, X.İsmayıl E.Hüseynovu təcrübəli oğru adlandırır: "Sənə dedim, məni rahat burax. Nə qədər ki, ölkədəydin, əziyyətlərə qatlaşırdın, sənin bütün əyər-əskiyinə dözürdük. İndi daha nə qədər çalışsan da, dissidentə oxşamırsan. Olanları ortaya qoysam...".

E.Hüseynov da X.İsmayılı təhdid etməkdən çəkinməyib: "Əyər-əskiklərimizi tərəziyə çıxarası olsaq, səninkilər mənimkindən 10 qat çox olar. Mən heç kəsin gözündə dissident kimi görsənmək üçün insan haqlarının müdafiəsi işinə başlamamışam. Qrant hesabına iş görmək ayıb deyil. Ayıb, sənin kimi sübutu olmadan sənin müdafiənə ömrünün 5 ilini həsr etmiş, həyatını təhlükəyə atmış adamı şər-böhtanla ləkələməkdir".

Bu yerdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin dediklərini xatırlatmaq istərdim: "Xədicə İsmayıl və onun kimiləri qarışıq adamlardır. Xədicənin parazitdən heç bir fərqi yoxdur. Onlardan xarici dövlətlər əl çubuqları kimi bir sıra məsələlərdə ölkəmizə qarşı istifadə edirlər. Ermənilərə satılırlar, həbsə məruz qalanda isə, insan haqlarından bəhs edirlər. Düşünürəm ki, Xədicə kimi "jurnalistlər" öz satqın mövqelərindən əl çəkməlidirlər. Rəhbəri olduğum partiya qəti qərar verib ki, millətinin, xalqının mənafeyini satanlara qarşı çox aqressiv münasibət sərgiləyəcək. İkili standartdan çıxış edən beynəlxalq təşkilatları sərt qınayıram. Çünki onlar bu insanlara maddi və mənəvi dəstək verməkdə yanılırlar".

Beləliklə, görünür, qrant uğrunda mübarizə dərinləşdikcə, hələ daha çox təhqir və özünüifşaların şahidi olacağıq.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər