PDF Oxu

Müxalifət

  • 2 145

"Azadlıq" - xalq azadlığı hərəkatından başlanan və ömrünü xəyanətlə başa vuran yol

image

TƏRS BAXIŞ

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin "FETÖ" lideri Fətullah Gülənlə uzun illərə söykənmiş və faktlara əsaslanan iş birliyi ifşa olunduqdan sonra onun rəhbərlik etdiyi partiyanın ruporu funksiyasını həyata keçirən "Azadlıq" qəzeti də eyni aqibəti yaşamaqdadır. Təbii ki, əgər bir kəs dövlətçilik maraqlarını satırsa, onun nəzarətində olan mətbu orqanın da aydan-arı, sudan-duru olması inandırıcı görünə bilməz. Bu baxımdan, son günlər adıçəkilən qəzetin də eyniadlı ittihama tuş gəlməsi təsadüfi sayıla bilməz. Halbuki bu qəzetin təməli xalq azadlığı hərəkatından qoyulmuşdu və məqsədi xalqın imperiya buxovundan azad olunmasında mübarizə əzmi göstərmək idi.

Xəyanət yolunun isə sonunun yaxşı nəticələrə gedib çıxması qeyri-mümkündür

Lakin sonrakı proseslər, yəni Azərbaycanın müstəqillik əldə etməsindən sonra bu qəzetin fəaliyyəti siyasi partiya üzərində qurulmağa başladı. AXCP-nin siyasi təbliğatçısına çevrilən "Azadlıq" qəzetinin idarəçiliyi də, məhz həmin vaxtlardan "Yurd" şefi Ə.Kərimlinin əlinə keçdi. O, sədrlik iddiasında olduğu üçün bu qəzetdə, hətta lideri hesab etdiyi mərhum Əbülfəz Elçibəyi belə təhqir edirdi. Məhz o vaxtdan ömrünü xalq azadlığı hərəkatı ilə başladan "Azadlıq" sonrakı proseslərə xəyanət yolu ilə davam etdirməyə başladı. Xəyanət yolunun isə sonunun yaxşı nəticələrə gedib çıxması qeyri-mümkündür.

Bu günlərdə "Azadlıq" qəzeti ilə növbəti faktın ortaya çıxması da, qeyd olunanlara dəlalət edir. Belə ki, Türkiyədəki diplomatik mənbədən əldə etdiyi məlumata görə, F.Gülənin Azərbaycandakı "imamı" olmuş "Çag Öyrətim" işlətmələrinin prezidenti Ənvər Özərən 2010-2013-cü illərdə AXCP rəhbərliyi ilə yaxın təmas saxlayaraq, partiyaya gizli dəstək verib.

Fətullahçıların "Azadlıq" qəzeti əməkdaşlarına xüsusi qayğısını müşahidə etməmək mümkün deyildi

Daha dəqiq desək, 2012-2013-cü illərdə "Çag Öyrətim" işlətmələrinin prezidenti Ənvər Özərən və digər nümayəndələri "Azadlıq" qəzetinin baş redaktoru Rahim Hacıyev, AXCP-nin mətbuat katibi Natiq Ədilov (Güləhmədoğlu), hazırda həbsdə olan AXCP sədrinin müavini Seymur Həzi, "Azadlıq" qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli və digər şəxslərlə görüşərək, onlara dəstək verilməsini xahiş ediblər. Məhz həmin ərəfədə Natiq Adilov və "Azadlıq" qəzetinin digər əməkdaşları bir neçə dəfə Qafqaz Universitetində və "Çag Öyrətim" işlətmələrinin ofisində "iftar" adı ilə ziyafətlərə çağırılıb. Bu cür görüşlərin təşkilində isə əsas məqsəd AXCP-də F.Gülənlə bağlı fikirləri yumşaltmaq və bu şəbəkəyə dəstək vermək idi. Gülənçilərin bu niyyəti baş tutub və az sonra "Çag Öyrətim" işlətmələrinin prezidenti Ənvər Özərənin adından "Azadlıq" qəzetinə dəvət məktubu göndərilib.

Məktubunda Ənvər Özərən "Azadlıq" qəzeti jurnalistlərini Türkiyədə keçirilən Beynəlxalq Türk dili Olimpiadalarına dəvət edib. Beləliklə, 2012-ci il mayın 30-da Türkiyədə başlayan Beynəlxalq Türk dili Olimpiadalarına "Azadlıq" qəzetindən Natiq Adilov (o, həm də AXCP-ni təmsil edib) və Seymur Həzi təmsil olunub.

Qəzet əməkdaşları F.Gülənin tədbirini işıqlandırmaq üçün iyunun 3-dək İstanbulda səfərdə olublar, burada Gülən şəbəkəsinə bağlı olan "Dialoq Avrasiya Platforması"nın rəhbəri Harun Tokak və digər şəxslərlə görüşüblər.

Həmin tədbirdə Azərbaycandan 30-a yaxın KİV nümayəndəsi təmsil olunsa da, ancaq fətullahçıların "Azadlıq" qəzeti əməkdaşlarına xüsusi qayğısını müşahidə etməmək mümkün deyildi. Hətta Gülən "imamları" "Azadlıq" qəzeti əməkdaşlarını heyətdən ayıraraq, İstanbulda xüsusi qonaq qismində qəbul edərək, onlara bələdçilik edib. Səfər başa çatandan sonra isə Natiq Adilov çalışdığı "Azadlıq" qəzetində F.Gülənin "xeyirxah" əməllərinə həsr etdiyi geniş məqalə ilə çıxış edib.

Bütün bunlar isə, bir daha Ə.Kərimlinin hansı yola xidmət etməsinin bariz nümunəsidir. Bu gün onun "Azadlıq" qəzeti vasitəsilə siyasi şantajlara əl atması da, məhz bütün bu faktları gizlətməyə yönəlib. Ancaq göründüyü kimi, faktları gizlədə bilməyən AXCP sədri pis ayaqda qalıb. Yəqin ki, indi də bu səbəbdən, ölkədən qaçmağın yollarını axtarır.

Rövşən RƏSULOV

Digər xəbərlər