"Milli Şuraya 40 000 imzanı toplamaq üçün orta rəqəmlə götürsək, 800 nəfər lazım idi ki, hər biri 50 nəfərlik imza vərəqələrini doldursun. 800 nəfər adamı tapıb 40 000 imzanı toplaya bilməyən Milli Şura və Əli Kərimlinin mitinqinə kim dəstək verəcək? Heç kim! Özləri də çox yaxşı bilir ki, cəmiyyət tərəfindən geniş dəstək qazanmayacaqlar. Həm də çox yaxşı bilirlər ki, Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməmiş bir qurumun referendumla bağlı təbliğat kampaniyası aparması qeyri-qanunidir və buna rəsmən də icazə verilməyəcək. Buna görə də Əli Kərimli hakimiyyəti beynəlxalq qurumların qarşısında "pis" vəziyyətə qoymaq istəyir. Məncə, Əli Kərimlinin "sentyabrın 11 də mintinq keçiririk" fikri əsasən buna yönəlib". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.Onun sözlərinə görə, son illər ərzində Əli Kərimli onlarla mitinq keçirib: "Nə qədər dəstək qazanıb? Ən yaxşı halda-jurnalistlər, polislər və stadionun texniki işçiləri ilə bir yerdə 600-700 nəfər. Bu gün isə, onun mitinqinə heç 500 nəfər gəlməz. Əli Kərimli hər gecə yuxusunda da fikirləşir ki, necə edək ölkədə sabitlik pozulsun, vətəndaş qaşıdurması yaransın, xaotik vəziyət hökm sürsün. Bütün imkanlarını səfərbər edir ki, bu arsusunu reallaşdırsın. Əli Kərimlinin bu istəyi gözündə qalacaq. Azərbaycan ictimaiyyəti çox yaxşı bilir ki, ölkədə sabitlyin pozulması hansı vəziyyətə gətirə bilər".
sia.az