PDF Oxu

Müxalifət

  • 2 518

Kimisi övladını Vətənə qurban verir...

image

TƏRS BAXIŞ

Eldar Sabiroğlu da Vətən xaini oğlunun "quyruğunu" qapı arasından çıxarmaq üçün erməniyə dayı deməyə hazırlaşır

Lənkəran Ağır Cinayətlər Məhkəməsi sabiq deputat Eldar Sabiroğlunun oğlu Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov barəsində 9 illik hökm çıxardıqdan sonra o, birdən-birə Allah adamına çevrilib. Daha dəqiq desək, E.Sabiroğlu uzun müddət Müdafiə Nazirliyində söz sahiblərindən biri olduğu dövrdə də, Milli Məclis kuluarlarında var-gəl etdiyi zamanlarda da Allahı tanıyanlardan biri olmayıb və bu, şübhəsizdir. Təbii ki, E.Sabiroğlunun allahsızlılğı barədə əlimizdə olan faktları ortaya çıxaracağıq, bu, şübhəsizdir. Lakin buna qədər onun prokururluğun keçmiş müstəntiqi olan oğlu R.Səfərovla bağlı çıxarılan məhkəmə hökmünü "allahsızlıq" kimi, "qəddarlıq" kimi qiymətləndirməsi, eləcə də "yuxarı instansiyaların sifariışi" qismində qələmə alması heç bir məntiqə sığmır!

Eldar Sabiroğlunun, necə deyərlər, möhkəm "xətrinə" dəyilib

Fakt budur ki, məhkəmənin qərarına əsasən, R.Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilirdi və onun bu məsələ ilə bağlı ittiham olunması ətrafında kifayət qədər dəlil və sübutlar var. Bütün bunlardan sonra, E.Sabiroğlunun, necə deyərlər, möhkəm "xətrinə" dəyilib. Bu adam, hətta böyük minnət və sünnətlə bəyan edərək, deyib ki, dövlət qurumlarına müraciət etməyəcək, guya onun oğlunun həbsinin arxasında bu qurumların "sifarişi" dayanır (?!-R.N.). SİTAT: "Dövlət qurumlarına müraciət edən deyiləm. Çünki onların sifarişi ilə oğlum saxta məhkəmə ilə 9 il azadlıqdan məhrum edildi. Bir məna yoxdur ki, kiməsə müraciət edim və qapısını döyüm... "

Sual yaranır: cənab Sabiroğlu, bu məmləkətdə minlərlə atalar və analar var ki, övladlarını Vətən uğrunda "uf" demədən qurban verdikləri halda, sənin rüşvət alan oğlun bu əməlinə görə, 9 il həbsxanada yatacaqsa, niyə narahat olursan? Məgər sənin övladın Vətən uğrunda şəhid olmuş övladlardan bu qədərmi artıqdır? Bir soruşmaq lazımdır ki, axı sənin rüşvətxor oğlun sən vəzifələrdə at oynatdığın zaman harada hərbi xidmət keçib? Ümumiyyətlə, hərbi xidmətini doğru-dürüst şəkildə başa vurubmu..?

Eldar Sabiroğlu günahı birinci özündə axtarmalıdır!

Bəli, hər bir valideynə öz övladı əziz-xələfdir, buna söz yox. İnsan həyatda səhv də edə bilər, başına iş də gələ bilər. Buna görə valideyn həmin səhvi özündə axtarmalı, övladının nəyə görə cinayət əməli törətdiyini araşdırmalıdır. Amma göründüyü kimi, E.Sabiroğlu nəninki özündə günah axtarır, hətta bu günahı dövlətin (!!!-R.N) üzərinə yıxmağa cəhd edir. Demək, belə hesab etmək olar ki, E.Sabiroğlu da bayrağını dəyişib və bu ölkəyə, bu xalqa erməni qədər düşmən olan xəyanətkar müxalifət cinahına keçid alıb. Fakt budur ki, onun fikirləri artıq AXCP-nin mətbuat orqanı olan "Azadlıq" qəzetində geninə-boluna yerləşdirilib. Əgər bu fakt varsa, demək, E.Sabiroğlu da Vətən xaini oğlunun "quyruğunu" qapı arasından çıxarmaq üçün erməniyə dayı deməyə hazırlaşır. Necə ki, Ə.Kərilmi, C.Həsənli kimi xəyanətkarlar indi Qərb səfirliklərinin qapı-astanalarını gəzməkdən yağır-döyənək ediblər. Fakt da budur ki, Qərb səfirlikləri aşkar şəkildə Azərbaycanın daxili işlərinə müdaxilələr edir, bu müdaxilələrin hər birinin arxasında pullu-paralı erməni lobbisi dayanır. Yəni bu gün Ə.Kərimli və C.Həsənli kimiləri erməniyə dayı deyirlər. E.Sabirolu da ermənitə dayı deməyə hazırlaşır - Kərilmi-Həsənli cütlüyünün qucağına atılan rüşvətxor oğlu R.Səfərova görə. Üstəlik də deyir ki, Allah bunu götürməz...

Görürsünüzmü, dəyərli oxucular? Həyasızlığın son həddinə varmaq bax, buna deyərlər!

Xədicə İsmayıl və sairələri Eldar Sabiroğluna xarici təşkilatlara müraciət yazmaqda yardım edəcəklər

E.Sabiroğlu deyir ki, bütün imkanlarından (yəqin erməniyə dayı deyəndən sonra imkanlarının artacağını düşünür-R.N.) istifadə edib, R.Səfərovun "haqqını" sonadək müdafiə edəcək və mübarizəsini əsirgəməyəcək. Bu səbəbdən də, dərhal ona "siyasi məhbus" donunu geyindirib. SİTAT: "Hesab edirəm ki, oğlum bu gündən artıq siyasi məhbusdur. Bununla bağlı beynəlxalq təşkilatlara da müraciətlərimiz (?) olacaq".

Bu dəfə isə, artıq yalnız öz dilindən deyil, bir neçə nəfərin dilindən danışıb. Çox yəqin ki, müxalifətə keçdiyini bəyan edəndən sonra Xədicə İsmayılla, digər xəyanətkar zümrə üzvləri ilə şəkillər çəkdirib sosial şəbəkədə yaydıqdan sonra, onlar da müraciətin yazılmasında E.Sabiroğluna ağıl qoyacaqlar.

Cüt-cüt mənzillər alıb, qohum-əqrəbanın adına yazarkən, dəbdəbəli bağ evi, müxtəlif adlar altında qamarladığın torpaqlarla təmin olunanda, Allahın mövcudluğu bircə dəfə yadına düşürdümü Sabiroğlunun?!

İndi isə qayıdaq E.Sabiroğlunun allahsızlığını təsdiq edən bəzi faktlara. Bu adam vəzifələrdə olarkən, qəzetdə fəaliyyət göstərib, eyni zamanda, deputat seçilərkən, cüt-cüt mənzillər alıb, qohum-əqrəbanın adına yazarkən, dəbdəbəli bağ evi, müxtəlif adlar altında ələ keçirdiyi torpaqlarla təmin olunanda, Allahın mövcudluğu bircə dəfə yadına düşürdümü Sabiroğlunun?! Cavab çox sadədir, əlbəttə ki, yox! Bu yerdə həmkarım Telman Əliyevin bir müddət öncə E.Sabiroğlu barədə yazdığı məqaləsindəki bəzi məqamları xatırlamış oldum. Həmin sitatdan bir neçə kəlməsini bu yazıda qeyd etmək yerinə düşərdi: "1995-2000-ci illərin parlament sədri olmuş əziz dostun və əqidə qardaşın Rəsul Quliyevdən and-amanla gözlərin bərəlmiş halda imtinan yadındadırmı?! Ağsaqqal deyə əlindən öpüb, yalan-doğru məlumatlar ötürdüyün, hazırda törətdiyi cinayət əməllərinə görə layiq olduğu cəzasını çəkməkdə davam edən Əli İnsanovla xısınlaşdığın necə, onudamı unutmusan?! İsgəndər Həmidov, Etibar Məmmədov, İsa Qəmbər daha kimlər- kimlərlə yaltaqcasına irişə-irişə "dostluğa" can atdığın zamanlar da, yəqin ki, çirkabla dolu yaddaşında deyil. Çünki sən və sənin kimilərin xarakteri (əslində, xaraktersizliyi) nəsə əldə edənə qədər xidmətdən ibarətdir. Sonrası isə sənə əhəmiyyətli deyil. Elə bu simasızlığına, dedi-qodu yaratmaq peşəkarlığına, ikiüzlü və mindilliliyinə görə də hər iki tərəfdən istifadə olunmuş "tualetni bumaqa" kimi atıldın və həsrətində olduğun parlament qapıları üzünə bağlandı. İndi qandınmı sən kimsən? Barmaq işarəsi ilə çağırılmağa öyrəncəli bir adama etibar etmək nə qədər dürüstdür? Odur ki, binəva Eldar, xaraktersizliyinin fərqinə varıb, sussan yaxşıdır. Necə deyərlər, öl öldüyün yerdə, qal qaldığın yerdə!" (Həmin yazının bütöv hissəsi bu linkdədir: http://xeberman.com/news/733-dbsiz-hekayt-novella-saya-cavab-yaxud-eldar-sabirolu-ax-sn-kimsn.html)

Beləlkiklə, məsələ tamamilə aydındır. E.Sabiroğlu artıq erməniyə dayı deməyə başlayıb və sabah-birigun onu "Milli Şura"nın mitinqlərində Ə.Kərimli-C.Həsənli cütlüyünün yan-yörəsində görəndə, heç kim təəccüblənməsin. Hər şey göz önündədir, zatən!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər