PDF Oxu

Müxalifət

  • 2 676

Xəyanətkar AXCP-"Milli Şura" cütlüyü qana susayıb!

image

Ayaz Mütəllibov: "Siz təsəvvür etmirsiniz ki, onlar Bakıda necə qırğın planlaşdırmışdılar"

"Milli Şura"nın Azərbaycan əleyhinə çıxış edən dairələrin sifarişləri ilə xəyanətkar siyasət yürütmələri artıq xalqın böyük əksəriyyəti tərəfindən pislənilməkdə, qınanılmaqda və sərt şəkildə ittiham olunmaqdadır. Artıq "Milli Şura" rəhbərliyinin - Ə.Kərimlinin, C.Həsənlinin və onlarla əlbir olan sair xəyanətkar ünsürlərin çirkin məqsədləri üzə çıxdıqca, bir daha bəlli olur ki, burada onların qarşısına qoyulan ilkin sifariş, məhz ölkədəki siyasi sabitliyi gərginləşdirmək və bu vəziyyəti pozmaqdan ibarətdir.

Məsələn, artıq bir qrup dindar zümrənin nümayəndələri "Milli Şura"nın aksiyalarına qatılmağın doğru qərar olmadığını vurğulayır, bunun dinlə ziddiyyət təşkil etdiyini bildirirlər. Daha dəqiq desək, dini təbəqənin nümayəndələri başda Ə.Kərimli-C.Həsənli cütlüyü olmaqla, onları Qərbin antiazərbaycançı, ermənipərəst dairələrinə satıldıqlarını bildirir, belə olan təqdirdə, "Milli Şura"ya dəstək göstərən dindarları bu addıma dəstək verməməyə çağırırlar.

"AXCP 1990-cı illərdəki səviyyələrində qalıb...Görürəm ki, psixologiyaları qətiyyən dəyişməyib"

Bu zümrə ilə yanaşı, "Milli Şura"nın, eləcə də xəyanətkar topluma dəstək olanların əleyhinə ölkənin müxtəlif siyasi kəsimləri də kəskin münasibətlər bildirirlər. Məsələn, solçu siyasi mövqeyi ilə seçilən eks-prezident Ayaz Mütəllibov sözügedən mövzu ilə bağlı mətbuata çox vacib açıqlamalar verib və bildirib ki, AXCP 1990-cı illərdəki səviyyələrində qalıb.

Yeri gəlmişkən, bu, həmin AXCP-dir ki, vaxtilə Qarabağda qızğın döyüşlərin getdiyi bir zamanda cəbhəçilərin könüllü dəstələri və bir sıra texnikaları döyüş bölgələrindən çıxarılaraq, paytaxt Bakıya gətizdirilmişdi. Məqsəd, hakimiyyəti zorla ələ keçirmək və qardaş qanı axıtmaq idi. Bu baxımdan, hazırda "Milli Şura"nın taktikası eynilə 90-cı illərin taktikası fonunda cərəyan edir və baş rolda yenə də həmin siyasi əxalqsızlardan ibarət ünsürlər dayanır. A.Mütəllibov bu barədəki fikirlərində deyir. SİTAT: "Necə ədəbsiz idilərsə, elə də qalıblar. Nə qədər deyirdim ki, onların taktikaları Azərbaycanı faciəyə aparır, lakin dinləmədilər və heç nə də anlamadılar. Görürəm ki, psixologiyaları qətiyyən dəyişməyib".

"Həbslərə başlayacağı təqdirdə, cəbhəçilərin Bakıda nələr törədəcəyi haqda bizdə dəqiq məlumatlar olub"

Bəli, məhz həmin dövrlərdə də o zamankı AXC, indiki AXCP və onun yedək qurumu sayılan "Milli Şura" üzvləri erməni lobbisinin Qərbdə fəaliyyət göstrən qurumları ilə sıx əməkdaşlıq edir, sifariş və təlimatlar əsasında fəaliyyət göstərirdilər. Bununla bağlı Mütəllibov deyir ki, o zamanlarda da erməni lobbisi AXC-ni Bakıda aksiyalara təhrik edirdi ki, sərt cavab tədbirləri görüləndə, rəsmi Bakı insan hüquqlarının pozulmasında günahlandırılsın: "Həbslərə başlayacağı təqdirdə cəbhəçilərin Bakıda nələr törədəcəyi haqda bizdə dəqiq məlumatlar olub. Hətta cəbhə xəttindən könüllü batalyonları Bakıya gətirmişdilər. Siz təsəvvür etmirsiniz ki, onlar Bakıda necə qırğın planlaşdırmışdılar".

"Milli Şura" tərəfdarları onları tənqid edən media təmsilçilərinin və solçuların üzərinə düşərək, "hakimiyyətə gəldikləri təqdirdə" onları öldürəcəklərini, asıb-kəsəcəklərini bəyan edirlər

Artıq Ə.Kərimli-C.Həsənli cütlüyünün siyasi mübarizə deyil, qisas və qaniçənlik prizmasından çıxış etmələri özünü aşkar şəkildə sosial şəbəkələrdə də büruzə verməyə başladıb. Çünki solçuların, başda A.Mütəllibov olmaqla onlara qarşı haqlı iradlar, ittihamlar səsləndirmələri xoşlarına gəlmir. Görünür, bu səbəbdən indi də solçuların üzərinə düşərək, "hakimiyyətə gəldikləri təqdirdə", onları öldürəcəklərini, asıb-kəsəcəklərini bəyan edirlər. Xüsusilə, Ə.Kərimlinin nəzarəti altında fəaliyyət göstərən AXCP fəalları sosial şəbəkələrdəki statuslarında onları tənqid edən media nümayəndələrinin və solçuların axırına çıxacaqlarını və əllərində müvafiq siyahılar olduğunu bildirirlər.

Həqiqətən də, bu ünsürlərin 1990-cı illərdən üzü bu yana heç də dəyişmədikləri real və danılmaz bir fakta əsaslanır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər