Və ya 26 sentyabr tarixi radikalların siyasi ölüm günü kimi tarixə düşəcək
Məlumdur ki, dağıdıcı müxalifət düşərəgəsi, hətta eyni mövqedən çıxış etdikləri halda, bir araya gəlmək şanslarını itiriblər. Xüsusilə, "ana müxalifət" adı uğrunda uzun illərdən bəridir ki, didişən "liderlər" bu və ya digər şəkildə xalqın adından danışaraq, özlərini ictimai rəyin diqqət mərkəzinə yönəltməyə cəhd göstərirlər. Lakin göründüyü kimi, bu vasitələr onlara heç bir səmərə vermir, əskinə, daxillərindəki xəbis xislətlərini daha çox ifşa edir.
Xüsusilə, son aksiyalar mövzusunda biz AXCP-"Milli Şura" və bu xəyanətkar qurumda təmsil olunan "cırtdan" partiyalarla Müsavat partiyası arasındakı didişmələri müşahidə etməkdəyik. Daha dəqiq desək, Ə.Kərimli-C.Həsənli cütlüyünü özlərinə "lider" hesab edənlərin həmin fikirləri AXCP və "Milli Şura" sədrlərinin qoltuqlarına, necə deyərlər, "qarpız" verib, nəticədə, onlar özlərini müxalifətin "anası" kimi görməyə başlayıblar.
Digər müxalifət partiyaları çirkablara bulaşmamaqdan ötrü Referendum Aktı layihəsinə etiraz edən dağıdıcı zümrə ilə bir yerdə olmadıqlarını, onlara dəstək verməyəcəklərini bəyan edirlər
AXCP ilə 25 illlik düşmənçilik münasibətlərində olan Müsavat partiyası bu amili qəbul etmir və ona görə də partiyanın aparıcı funksionerləri təmsil olunnduqları təşkilatlarını gerçək "ana müxlaifət" kimi sırımağa çalışırlar. Məhz bu faktor ətrafında cərəyan edən hadisələr nəticə etibarilə bir nüansı isbatlamış olur - əsas məqsəd onlara pul ayırmış Qərb siyasi dairələri qarşısında daha çox siyasi dividend qazanmaq.
Belə olan məqamda, düşərgədəki digər müxalifət partiyaları bu kimi çirkablara bulaşmamaqdan ötrü Referendum Aktı layihəsinə etiraz edən dağıdıcı zümrə ilə bir yerdə olmadıqlarını, onlara dəstək verməyəcəklərini dilə gətirmiş olurlar. Hətta 1990-cı illərin sonlarıında və 2000-ci illərin əvvəllərində bir yerdə aksiyalar keçirmiş bir çox müxalifət partiyaları növbəti dəfə siyasi səhvlərə yol verməyəcəklərini bəyan edirlər. Buna misal kimi bu günlərdə ADP sədri Sərdar Cəlaloğlunun fikirlərini göstərə bilərik. O, AXCP-"Milli Şura" və Müsavat partiyası arasındakı mövcud vəziyyəti təhlil edərkən, deyib ki, artıq cəmiyyət də onların belə oyunbazlıqlarından bezib.
MDP sədri Nemət Pənahlı: "Bizim AXCP və ya Müsavatla əməkdaşlığımız olmayıb"
Bu dəfə təxminən eyni mövqedən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı çıxış edib və mətbuata açıqlamasında deyib ki, rəhbəri olduğu təşkilat heç bir parttiyanın aksiyalarında iştirak etməyəcək. Hətta onun özü də bu maraqda deyil, çünki daha vacib işləri var. SİTAT: "Mənim özümün bəzi işlərim var, eləcə də problemlər mövcuddur. Başım bu məsələlərə qarışdığı üçün həmin tədbirə getməmişəm".
Göründüyü kimi, "başım qarışıqdır" ifadəsi ilə yaxasını kənara çəkən "mitinq adamı" dağıdıcı düşərgənin atdığı bütün addımları mənasız hesab etdiyini dolayısı ilə etiraf edib. Bu səbəbdən də, dağıdıcıların sonrakı addımlarına da dəstək göstərməyəcəiyini demək olar ki, təkrarlayıb: "Bir daha qeyd edim ki, müəyyən işlər və problemlər var. Hazırda "bu işlə məşğulam" və boş vaxtım yoxdur..."
MDP sədri qeyd olunanlarla yanaşı, ümumiyyətlə, indiyə qədər mitinq keçirən partiyalarla əməkdaşlığının olmadığını da bildirib, eyni zamanda, tarixi də xatırladıb: "Bizim AXCP və ya Müsavatla əməkdaşlığımız olmayıb. Həm də nəzərə almaq lazımdır ki, vaxtında onlar hakimiyyətdə, mənsə müxalifətdə olmuşam. Münasibətlərimizdə də problemlər olub. İndi bütün bunlar tarixdir".
Pənahlı müsavatçılarla görüşmədiyini də deyib və "Müsavat rəhbərliyi ilə bizim söhbətimiz və ya görüşümüz olmayıb" ifadəsi ilə fikirlərini yeukunlaşdırıb.
Bütün bunlar isə, bir daha belə qənaətə gəlməyə imkan yaradır ki, dağıdıcı müxalifətin çıxardığı səs-küylər yalnız boğazdan yuxarı işlədilmiş sözlərdir. Belə sözlərin, fikirlərin isə cəmiyyətə, ictimai rəyə heç bir təsiri olmur. Ona görə də, düşünmək olar ki, bu cür müxalaifətin ömrünün başa çatmasına çox qısa zaman qalıb. Hətta sentyabrın 26-da, referendum günündə bu xəyanətkar zümrənin siyasi ölüm günü tarixə həkk oluna bilər. Hər şey göz önündədir və zaman keçdikcə, bu fikirlər yetərincə özünü təsdiqləyir.
Rövşən RƏSULOV