PDF Oxu

Müxalifət

  • 2 132

Xalq ermənilərlə bir ağızdan çıxış edənləri rədd edir

image

TEZİS ƏSASINDA

26 sentyabrda bunu görəcəyik

Bəlli olduğu kimi, ABŞ Konqresində bu qurumun insan haqları komissiyasının erməni lobbisindən aldığı sifarişinə əsasən, Azərbaycana qarşı qərəzli dinləmələr keçirilib. Həmin dinləmələrlə yanaşı, həmin gün ABŞ Helsinki Komissiyası da bəyanat yayaraq, 8 sentyabrda ermənipərəst konqresmen Kris Smitin Azərbaycan rəhbərliyinə ünvanladığı məktubun mətnini ictimaiyyətə açıqlayıb. Sözügedən məktubu Smitlə yanaşı, Konqresdə Ermənistan üzrə işçi qrupun həmsədri, Dağlıq Qarabağ separatçılarının əsas dəstəkləyicilərindən olan digər konqresmen - Adam Şif də imzalayıb. Məhz bu faktoru incələyərkən, bir daha agah olur ki, əslində, hər iki olayın arxasında, bilavasitə, Amerikanın erməni lobbisi dayanır. Təbii ki, ermənilərin bu addımları Azərbaycan ictimaiyyətini heç də təəccübləndirmir. Çünki bu, faktiki olaraq, düşmən tərəfindən atılan çoxsaylı addımlardan biridir.

Ölkə ictimaiyyətini hiddətləndirən başqa bir fakt istər-istəməz mövzu ətrafında digər analizlər aparmağı şərtləndirir. Məsələ ondadır ki, ölkəmiz və dövlətçilik maraqlarımız əleyhinə aparılan düşmənçilik kampaniyasında özlərini "müxalifətçi" adlandıraraq, can-başla ermənilərə nökərçilik edənlərin bu kimi mənfur addımları aşkar şəkildə atılmaqdadır. Bu barədə digər yazımızda qeydlərimizi aparmışıq və bu səbəbdən, sözügedən mövzuda başqa amillər ətrafında gedişlərimizi edəcəyik. Bəli, müxalifət hər yerdə lazımdır və yalnız sağlam müxalifətçiliyin inkişafı dövlətin də inkişafına öz töhfələrini verə bilmək iqtidarındadır. Bu, aksiomadır. Təbii ki, Azərbaycan da hüquqi-demokratik və dünyəvilik prinsiplərinə söykənən bir dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyir, hətta demokratiya, plüralizm, tolerantlıq baxımından, özlərini "demokratiyanın beşiyi" hesab edən başda ABŞ olmaqla, bir sıra Qərb ölkələrini də üstələyir. Azərbaycanda polis insanlara atəş açıb onların həyatlarına son qoymur, Azərbaycanda nə irqi, nə də ki, məzhəb baxımından heç bir problem yoxdur. ABŞ-da bəlli qərəzlərə söykənən dinləmələrin keçirilməsi əsnasında "ana müxalifəti" təmsil edən partiya sədrinin - Ə.Kərimlinin oğlu Türkel Kərimlinin, Xədicə İsmayılın XƏYANƏTKARCASINA (!) işğalçı, separatçı ermənilərlə bir yerdə ölkəmizin maraqlarını satması heç bir çərçivəyə sığmır!

Bu, həmin konqresdir ki, Azərbaycana qarşı bədnam "907-ci düzəliş"i qəbul edib!

Dəhşətli məqam da budur ki, erməni lobbisinin pulunu siyasi korrupsiya vasitəsilə mənimsəyən ermənipərəst konqresmenlər həmin puldan "ana müxalifət" təmsilçilərinin qarşısına, necə deyərlər, tulapayı da atırlar. "İnsan haqları", "demokratiya" bağırmaları üçün...

Bu gün Azərbaycanda "demokratik dəyərlər" axtarışına çıxan ermənipərəst konqresmenlər hazırda erməni pulu ilə dövlət maraqlarına qarşı qısqırdılan dağıdıcı müxalifətin himayədarlarına çevirliblər. Bu, həmin konqresdir ki, Azərbaycana qarşı bədnam "907-ci düzəliş"i qəbul edib. Həmin mənfur sənədin qəbulu, məhz Ə.Kərimlinin də təmsil olunduğu Elçibəy iqtidarı dövründə (1992) ABŞ-dakı erməni lobbisinin diktəsi ilə baş tutub!

Lakin gəlin görək, bu ölkənin maraqlarını, dəyərlərini qoruyan iqtidar daha hansı işlərə imza atır. Məsələnin də vacib tərəfi budur ki, ölkə Prezidentimiz Bişkekdə işğalçı Serj Sarkisyanı yerində oturdur, "ana müxalifət" təmsilçiləri isə ABŞ Konqresində ölkəmiz və dövlətimiz əleyhinə erməni daşnaklarla, hnçaklarla, ASALA-çılarla eyni mövqedən çıxış edirlər. Bax, heç bir çərçivəyə sığmayan fakt da budur və həmin fakt özünü tam çılpaqlığı ilə ortaya qoymuş olur.

Hər halda, düşündürücü bir hadisədir və belə olan təqdirdə, çıxış yolu bir olaya qalır - bu cür satqın, dəyərsiz, xəyanətkar, mənfur müxalifət ünsürlərini rədd etmək! Bütün hallarda 26 sentyabr referendumunda bunu görəcəyik...

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər