PDF Oxu

Müxalifət

  • 2 763

"Milli demokratçılıq", yoxsa milli satqınçılıq?

image

TEZİS ƏSASINDA

Xəyanətin izi ilə...

Dərk edə-edə, anlaya-anlaya ölkəmizin düşmənləri ilə bir dam altında oturub, dövlətçilik maraqlarımızı satmaq…Biz bu prosesi başdan-ayağa qədər izlədik və "SƏS" qəzeti olaraq, digər media qurumları kimi araşdırmamızı, təhlilimizi apararaq, nəticə hasil etdik. Bəli, söhbət ABŞ-ın ermənipərəst konqresmeni Tom Lantosun təklifi ilə insan haqları komissiyasının "Azərbaycanda insan haqlarının pozulması"na dair dinləmələrindən və həmin dinləmələrdə AXCP sədri Ə.Kərimlinin oğlu Türkel Kərimlinin iştirakından gedir. Və yalnız onun deyil..!

Böyük Kərimliyə sual verilməlidir ki, nəyə görə həmin dinləmələrdə məhz kiçik Kərilmi çıxış edib?

Çünki Britaniya təhsilli T.Kərilminin ingilis dilində öz ölkəsinin qarasınca ağına-bozuna baxmadan səpələdiyi böhtançı cümlələrini o biri tərəfdən, yəni Azərbaycandan Xədicə İsmayıl adlı digər milli satqın da skayp vasitəsilə təsdiqləyib. Özü də Ermənistandan tökülüşüb gəlmiş jurnalist ordusunun, "Amerikanın Səsi" radiostansiyasının erməni bürosunun əməkdaşlarının, həmçinin, işğal altındakı Qarabağın separatçı "prezidenti" Bako Saakyanın oğlu, Amerika Erməni Konqresinin fəalı Armen Saakyanın hüzurunda..!

Təbii ki, Amerikanın ermənipərəst "simaları" – ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin, qondarma erməni soyqırımının tanınması istiqamətində erməni lobbisinin əlaltısına çevrilmiş siyasi korrupsioner Ceyms Makqovern və sairlərin qarşısında.

Məsələ yalnız bununla bitmir. Yəni söhbət Ə.Kərimlinin əziz-xələf oğlunun atasının çirkablı yolunun davamı kontekstində gizlənən başqa faktorlardan da gedir. Məsələn, artıq 100% sübuta yetirilib ki, AXCP sədri hakimiyyətə yiyələnməkdən ötrü vaxtilə "şeytanla da əməkdaşlığa hazırıq" ifadəsinə əməl edib. Özü də bir dəfə deyil, dəfələrlə. Həmin dəfələrlədən biri də, məhz bəhs etdiyimiz mövzu daxilindədir. Özünü "milli demokratiyanın" "ana müxalifətçi" partiyasının sədri kimi təqdim edən böyük Ə.Kərimliyə sual eidlməlidir ki, nəyə görə həmin dinləmələrdə məhz kiçik Kərimli çıxış edib? Məgər böyük Kərimlinin "o boyda" Xalq Cəbhəsində, yaxud "Milli Şura"sında çıxış edəcək başqa adam tapılmadımı? C.Həsənli, İ.İbrahimli, G.Hacıbəyli, Q.Zahid və sairləri T.Kərimlidən xəyanətkarlıq baxımından və ağıl dərəcəsində bu qədərmi səviyyəsizidlər ki, onların yerinə oğlunu göndərdin? Demək ki, sən Ə.Kərimli olaraq, bunu etiraf etməlisən, ya da…

AXCP-də Türkel Kərimlinin timsalında monarxiya üsul-darəsi

Artıq AXCP-də monarxiya üsul-darəsi ayaq açaraq, yeriməyə başlayıb və biz Türkel Kərimlinin timsalında bunun şahidinə çevrildik. Yox, belə deyilsə, onda Ə.Kərimli niyə, məhz oğlunu artıq neçənci dəfədir ki, bənzər tədbirlərə yollamasına aydınlıq gətirsin, çünki ictimai rəy dərhal cavab gözləyir.

Məsələn, ictimai rəy cavab gözləyir ki, həm T.Kərimli, həm də A.Saakyan birağızdan Azərbaycan hakimiyyətinə qarşı çıxışlar edir, onların hər ikisi də ölkəmiz əleyhinə fikirlər səsləndirirlər, Ə.Kərimli bunu bilə-bilə hansı üzlə, məhz dinləmələr keçirilən gün Bakıda mitinq keçirib, "xalq", "dövlət", "demokratiya" və s. şüarlar sələndirib axırda da təxribatçılıq törətdi? Çünki bildiyimiz qədər "Milli Şura"nın mitinqindən sonar növbəti bir neçə gənc AXCP sədrinin satqnçılıq siyasətinin girovunda buxovlandı. Niyə T.Kərimli onların sırasında yox idi, ya da olmamalı idi?

Halbuki normal siyasətçi düşmənlərinin də eyni dam altında olduğunu öyrəndikdən sonra…

Bunun əvəzində T.Kərimli Azərbaycanın sağına-soluna döşədikcə, qardaşlığı Armen və erməni jurnalistləri ona əl çalırdılar, alqışlar yağdırırdılar. Halbuki normal siyasətçi fərd düşmənlərinin də eyni dam altında olduğunu bildikdən sonra, ən yaxşı halda, ayağa qalxaraq öz etirazını bildirməli, ən pis halda isə, zalı tərk etməli idi. Amma biz nə etirazın, nə də zalı tərk etməyin şahidi olmadıq. Əksinə, düşmən kiçik Kərimlini alqışladıqca, o, daha da azğınlaşıb, hətta Bako Saakyanın oğlundan da betər şəkildə Azərbaycana necə düşmən kəsildiyini nümayiş etdirib!

Ermənilər Azərbaycana qarşı nə edirlərsə, Əli Kərimli də məhz bu cür edir

Daha bir faktora diqqət yetirək və sual edək, separatçı ermənilər nə istəyirlər? Nəyə görə onlar Azərbaycan əleyhinə düzənlənmiş "dinləmələr" sirkinə bu sirkdə çıxış edən siyasi klounların təlxəklik nömrələrinə bu qədər maraq göstəriblər? Bunun cavabı kifayət qədər bəsitdir və hər halda ortada ermənilərlə kərimlilərin bənzərlikləri mövcuddur. Məsələn, ermənilər on illərdir ki, Azərbaycana qarşı sanksiyaların tətbiq olunması yönündə dəridən-qabıqdan çıxırlar, Ə.Kərimli də, məhz bu cür edir. Ermənilər qondarma "DQR"in davamlı olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu, "insanların öldüyünü" böhtan kimi ortaya atır, Ə.Kərimli də son aprel müharibəsindən sonra erməni prizmasından məlum çıxışlar edərək, erməni mediasının "qəhrəmanına" çevrildi. Ermənilər qondarma erməni soyqırımının tanınması istiqamətində ABŞ Konqresini gecə-gündüz "atəşə tuturlar", Ə.Kərimli də qondarma erməni soyqırımının tanınması, o cümlədən, separatçı "DQR"in "müstəqil dövlət" statusunu alması üçün canfəşanlıq edən, Azərbaycana qarşı sanksiyalar tələb edən ermənipərəst konqresmen Ceyms Makqoverni, Tom Lantosu nəzarətində olan "Azadlıq" saytında təbliğ, tərənnüm, reklam və mədh edir. Bəlkə belə deyil?

Artıq, bu cür düşünmək lazımdır – 1990-cı illərdə "Azadlıq" meydanında xalq hərəkatının əsası qoyulsa da, bu gün həmin hərəkatdan əsər-əlamət qalmayıb. Çünki bu gün özlərini həmin hərəkatın "aparıcıları" kimi sırıyan əli kərimlilər satqınlar və xəyanətkarlar hərəkatının öndəgedənlərinə çevriliblər.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər