İctimai fəallar da bu fikirdədir
Müxalifət xarici himayədarlarının tapşırıqlarına əsasən, boş və mənasız aksiyalara meyil göstərirlər. Amma görünən odur ki, bu aksiyalar iflasa uğrayır. Bunu "Milli Şura"nın və Müsavatın rüsvayçılıqla nəticələnən mini-aksiyalarında da görmək oldu. Söhbət etdiyimiz müsahiblərimizdə müxalifətin mini-mitinqlərinin iflasa uğramasını gözlənilən hal kimi qiymətləndirib, səbəbini də cəmiyyətin onlara nifrət etmələri ilə əlaqələndirdilər.
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev:
- Dağıdıcı müxalifət Azərbaycanda dövlətçiliyin güclənməsini istəmir. Necə ki, Qərbin bir sıra dövlətləri və beynəlxalq təşkilatları anti-Azərbaycan mövqetindədir. Müxalifət də eyni yoldadır. Azərbaycan müxalifəti xalq tərəfindən dəstəklənmədiyindən, özünü məkrli Qərb dairələrinə yönəldib. Onlar Qərbin anti-Azərbaycan mövqeli donorlarından qrantlar alaraq Azərbaycana qarşı layihələr həyata keçirirlər. İndidən xalqın, birmənalı şəkildə, dəstəkləyəcəyi məlum olan 26 sentyabr referndumunda radikalların narahatlığına səbəb olduğundan, xaricdəki məkrli qüvvələrdən təlimatlandırılıb. Əhəmiyyətsiz mini-aksiyalar keçirməklə heç nəyə nail ola bilməyəcəklərini anlasalar da, Qərbdən aldıqları pulun yuyulması üçün reallığı qəbul etmək istəmirlər. Mitinqdə iştirak edən insanların əksəriyyətinin siyasi düşüncə yoxdur. Onların böyük əksəriyyəti yalnız aldıqları iki saata görə, 10 manat pulun gücünə meydana toplanıblar. Özləri də mitinqə niyə və hansı səbəbə gətirildiklərini belə başa düşmürlər. Həm seçkidən öncə, həm də sonrakı proseslərdə müxalifət "canla"nır. Daha dəqiq, əndişələndiyindən hay-küy salırlar. Amma bütün bunların heç bir nəticə vermədiyi də aydındır. Azərbaycanda güclü müxalifət və onun elektoratı yoxdur, olsaydı kənardan qüvvə gətirməzdi və xarici qüvvələrin planlarını Azərbaycanda həyata keçirməzdi. Dağıdıcı müxalifətin ölkəmizdəki bütün planları Qərbdə, okeanın o tayında hazırlanır. Ona görə də, bütün tədbirləri uğursuzluqla nəticələnir.
AXCP və Müsavatın növbəti mitinqi birlikdə keçirmək istəkləri isə xülyadan başqa bir şey deyil. Mehriban düşmənlər olan bu qruplar, sadəcə xarici maraqlı qüvvələrin və Bakıdakı Qərb səfirliklərinin tələbinə əsasən, birgə aksiya keçirmək arzularını ortaya qoyublar. Satqın və xəyanətkar müxalifət heç vaxt bir yerdə ola bilməz. Dəfələrlə bu kimi qüvvələr yığışıb həmrəy olmalarını istəyiblər, 2003-cü ildən bu yana həmrəy ola bilmirlər. Niyə? Ona görə ki, içlərində bir satqınlıq, xəyanət kök salıb. Azərbaycanda msağlam müxalifət qüvvələrinin birliyinə də bu iki partiya lideri mane olub. Özlərindən başqa müxalifət qüvvənin ortaya çıxmasını istəməyiblər. Artıq cəbhəçilərin və müsavatçıların özləri belə öz liderlərindən çimçəşiblər. Çünki yürütdükləri siyasət ermənipərəstlikdən xəbər verir.
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:
- Uzun illərdir ki, müxalifət düşərgəsində təmsil olunan şəxslər boş və mənasız mini-aksiyalar keçirirlər. Demək olar ki, bu qüvvələrin keçirdiyi aksiyaların bir mahiyyəti var, bu da xarici məkrli qüvvələrin tapşırıqlarını yerinə yetirməkdir. Əlbəttə, müxalifət təmsilçilərinin pozucu niyyətli istəkləri heç vaxt reallığa çevrilməyəcək. Çünki onların cəmiyyət tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Sapı özümüzdən olan baltaların bu cür hərəkətlərə əl atmalarının səbəbi onların xarici qüvvələr tərəfindən maliyyələşməsi ilə bağlıdır. Ümumiyyətlə, onlar bu cür hərəkətləri ilə xalqın gözündən özlərini tamamilə salır. Dağıdıcı müxalif qüvvələrin ölkəmiz haqqında pozucu yol tutmaları onların ifşasına və xalqın gözündən bir qədər də düşmələrsinə gətirib çıxarır. Təbii ki, bu cür yersiz hərəkətləri ilə onlar uzağa gedə bilməzlər. Digər tərəfdən, bu cür hərəkətləri onlara başucalığı gətirməz. Az müddət sonra məkrli yol tutan AXCP və Müsavat kimi partiyalar parçalanaraq, tarixin arxivinə atılmalı olacaqlar. Artıq proseslər bu istiqamətdə inkişaf edir.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov:
- Bəzi xarici qüvvələr inkişaf etmiş Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaq istəyirlər. Məhz buna görə də, xaricdə olan qüvvələr öz çirkin niyyətlərini müxalifət təmsilçilərinin əli ilə həyata keçirmək istəyir. Bunun nəticəsidir ki, müxalifət partiyaları heç bir nəticəsi olmayan aksiyalar keçirməklə məşğul olurlar. Amma həm xarici qüvvələrin, həm də müxalifət qüvvələrinin bu istəkləri heç vaxt reallaşmayacaq. Müxalifət partiyaları hər hansı bir gücə malik deyillər ki, nəyə isə nail ola bilsinlər. Demək olar ki, müxalifət partiya sədrləri də çox gözəl dərk edir ki, onlar ancaq bu cür aksiyalar keçirməklə, öz istəklərinə çatan bilməyəcəklər. Əksinə, xalqın gözündən daha da düşəcəklər.
GÜLYANƏ