PDF Oxu

Müxalifət

  • 4 188

Qənimət Zahidin TV sevdası?!

image

"FETÖ"nün qulbeçələrinin yeni təşəbbüsləri..."

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin yeni telekanal açacağı barədə məlumat yayılıb. Q.Zahid bildirib ki, telekanal "Turan" TV adlanacaq və mahiyyəti, məqsədi, məramı cəmiyyətimizə çoxdan bəlli olan "Azərbaycan saatı" proqramı da, məhz bu kanalda yayımlanacaq. Olsun! Şər-böhtan dolu və üfunət qoxuyan materiallar başqa harda yayımlana bilər ki? Məsələnin mətləbinə keçək...

Yadınızdadırsa, "Azərbaycan saatı" vaxtilə Türkiyədə "FETÖ" lideri Fətullah Gülənin maliyyə dəstəyi ilə fəaliyyət göstərən "Barış" TV-də yayımlanırdı. Lakin iyulun 15-də Türkiyədə "FETÖ"nün dövlət çevrilişinə cəhdi ilə digər "gülənçi" TV-lər kimi "Barış"ın da fəaliyyətinə son qoyuldu. Türkiyədəki hadisələrin fonunda Azərbaycandakı dağıdıcı müxlaifətçilərin də əsl siması ortaya çıxdı. Belə ki, "Azərbaycan saatı" AXCP sədri, Ə.Kərimlinin eləcə də onu himayə edən xarici havadarlarının əsas şər-böhtan ruporu olduğu yeni yollar axtarıb-tapmaq lazım idi ki, bu proqram yayımını dayandırmasın. Bəs Ə.Kərimli bu istiqamətdə hansı addımları atdı? O, "Azərbaycan saatı" proqramının digər telekanallarda yayımlanmasına şəraitin yaradılması üçün F.Gülənə məktub yazdı. Məktub ələ keçdi. Necə deyərlər, sandığın ağzı açılmış oldu. Bundan sonra Ə.Kərimli açıq şəkildə "FETÖ"nün qulu olduğunu inkar da edə bilmədi.

"Azərbaycanda etnik qarşıdurma yaratmaq istəyirlər..."

"Azərbaycan saatı" proqramını "Barış" TV-yə əmr edən də F.Gülənin tapşırığı ilə onun Türkiyədəki nümayəndələri olmuşdu. Q.Zahid heç bir çətinlik çəkmədən, heç bir maneəyə rast gəlmədən, bu proqramın yayımını həyata keçirə bilirdi. Bundan başqa, proqramın yayımlanması üçün "efir setkası"nda ayrılan müddətin (1 saat) pulu da ,məhz "FETÖ" tərəfindən ödənilirdi. "Turan "TV də "gülənçi"lərin maliyyəsi ilə efir üzü görəcək.

"Əli Kərimlinin "turançı"lığın "T" hərfindən xəbəri yoxdur"

Məsələ ilə bağlı "SƏS" qəzetinə açıqlama verən konfliktoloq Ülvi Məmmədov bildirib ki, bu layihə müxalifətin pozuculuğa xidmət edən layihəsidir: "Azərbaycanda etnik və milli zəmində xaos, anarxiya yaratmaq məqsədinü güdür: "Hər kəsə bəllidir ki, Ə.Kərimli geniş düşünə, mühakimə apara bilən insan deyil. O, xarici qüvvələrin əlində bir kartdır. Kart da hər dəfə əldən-ələ gəzir. İstədiyi məqamda açıb masanın üstünə atırlar. Bir az pafoslu danışır, mitinqlər keçirir, pulunu alır və keçib yerində oturur. Məqamı gələndə, bu, bir daha təkrarlanır. Onun "turançı"lığın "T" hərfindən xəbəri yoxdur. Onu heç vaxt ümumi türk mövqeyi düşündürməyib. Onlar etnik xalqların incə maraqlarını işıqlandırmaqla, diqqəti cəlb etməyə çalışacaqlar. Təbii ki, Azərbaycanda sülh və əmin-amanlıq hökm sürür və heç kim provokatorların planlarının tərkib hissəsinə çevrilən deyil. Bu coğrafiyada yaşayan insanlar biri-birlərilə qan qohumudurlar. Ölkəmizdə dininə, milliyətinə, irqinə görə heç kim təqib olunmur. Bunlar növbəti ağılsız şou yaratmağa cəhd edirlər. Ancaq bununla belə, düşünürəm ki, ehityatlı olmaq, müəyyən tədbirlər görmək lazımdır. Əgər ölkənin imicinə zərbə vurmağa cəhd olunacaqsa, etnik xalqlar arasında provokativ təbliğat aparılacaqsa, bunun qarşısı qanunla bütün mümkün vasitələrdən istifadə olunaraq, alınmalıdır".

Samir

Digər xəbərlər