"Yarımişlək vəziyyətdə olan vicdanınızı tam işə salın, o zaman həqiqəti görəcəksiniz..."
Dağıdıcı müxalifətin şər-böhtan ruporuna çevrilən "Azadlıq.info"da Azərbaycan dövlətinə qarşı növbəti təxribatçı material dərc olunub. Yazının "Azadlıq" qəzetinin internet versiyasında dərc olunmasında əsas məqsəd ölkəmizin imicinə zərbə vurmaq, beynəlxalq forumun gedişində əcnəbilərdə Azərbaycan haqqında demokratik prinsiplərə zidd olan fikir formalaşdırmaq və özünü "humanitar təşkilat" adlandıran təxribatçı xarici təxribatçı qrupların növbəti hesabatlarına "material" verməkdir.
Məqalədə yazılır: "Milli Şura"nın 11 sentyabr mitinqinin izdihamlı keçməsindən qorxuya düşmüş hakimiyyət AXCP-yə qarşı repressiyanı artıq 3-cü həftədir ki, davam etdirir". Bu adamların nə qədər qeyri-ciddi olduğu elə ilk cümlələrindən bəlli olur. Əvvəla, "Sərbəst toplaşmaq haqqında" qanuna uyğun olaraq, bu adamlara icazə verilib ki, dinc şəraitdə mitinqlərini keçirsinlər. Eyni zamanda, mitinq iştirakçılarının da təhlükəsizliyi Azərbaycan polisi tərəfindən ən yüksək səviyyədə təmin olunub. Mitinqdən sonra təxribatçı hərəkətləri ilə vətəndaşla polis arasında dava-dalaş salmaq istəyənlərin də aqressiv, provokativ addımlarının qarşısı dərhal alınıb. Əgər bunu "qorxu" kimi qəbul edirsinizsə, bunu sizin yarımişlək vəziyyətdə olan vicdanınızın öhdəsinə buraxırıq. Amma biləsiniz ki, Azərbaycan dövləti millətimiz, xalqımız, ölkəmiz üçün təhdid, təzyiq, təhlükə yarada biləcək hər bir təxribatçı addımın qarşısını qətiyyətlə alıb və bundan sonra da belə olacaq. Görünən budur ki, qanunların gücündən, törətdiyiniz dövləti cinayətlərinizin ağırlığından qorxuya düşərək, "qabaqdangəlmişlik" edirsiniz və düşünürsüz ki, bu tip dezinformasiyalarla məsuliyyəti öz üzərinizdən ata bilərsiniz. Həmçinin, beynəlxalq ictimaiyyətin, daha doğrusu, pul aldığınız bəzi dairələrin gözündə özünüzü böyütməlisiniz, ya yox!?
Məqalədə daha sonra yazılır: "Lakin bütün bu repressiyalardan sonra da həmin gün yağış yağmasına da baxmayaraq, hökumət AXCP-yə qarşı təzyiqləri davam etdirdi". Bu cümlənin məntiqini başa düşən varsa, kimsə desin. Başa düşmürük, belə çıxır ki, insan ağır cinayət törətsə və hava yağışlı olsa, polis onu həbs etməməlidir? Bu yekəlikdə ağılsızlıqmı olar? Deməli, Ə.Kərimlinin quşbeyin cəbhəçilərinin yazdıqlarına görə, onlar yağışlı havada istədiklərini edə bilərlər və polis isə susmalıdır. Xəstə təxəyyül budur! İnsanda VİCDAN deyilən bir anlayış var. Bax, bu olmayanda adamın şəxsiyyətində tarazlıq pozulur, balans itir. Axı hamımız orada idik, istədikləri kimi tribunaya çıxıb ağızlarına gələni danışdılar, onra isə çıxıb getdilər. Bir neçə nəfər təxribat törətmək istədi və bunun da qarşısı alındı. Bəlkə mitinqdən sonra ayaqlarınızın altına xalça döşəməli idik!? Bəlkə pırpızbaş Mehman Hüseynovun polisi qəsdən təxribata çəkmək cəhdinə görə hədiyyə verib, onu yola salmaq lazım idi!?
Məqalənin sonunda qeyd olunur: "Son 2 həftə ərzində polisə aparılan 189 nəfərin (onlardan 170 nəfəri AXCP üzvüdür) siyahısını əlavə edirik...". Siyahıya baxdıq, 170 nəfər ağıllarına gələn adamların adını yazıblar, qalan 19 nəfərin isə adı yoxdur. Görəsən, niyə? Onları da özünüzdən saymırsınızmı, "hörmətli" Kərimli!? Sənin keçridiyin mitinqdə cəmi 200-300 adam var idisə, bəs bu 170 nəfər necə həbs olunur? Belə çıxır ki, yarıdan çoxunu öz siyahınızda "həbsə" göndərmisiniz...
Samir