PDF Oxu

Müxalifət

  • 9 546

Xalq satqınları və xəyanətkarları bağışlamır

image

"Müxalifət istəyinə çatmaq üçün Azərbaycanın dövlətçiliyini, milli maraqlarını və ərazi bütövlüyünü də təhlükə altında qoymağa hazırdır"

Bu gün birmənalı mövqe ondan ibarətdir ki, müxalifətin dağıdıcı qanadı ola Müsavat və AXCP kimi partiyaların funksinerləri xaricdən maliyyə yardımı almaq üçün ən çirkin vasitə və üsullardan istifadə etməkdən çəkinmirlər. Bu vasitə ictimai qınaq obyekti olsa da, müxalifət bundan nəticə çıxarmaq fikrində deyil. Çünki xarici maddi və mənəvi dəstək olmayacağı təqdirdə, partiyalar sıradan çıxmalı olacaqlar. Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov da o fikirdədir ki, dağıdıcı müxalifət partiya sədrləri siyasətə gəlir mənbəyi kimi baxırlar: "Hər kəs həyatda pul qazanaraq, ailəsini dolandırmaq üçün nə isə bir iş görür. Müxalifət düşərgəsini təmsil edən Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı kimilər pul qazanmağın yolunu Azərbaycanın milli və dövlətçilik maraqlarını xarici məkrli qüvvələrə satmaqda görürlər. Təbii ki, müxalifət qüvvələrinin getdikləri bu yol heç də yaxşı yol deyil. Yəni əgər bu zamana qədər müxalifət qüvvələrinin tutduqları bu siyasət yolunda nə isə bir irəliləyiş olmayıbsa, bundan sonra da onların fəaliyyət göstərmələri əhəmiyyətsizdir".

Təşkilat sədrinin sözlərinə görə, müxalifət partiya sədrlərinin fəaliyyəti Azərbaycan cəmiyyətində sabitliyin pozulmasına xidmət edən siyasət olduğundan, hər kəs tərəfindən qınağa və ittihama məruz qalırlar: "Müxalifətin apardığı siyasət xalqın gözü qarşısındadır. Xalq da həqiqəti bilir ki, müxalifət təmsilçiləri öz istəklərinə çatmaq üçün, hətta Azərbaycanın dövlətçiliyini, milli maraqlarını, ərazi bütövlüyünü, suverenliyini də təhlükə altında qoymağa hazırdır. Belə düşüncəyə malik olan şəxslərin apardıqları siyasətin irəliyə doğru heç bir addımı olmur və olmayacaq. Müxalifət təmsilçilərinin bu günə qədər bir məqsədi olub: özlərini müxalifət donunda göstərməklə xaricdə olan məkrli qüvvələrdən nə isə qopara bilsinlər. Demək olar ki, bu gün bunların arasında "kim daha çox xaricdən pul qoparacaq" yarışı gedir. Əgər Ə.Kərimlinin oğlu bu gün Azərbaycanın düşməni olan ermənilərin, hətta sadə bir erməninin yox, qondarma "Dağlıq Qarabağ Respublikası"nın prezidenti Bako Saakyanın oğlu ilə dostluq edirsə və onunla Azərbaycan əleyhinə olan tədbirdə birgə iştirak edirsə, Ə.Kərimlinin Azərbaycan cəmiyyətinə hansı nüfuzundan söhbət gedə bilər? Əlbəttə, bu cür faktlar qarşısında Ə.Kərimliyə içtimai dəstəyin ola biləcəyi mümkünsüzdür. Xalq satqınları və xəyanətkarları bağışlamır.

GÜLYANƏ

Digər xəbərlər