PDF Oxu

Müxalifət

  • 6 997

Türkel Kərimlinin ABŞ "macəraları..."

image

Və ya Əli Kərimlinin "fədakar" oğlunun içki, qumar, kef məclisləri..."- FOTOLAR!

AXCP sədri Ə.Kərimlinin oğlu Türkel Kərimlinin ABŞ sərgüzəştləri barədə mətbuatda çox yazılıb. Eyni zamanda, onun Böyük Britaniyanın Bristol Universitetində oxuduğu müddətdə törətdiyi əməllər haqqında da məlumatınız yox deyildir. Yadınızdadırsa, 2013-cü ildə Bristol Universitetində öz müəllimi ilə dalaşan T.Kərimlinin içki, narkotik düşgünü olduğu haqqında yayılan informasiyaların ardı-arası kəsilmirdi. Oğlunun illik təhsil haqqını- 25 min dolları necə ödədiyi, Böyük Britaniyada villa tipli mənzilə hansı formada sahib olduğu haqqında ona ünvanlanan suallardan yayınan Ə.Kərimli özünün və oğlunun əməllərinə don geyindirə bilmədi. 2013-cü il iyul ayının 2-də Ə.Kərimli baş verənlərə, ona ünvanlanan haqlı suallara yalnız öz xarakterinə uyğun, ədabaz şəkildə cavab verdi: "Mənim oğlum Bristol Universitetində hüquq təhsili alır. Bu ilin imtahanlarını çox uğurla yekunlaşdırıb. Hamı kimi o da yataqxanada qalır. Mənim oğlumun evi yoxdur, maşını yoxdur. Piyada gedir məktəbə. İctimai nəqliyyatdan istifadə edir. O, yaxşı oxuduğuna görə, mən onunla fəxr edirəm. Bütün imtahanlarını da uğurla başa vurub". Diqqət edin, "Böyük Britaniyadakı mənzil sizindirmi" sualına cavab vermir, oğlunun içki düşgünü olması haqqında verilən suala cavab olaraq, onu tərifləməklə cavab verir. Amma illər sonra hər şey bir daha öz təqsdiqini tapmış olur. Aşağıdakı şəkillərdə Ə.Kərimlinin oğlu T.Kərimli ABŞ-da kef məclislərində iştirak edir, fotolardan da göründüyü kimi, masa ətrafında spirtli içkilərdən tutmuş qumar oynamaq üçün karta qədər hər şey var. Bu, həmin T.Kərimlidir ki, bu il sentyabrın 15-də ABŞ Konqresinin İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələrdə Azərbaycanı "təmsil" edir. T.Kərimli, sən demə, ABŞ-da atasının "siyasəti"ni təqdim etməklə yanaşı, həm də yüngül həyat tərzi keçirir. Gündüzlər atasının "demokratiya" haqqında yersiz iddialarını guya ABŞ-da kimlərinsə, qulağına pıçıldayan T.Kərimli axşamlar da hər cür oyundan çıxırmış. Özü də Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu ilə. Onunla insan haqlarını eyni masada "müdafiə" edən Türkelin bundan sonrakı "karyerası" da daha "uğurlu" görünür.

Türkel ABŞ-da kef məclislərində iştirak edən vaxt Ə.Kərimli "Məshul" stadionunda Azərbaycan gənclərini "mübarizəyə", "vətənpərvərliyə" və "təmiz", "qürurlu" olmağa səsləyirdi: "Ey gənclər, azadlıq uğurunda mübarizədə fədakar olun!" deyən Ə.Kərimlinin oğlu hardadır bəs? Gəncləri təxribata səsləyib, oğlunu ABŞ-da qızların qucağına atan bu adamın sözünü hansı gənc eşidə bilər ki!? Sual edən yoxdur ki, Türkel nə üçün hərbi xidmətə yollanmayıb?

Samir

Digər xəbərlər