PDF Oxu

Müxalifət

  • 2 108

AXCP ilə Müsavat arasında "Mühacir biznesi" uğrunda savaş gərginləşir

image

Mais Səfərli: "Belə məsələlər varsa, həmin şəxslər ciddi şəkildə cəzalana və partiyaları bağlana bilər"

Bu gün hər kəsə bəllidir ki, dağıdıcı müxalifət partiya sədrləri siyasətə gəlir mənbəyi kimi baxırlar. Yəni pozucu siyasi fəaliyyətlər müqabilində xaricdəki məkrli qüvvələrdən maddi və mənəvi yardımlar alırlar. Həm də AXCP sədri Ə.Kərimli və A.Hacılı partiya vəsiqələrini 1500-2000 dollara satmaqla maddi durumlarını saxta yolla əldə olunan pullar hesabına bir qədər də düzəltməyə çalışırlar. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bu cür fəaliyyət yolu tutan müxalif partiya sədrlərinin hərəkətlərini biabırçılıq adlandırdı: "Bu gün Avropa ölkələrinə çoxlu sayda müxalifətçi adı altında insanlar üz tutur. Bəlli olur ki, həmin ölkələrə üz tutan şəxslərin bir qismi guya radikal müxalifət partiyalarının üzvləridir. Guya həmin şəxslərin Azərbaycanda hüquqları pozulur. Avropa ölkələrinə gedən şəxslər, hesab edirlər ki, getdikləri ölkə onlar üçün daha yaxşı olacaqdır. Ümumiyyətlə, bəzi şəxslərin müxalifət adı ilə Avropa ölkələrinə gedərək, orada Azərbaycan haqqında reallığı özündə əks etdirməyən fikirlər səsləndirmələri çox pis bir haldır. Yəni azərbaycanlı bir vətəndaşın pul əldə etmək xatirinə, bu cür hərəkətlərə əl atması utancverici haldır".

Partiya sədrinin sözlərinə görə, Avropa ölkələrinə gedən həmin şəxslərdən Azərbaycanı istəməyən xarici qüvvələr öz məkrli siyasətlərini yürütmək üçün istifadə edirlər: "Təbii ki, bu şəxslərin belə hərəkətləri xalq tərəfindən də birmənalı tərzdə pislənir. AXCP sədri Ə.Kərimli və A.Hacılının partiya vəsiqələrini satmalarına Azərbaycan hüquq-mühafizə orqanları hüquqi qiymət verməlidirlər. Çünki bu cür hərəkətlər Azərbaycanın milli maraqlarına ziddir".

"Siyasi partiyalar haqqında qanun"un tələblərini pozan Ə.Kərimli və A.Hacılı kimiləri bununla məsuliyyətə cəlb oluna bilərlərmi" sualına cavab olaraq, partiya sədri onu da bildirdi ki, əgər doğurdan da, belə məsələlər varsa, həmin şəxslər ciddi şəkildə cəzalana və partiyaları bağlana bilər: "Bu hərəkətlərə əl atan şəxslər qanun qarşısında cavab verməlidirlər. Ümumiyyətlə, müxalifət təmsilçiləri daim öz maraqlarına uyğun olaraq, addımlar atmaqla məşğul olublar və olurlar. Amma heç vaxt atdıqları bu addımların nə özləri üçün, nə də digərlər üçün heç bir nəticəsi olmayıb. Bunun da əsas səbəbi indiki kimi yersiz hərəkətlərə əl ataraq, özlərini xalqın gözündən salmalarıdır".

GÜLYANƏ

Digər xəbərlər