PDF Oxu

Müxalifət

  • 2 104

13 il öncə baş verənlər repertuarında yeni premyera

image

TƏRS BAXIŞ

"Ümid"in ardınca "ADR"-dən də İsa Qəmbərə "qorxaq" ittihamı səsləndirildi

2003-cü ilin 15-16 oktyabr iğtişaşlara cəhddən 13 il keçməsinə baxmayaraq, hər il bu vaxt yeni ittihamlar və həmin ittihamlar fonunda yeni ifşalar üzə çıxır. Bu dəfə "Ümid" partiyasının sədri İ.Ağazadə Müsavatın sabiq başqanı İ.Qəmbərə "qorxaq" titulunu verməsi vəziyyətin yenidən gərginləşməsinə səbəb olub. Ötən yazımızda bununla bağlı müəyyən qeydlər etmişik. Belə ki, Qərb siyasi qurumlarının və xarici donor təşkilatlarının dəstəyi ilə ölkədə vətəndaş qarşıdurması, dağıdıcılıq toxumlarını səpməyə cəhd edən daxili və xarici düşmənlərin bu planları baş tutmadı. İğtişaşlara cəhddə proseslərdə aparıcı rol oynayan, bu gün də müxalifət düşərgəsində naftalin iyi verən "liderlər" rüsvayçı məğlubiyyətlərində isə bir-birlərini günahlandırmaqla yanaşı, əsas günahkarın İ.Qəmbər olduğunu bildirirlər.

Nə İ.Qəmbər, nə də Müsavatın mövcud rəhbərliyi ittihamlara cavab vermirlər

Bu dəfə sabiq müsavatçı funksioner, hazırda Qubad İbadoğlunun sədri olduğu "Azərbaycan Demokratiya və Rifah" hərəkatının üzvü Ellada Məmmədli, demək olar ki, bənzər çıxış edib, keçmiş sədrini qorxaqlıqda suçlayıb. Məmmədli deyib ki, o da Müsavatın o zamankı prezidentliyə namizəd olan başqanına, zəng edildiyindən və tərəfdarları arasına qatılması çağırışlarından xəbərdardır. Amma İ.Qəmbər həmin vaxt ona edilən zənglərə qəti cavab verməyib.

Maraqlı məqamlardan digəri isə qorxalıq ittihamlarının ardınca nə İ.Qəmbərin, nə də Müsavatın mövcud rəhbərliyinin bu məsələyə münasibət bildirməməsidir. Onlar demək olar ki, "susmaq razılıq əlamətidir" prinsipi ilə razılaşdıqlarını sərgiləyirlər. İttihamlar artıqca, İ.Qəmbərin səssizliyi də artmaqda davam edir. Hətta İ.Qəmbərin 15-16 oktyabr hadisələrini yeni yaşayırmış kimi, yenidən qaçıb-gizlənməyə, insanlardan təcrid olmağa yer axtarması olayları yenidən canlanmağa başlayır. Məhz bu baxımdan, Müsavatın eks başqanın susqunluğu vaxtilə onunla eyni cinahda olan tərəfləri də hiddətləndirir.

Ellada Məmmədli: "İsa bəy cavab versin"

Məsələn, "Ümid" sədri İ.Ağazadənin ittihamının ardınca İ.Qəmbərin susqun dayanmasını E.Məmmədli bu cür cavablandırıb: "Yaxşı olardı ki, buna İsa bəy özü cavab versin. Mən onların arasında olan söhbətlərə qarışmaq istəmirəm. Amma 2003-cü ilin proseslərində iştirak edənlər kimin o tribunaya çıxdığını çox yaxşı bilir".

Beləliklə, düşərgədə gündəmdə qalmaq üçün yeni mövzuya start verilib. Yəqin, İ.Qəmbər və tərəfdarları İ.Ağazadəyə və sair ittiham çıxışçılarına cavab hazırlayırlar, başları həmin cavabaın necə veriləcəyinə qarışıb. Ona görə də, yaxın bir neçə gündə dağıdıcı düşərgənin siyasi səhnəsinin repertuarında növbəti premyeraya baxmalı olacağıq.

Rövşən RƏSULOV

Digər xəbərlər