PDF Oxu

Müxalifət

  • 2 364

"Arif Hacılı Əli Kərimlini aşağılayır"

image

Niyaməddin Orduxanlı: "Əli Kərimli Yaşar Türküzlə də əməkdaşlıq edər ki, Müsavat partiyasına zərbə vursun"

Pərakəndə və dağınıq halda olan müxalifət daxilindən yeni qopmaların baş verəcəyi gözləniləndir. Çünki istər Müsavatdan, AXCP-dən, istərsə də digər müxalif partiyaların sıravi üzvləri rəhbərliyin apardığı dayaz və məntiqsiz siyasətin utancverici olduğunu bildirməklə, partiyalardan istefalara hazırlaşdıqlarını bəyan edirlər. Amma Müsavat baş verə biləcək növbəti qopmaların qarşısını almaq üçün yeni birliklər axtarışına çıxıb. Daha doğrusu, A.Hacılı yenidən Ə.Kərimliyə AXCP-Müsavat əlaqələrinin qurulması təklifi ilə çıxış edib. Amma əlaqələrin qurula biləcəyi inandırıcı deyil. Çünki Ə.Kərimli yenə də iddialıdır. Bu baxımdan, növbəti dəfə əməkdaşlığın rədd ediləcəyi şübhəsizdir. BAXCP sədr müavini Niyaməddin Orduxanlı da "Səs" qəzetinə açıqlamasında bundan sonra A.Hacılı - Ə.Kərimli əlaqələrinin qurulmasının mümkün olamyacağını bildirib: "Ə.Kərimli bütün fəaliyyətini radikal müxalifətin dağılması üzərində qurur. Yəni o daxili pərakəndəliyin olmasında maraqlıdır. Ə.Kərimli özünü radikal müxalifətin "lideri" kimi görür. Özünü bu statusda gördüyünə görə, Müsavat başqanı A.Hacılı da onu bir qınaq qarşısında qoymaq məqsədilə ona əməkdaşlıq təklif edir. Bilirlər ki, boynundan böyük iddialarda olan Ə.Kərimli əməkdaşlığı rədd edəcək".

N.Orduxanlının sözlərinə görə, Müsavat ardıcıl olaraq Ə.Kərimliyə əməkdaşlıq təklifləri ünvanlamaqla, onu qınaq abyektinə çevirməklə, həm də aşağılamağa çalışır: "Burada söhbət bu məsələdən gedir. Yəni bunlar arasında konkret səmimi münasibətdən və əməkdaşlıqdan söhbət gedə bilməz. Sadəcə olaraq, onlar Ə.Kərimlinin əsl simasını və onun illər ərzində Müsavata, Müsavat rəhbərliyinə qarşı yönəltdiyi çirkin siyasəti bildiklərinə görə, bu cür təkliflə çıxış edirlər".

"Necə düşünürsünüz, Tofiq Yaqublunun, Yadigar Sadıqovun A.Hacılının siyasətinə qarşı çıxmasında Ə.Kərimlinin müəyyən təsiri ola bilərmi" sualına cavab olaraq, BAXCP sədr müavini bildirdi ki, Ə.Kərimli Yaşar Türküzlə də əməkdaşlıq edər ki, Müsavat partiyasına zərbə vursun: "20 ildən artıqdır ki, Müsavat və AXCP rəhbərliyi bir-birlərinə nifrət edirlər. Bir sözlə, hər iki partiya olan AXCP və Müsavat bir-birlərinə qarşı bitib tükənməyən nifrət bəsləyirlər. İstisna edilmir ki, Ə.Kərimli Müsavat partiyasında buna yaxın şəxslərlə gizli əməkdaşlıq qursun və birgə fəaliyyət göstərsinlər. Amma burada əsas son vaxtlar Tofiq Yaqublunun Ə.Kərimli ilə barışıq təklifində bulunması sanki bir görüntü xarakteri daşıyır. Demək olar ki, bu partiyaların əməkdaşlığı yalnız prezident seçkilərində, parlament seçkiləri zamanı qısa müddətdə baş tutur. Onda da, konkret olaraq, beynəlxalq təşkilatların göstərişi və tapşırığı əsasında. Seçki bitən kimi, dərhal bir-birinin əleyhinə bəyanatlar, günahkar çıxarmaq ittihamlarına başlayırlar. Bəzi məkrli xarici qüvvələrin göstərişi olmadan müxalifət partiyaları heç bir halda birləşə bilməzlər. Bütün bu mübarizənin, birgə aşağılanmağın kökündə hər iki partiya liderlərinin özlərini "ana müxalifət" kimi təqdim etmək istəyi dayanır. Bu "liderlər" bir-birini qəbul etmədiklərinə görə, hər iki partiya dağılmaqla üz-üzə qalıblar. İnadırıcı deyil ki, AXCP ilə Müsavat partiyaları arasında mövcud olan gərgin münasibətlər nə vaxtsa normallaşsın. Bir sözlə, AXCP və Müsavat davası hələ uzun illər davam edəcək.

GÜLYANƏ

Digər xəbərlər