"Türk əri olmaqdan məhrum olanların..."
"Azəri-Türk Qadınları" İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı "SƏS" qəzetinə ekskluziv açıqlamasında onun haqqında "Azadlıq.info" saytında dərc olunan şər-böhtan dolu yazıya münasibət bildirib. T.Rüstəmxanlı dağıdıcı müxalifətin nəzarətində olan bu mətbu orqanda dərc olunan hədyan dolu materiala münasibət bildirərkən qeyd edib ki, hər şey 7 oktyabrda Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş bir tədbirdə Yasəmən Qaraqoyunlunun bizləri ittiham etməsi ilə başladı: "Tədbirə əsasən, ziyalılarımızı və mətbuatımızı dəvət etmişdik. Məqsədim, sadəcə, 18 oktyabrın önəmini bir daha xatırlatmaq, gündəmə gətirmək, bu millətin mustəqilliyə qovuşmasında əməyi və haqqı olan hər kəsi minnəttarlıq hissi ilə anmaq idi. Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail İbrahimli, Sabir Rüstəmxanlı çıxış etdilər. Bəzi çıxışlardan sonra söz istəyən Yasəmən Qaraqoyunluya çox böyük bir ehtiramla söz verdim. Yasəmən xanım sanki o tədbirdə olmayan birisi kimi, çıxışçıların heç birini dinləməmişdi,çox aqressiv bir şəkildə bizi ittiham etməyə başladı ki, bəs niyə bura Əli Kərimli, İsa Qəmbər dəvət olunmayıb?
Qüdrət Həsənquliyev lider olmayıb, (qeyd edim ki, Qüdrət bəy tədbirdən gedəndən sonra Yasəmən xanım bunları dedi) filan- filan. Yasəmən xanımın çıxışı tam bir provakasiya xarakterliydi, tədbirin əhəmiyyətinə kölgə salmaq, ara qarıştırmaq, iş görmək əvəzinə, söz oyunu oynamaqdan başqa bir şey deyildi. Mən xanımın çıxışına cavab vermək zorunda qaldım, kimsənin şəxsiyətinə toxunmayacaq, alçatmayacaq bir şəkildə fikirlərimi söylədim və "sənin lider saydığın adamları mən lider saymıram" dedim. Xarici fondlardan maliyyə alaraq, öz dövlətinə düşmənçilik edənləri tənqid etdim. "Bəzən ermənidən daha betər düşmənçilik edənlərimiz var" dedim. İndi gələk iki gündən bəri sosial medyada, açılan bir tərəfli müzakirələrə, təhqirlərə və yalanlara..."
"AXCP-çilər Əli Kərimlini və onun arvadını təhqir edəndə..."
T.Rüstəmxanlı qeyd edib ki, sanki biri düyməyə basdı ki, içinizdə nə qədər kin, nifrət və çirkab varsa tökün bu ailənin üzərinə: "Birincisi, mənim kimi dəvət edib, kimi etmiyəcəyim haqqında kimsənin önündə götürdüyüm bir öhdəliyim yoxdur və buna da borclu deyiləm. İkincisi, bu gün guya Əli Kərimlinin müdafiəsinə qalxaraq, məni təhqir edənlərə bir sualım var, 1999-cu ildə sizin bir çoxunuzun da təmsil olunduğunuz AXCP üzvülərinin bir çoxu onu və xanımı Samaranı təhqir edendə, onu sizlərin şərindən qorumaq üçün tədbir təşkil edərək, qılınc təqdim etmişdim və Əli Kərimlidən soruşun sizə söyləsin ki, o qılıncı ona kim təqdim etmişdi. Hər kəs, əslində, mahiyətini ortaya qoyur. Tökün ətəyinizdəki daşları, yalanlarınız, sadəcə, öz ayağınıza dolaşar".
"Turqut bəy, soyadın "Ər" olunmasıyla Ər olunmaz!"
T.Rüstəmxanlı anti-Azərbaycan çıxışları ilə elə doğma vətəni Türkiyədə də böyük qınağa tuş gələn Turqut Ərin də ona ünvanladığı suallara cavab verib: "Mənə sual ünvanlayanlardan biri də Turqut Ərdir ki, Azərbaycanda 1992-ci ildən 2000-ci ilə qədər Türkiyəmizin səfirliyində mətbuat müşaviri olaraq çalışmış və sonra burdan göndərilmişdir. Səbəbini özü bilir. Burda olduğu müddətdə bir və ya iki dəfə toplantılarda görüşmüşük. Ondan sonra onunla heç qarşılaşmamışam. Turqut bəy, soyadın "Ər" olunmasıyla Ər olunmaz! Ərlik türk kültüründə qadına sayqıdan başlanır. Bizim kültürdə ər savaşına ərənlərlə gedərdilər, yoxsa feys səhifələrinin arxasına gizlənənlərlə mənim işim olmaz. Mən yeddi cəddimi bilirəm və şəcərəmi də 15 il öncə "Dumanda itən vətən" kitabında işıqlandırmışam. Yeddi göbək babalarım Türk oğlu Türkdür. Türk olmağımla hər zaman qürur duymuşam. Səni üzmək zorundayam. Soyumda, sopumda heç qanı qarışıq yoxdur. Bilənlər bilir ki, mən hər zaman sözümün əri olmuşam. Türk milliyətçisiyəm. Bu nə zamana, nə də məkana görə dəyişməz. Elçibəylə bağlı sözlərində də səmimi deyilsən. Əgər gerçəkdən Elçibəyi sevsəydin illər uzunu onu söyən və ona xəyanət edən adamların sözcülüyünü yapmazdın. Elçibəyi özünə qalxan etmə... Burdan sənə yüzlərlə qatı açılmamış söyüş göndərərdim, amma bunu zəif və cahil adamlar edər. Bu, mənim işim deyil. Sənə burdan səslənirəm. Mənimlə bağlı irəli sürdüyün o ittihamları kanıtlayacak faktları ortaya qoymasan səndən şərəfsiz adam elə sən özünsən".
T.Rüstəmxanlı onu da əlavə edib ki, Avropada yaşayan və Ə.Kərimlinin silahşorluğünü yapan jurnalistin, xanımının kaseti yayımlanıb: "Məni söyən və mənə sus deyən xanımın isə kaseti sosial mediyada dolaşırmış. Sizin əxlaq meyarınızın ölçüsü budurmu? Avropaya sığınaraq, məni söyən "vətən sevərlər"- orda erməni və Ermənistanın Azərbaycanın Dağlıq Qarabağın işğalı barədə bir yazınızdan, Xocalı soyqırımı ilə bağlı təşkil etdiyiniz bir konfransdan, erməni əsirliyində olan ananızın, bacınızın azad olunması üçün gördüyünüz bir işdən danışa bilərsinizmi? Ölkə başçısı Avropa ölkələrinə rəsmi səfərdə olanda, ermənilərdən öncə onu protest edəcək mitinqlər təşkil etməkdirmi vətənpərvərlik? Bir erməni siyasətçisi, bir erməni alimi, qəzet yazarı göstərin ki, sizlər qədər dövlətini, millətini və onun qadınını aşağılasın. İllərdir ermənilərin Azərbaycana və türk xalqına etdikləri zülümlərə qarşı mübarizə aparıram. Ermənilər belə sizin qədər bizi təhqir etmədilər. Üzüldüyüm bu deyil. Hər kəs düşüncəsinə görə əxlaq nümayiş etdirər. Məni üzən odur ki, bütün bu olayların başında duran siyasətçilər Azərbaycan iqdidarına iddialı olanlardır. İçinizi bürümüş bu kinlə, nifrətləmi Azərbaycanı idarə etməyi düşünürsünüz? Allah bu milləti o gündən qorusun".
Samir