PDF Oxu

Müxalifət

  • 2 402

AXCP-də ali məclis qalmaqalı böyüyür

image

Əli Kərimlinin ehtiyat etdiyi adamlar partiyadan gedəcək

AXCP-nin sonuncu sessiyasından sonra mərhum Həsən Kərimovun yerinə Nurəddin Məmmədlinin ali məclis sədri seçilməsi partiyadaxili qalmaqalları artırıb. İstər sosial şəbəkələrdə, istərsə də mediada mövzu ətrafında müxtəif fikirlər səsləndirilir və N.Məmmədlinin ali məclis sədri vəzifəsinə seçilməsini xəyanət hesab edirlər. Bütün bunlar isə AXCP-də növbəti və bu dəfə daha kütləvi, səsli-küylü istefaların baş qaldıracağına verilən siqnal kimi də qiymətləndirilə bilər. Çünki bu posta, məhz N.Məmmədlinin gətirilməsi kimsənin ağlına gəlmirdi. Ehtimal olunan namizədlər arasında adları daha çox hallandırılanlar isə Natiq Ədilov, İlham Hüseyn, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və Seymur Həzi idi ki, məhz onların ali məclisin sədri seçilmələri gözlənilirdi. Amma...

Gözlənilən budur ki, Nurəddin Məmmədlinin ali məclis sədri olmasını istəməyənlər revanş addımı atmağa məcbur olacaqlar

Amma sədr Ə.Kərimli bu ehtimalları zibil qutusuna tullayaraq, sıravi tərəfdarlarının, o cümlədən, adları çəkilən şəxslərin gözləntiləri üzərindən çarpaz xətlər çəkdi. Çünki burada söhbət yalnız ali məclis postundan deyil, həm də Ə.Kərilminin öz yerini nə qədər möhkəmləndirməsindən gedirdi. Belə ki, son illərdəki uğursuzluqlar, xüsusilə, AXCP-nin qurultayından sonra yaranan kəskin narazılıqlar da belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradırdı. Beləliklə, N.Məmmədlinin təyinatı Ə.Kərimli üçün lazımlı idi və buna da nail oldu. Ancaq daha bir məqamı da xatırlatmaq yerinə düşərdi ki, özünü "demokratik düşərgənin lideri" elan edən Kərimli avtoritar və antidemokratik addımı ilə, bir daha sübut etdi ki, onun bu statusa malik olması boğazdan yuxarı deyilmiş mənasız iddialardır. Partiyada yaşanan kəskin narazılıq mühiti isə tam sürətlə davam edir və gözlənilən budur ki, N.Məmmədlinin ali məclis sədri olmasını istəməyənlər revanş addımı atmağa məcbur olacaqlar.

AXCP sədrinin G.Bayramlıya etimad göstərməməsi arxasında digər məqamlar dayanır

İlk növbədə, Ə.Kərilminin müavini G.Bayramlı özünə yaxın ətrafı ilə planlar üzərində işləyir. Belə ki, bəlli olduğu qədər, AXCP-nin qeyri-rəsmi maddi gəlir mənbəyinə, məhz G.Bayramlı nəzarət edir. Artıq dəfələrlə bildirilib ki, bu qadının nəzarətində olan br neçə "priton" fəaliyyət göstərir. Eyni zamanda, mühacirət biznesində də Kərimli ilə şəriklik edir. Oradan əldə edilən gəlirlər isə, ciblərlə yanaşı, AXCP-nin bəzi qaranlıq ehtiyaclara xərclənir. Bu barədə vaxtilə AXCP-də fəallığı ilə seçilən, lakin sonradan partiyadan istefa verən Razi Nurullayevin sırasına qatılaraq alternativ AXCP-də təmsil olunan şəxs bildirib. Mənbə olaraq, adının açıqlanmasını istəməyən bu şəxs bildirib ki, hətta belə bir biznes ortaqlığında AXCP sədrinin G.Bayramlıya etimad göstərməməsi arxasında digər məqamlar dayanır. İlk növbədə, G.Bayramlının AXCP sədrliyinə iddialı olması amili dayanır ki, bunu Ə.Kərimli yaxşı bilir. İkincisi isə, G.Bayramlı Ə.Kərimlinin "sağ əli" hesab edilən F.Qəhrəmanlı ilə yaxşı münasibətlərdə deyil. Üçüncüsü isə, Ə.Kərimlinin F.Qəhrəmanlını öz məqsədlərinə qurban verməsi AXCP sədrinin bir güllə ilə iki dovşan vurması məsəlini xatırladır. Çünki F.Qəhrəmanlı da gələcəkdə AXCP sədri postuna sahib çıxmağı qarşısına məqsəd qoyub. Ali məclis postu isə sədrliyə gedən tramplin rolunu oynayır. Ə.Kərimli yaxşı bilir ki, N.Məmmədlidən heç vaxt AXCP sədri olmaz, eyni zamanda, N.Məmmədlinin bu iddiası da yoxdur. Daha bir amil isə N.Məmmədlinin ali məclis kürsüsünə otuzdurulması bu vəzifənin "de yure" Ə.Kərimli tərəfindən idarə edilməsini şərtləndirir. Beləliklə, N.Məmmədli orada, sadəcə, müqəvva rolunu oynayır.

Cəmil Həsənli Gözəl Bayramlıya qurban verilir və...

Bu arada AXCP-dən sızan daha bir maraqlı informasiya gözlənilən istefalarla bağlıdır. Yazının əvvəlində də, qeyd edilib ki, G.Bayramlı, o cümlədən, digər adları çəkilənlər belə davam edərlərsə, istefa verəcəklər. Ancaq onlar buna tələsmirlər. Çünki Ə.Kərimli situasiyanın daha da gərginləşməməsi üçün onların qarşısında müəyyən öhdəliklər götürə biləcəyi mesajını verib. Məsələn, bu sıralamada tamamilə funksiyasını itirmiş "Milli Şura"nın sədri Cəmil Həsənlinin oradan uzaqlaşdırılması, onun yerinə isə G.Bayramlının sədr gətirilməsi, F.Qəhrəmanlının sədr müavini olmaqla yanaşı, AXCP mərkəzi nəzarət-təftiş komitəsinə rəhbər təyin olunması, o cümlədən, "Milli Şura"nın koordinasiya şurasına sədr təyinatı gözləntilərini qeyd etmək mümkündür. Bütün bunlar isə AXCP-də vəziyyətin nə dərəcədə kritik durumda olmasının göstəricisidir.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər