PDF Oxu

Müxalifət

  • 2 159

Leyla Yunus kimi aldadır?

image

"Xainlərin adına küçələr verilmir, heykəllər qoyulmur"

Hazırda Avropada olan hüquq müdafiəçisi Leyla Yunus "Müsəlman Birliyi" Hərəkatının həbsdə olan sədri T.Bağırzadəyə və onun müavini Elçin Qasımova məktub ünvanlayıb. Məktub başdan-ayağa qədər Leylasayağı, "spesifik" üslubda yazılıb. Sanki Qərbin və Azərbaycanın başı T.Bağırzadəyə qarışıb. Bu da, növbəti təhdid və hədə... Bu adamlar hələ də anlamırlar ki, digər dövlətlər kimi Azərbaycanın da öz daxili qanunları var və cinayətkarlar bu qanunlar çərçivəsində cəzalandırılır. Ola bilər ki, T.Bağırzadənin etdikləri Qərbin hansısa dövlətinin daxili qanunları ilə "savab iş" kimi tənzimlənir, ancaq bizdə belə deyil! Cinayət varsa, cəzası da var! Və ya hansısa beynəlxalq təşkilatın "humanist" damarı tutubsa və bunların Azərbaycana qarşı etdikləri təhdid, təzyiqlər qarşısında qanunlarımızı tapdalayıb cinayətkarı azad edəcəyimizi umursunuzsa, bunu da unudun. Sizin o "çoxsaylı hesabatlarınız" erməni bulağından qidalandığı üçün təəccüblənmirik, eyni zamanda, kimin nə danışmasından asılı olmayaraq, karvan həmişə öz yol ilə keçir. Azərbaycanda keçirilən referendumla bağlı ABŞ mövqeyini ortaya qoydu və xalqımızın iradəsinin ifadəsinə çevrilən bu referendumu dəstəklədiyin bəyan elədi. Ancaq ABŞ-da mənzillənən "Freedom House" öz ənənəsində qaldı. Buyurun, sizin bu hədyanlarınız da, yqəin ki, "Freedom House"nin növbəti hesabatlarına salınacaq. Fərqi yoxdur- "Human Rights Watch", "Sərhədsiz reportyorlar" və sairə... Sizin də işiniz budur- ələkçinin qılverəni olmalıdır, ya yox!?

"Siyasi əmrlə, saxta ittihamlar əsasında hökm oxuyan heç bir hakim nəzərdən qaçmayacaq. Fəaliyyətini Avropada davam etdirən Sülh və Demokratiya İnstitutunda hal-hazırda qanunları kobud şəkildə pozan və pozmaqda davam edən DİN, Prokurorluq, Ədliyyə Nazirliyi əməkdaşlarının və hakimlərin siyahısını tərtibetmə işi gedir. Bu insanların, həmçinin, işgəncələrə və siyasi motivlərlə həbs edilənlərin saxta cinayət ittihamlarına da aidiyyatı var..." Bu cümlələr də L.Yunusun mətubunda yer alır. Birincisi, "heç bir hakim nəzərdən qaçmayacaq" deyəndə L.Yunusun nə demək istədiyi sual doğurur. Bu adam siyahı tərtib etməklə nə planlayır? Bəlkə düşünür ki, nə vaxtsa əlinə girəvə, şans düşər və guya hakimlərimizi cəzalandırmağa imkanı olar!? Axı niyə? Sən maraqlarımızı düşmənlərə sata bilrəsən, ancaq hakim sənə cəza verə bilməz!? Deyirdilər ki, biz (cəbhə-Müsavat-S) iqtidara gələn kimi həbs edəcəyik. Xəstə təxəyyülün cəmləşdiyi kiçik beyinlər, şizofrenik almacıqlar... Adını çəkdiyiniz qurumların əməkdaşlarının adını min ədəd siyahıya da saldırsanız, heç Azərbaycana nəyisə diktə edə bilməyəcək. Bizim öz yolumuz, daxili qanunlarımız var. Siz maraqlarımızı satdıqca, anti-Azərbaycan addımları atdıqca, yenə də zərər görən sizlər olacaqsınız. Həbsxana sizlər üçün islah yeri deyil...

Və nəhayət... L.Yunus yazır: "İllər keçəcək, Azərbaycanda küçələr sizin adınıza veriləcək...". Maraqlıdır, bu, hansı ölkənin küçəsindən danışır? Bəlkə Ermənistanı, Qərb ölkələrini, ən yaxşı halda, digər qonşu dövlətləri nəzərdə tutur!? "Əziz" Leyla, 1992-ci ildə sən Azərbaycanın döyüş xəritələrini Ermənistan rəhbərliyinə ötürəndə də, onlar sənə söz vermişdilər: "Vaxt olacaq, sənin xidmətlərin müqabilində adına küçələr veriləcək, heykəllər qoyulacaq...". Xainlərə heykəl qoyulmur, unutma!

Samir

Digər xəbərlər